695 bal toplayan Fatimə- görün hansı sualın cavabını səhv yazıb - FOTO

695 bal toplayan Fatimə- görün hansı sualın cavabını səhv yazıb - FOTOAbdinli Fatimə Surxay qızı 1997-ci ildə Bakıda anadan olub. I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 695 bal toplayan Fatimə Abdinli Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını seçib. Ailəsi Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı üçün 1-ci sinifdən 3-cü sinfə qədər Moskvada 1301 saylı məktəbdə oxuyub, sonra ailəsi ilə birgə Bakıya köçüb. 4-cü sinifdə Nərimanov rayonu 93 saylı məktəbdə təhsil alıb.

BiG.AZ bildirir ki, Fatimə Abdinli 5-ci sinifdən İlyas Əfəndiyev adına Elitar gimnaziyaya qəbul olunub və 11-ci sinfə qədər burada təhsil alıb. Fatimə orta məktəbdə həmişə əlaçı oxuyub, bütün qiymətləri yüksək olub. Dediyinə görə, o, bütün fənnləri yaxşı oxumağa çalışıb, fərqləndirməyib. Birinci ixtisas qrupu üzrə sənədlərini ali məktəbə verməyə hazırlaşdığı üçün yuxarı siniflərdə daha çox texniki fənnlərə üstünlük verib. Onun I ixtisas qrupu üzrə qəbul imtahanlarında 695 bal toplaması da elə bununla bağlıdır. Öz istədiyi sahəyə vaxtında yönlənə bilib.

- Fatimə, sənin texniki fənnlərə marağının səbəbi nədir?

- Atam da texniki təmayüllü ali təhsil alıb. Onun da texniki fənnlərə marağı olub. Dəqiq deyə bilmərəm, meylimin bu fənnlərə olması bəlkə bu amillə bağlıdır. Amma məhz bu istiqamətə yönəlməyimin səbəbi texniki fənnlərə marağımın daha böyük olmasındandır. Əslində mən bədii ədəbiyyatı, xüsusilə rus şairi A.S.Puşkinin yaradıcılığını çox sevirəm. Onun "Yevgeni Onegin", "Kapitan qızı" və digər əsərlərini çox sevirəm.

- Orta məktəbdə əla oxuyurdun?

- Bəli. əlaçı oxumuşam. Bütün fənnlərdən qiymətlərim yüksək olub. Eyni zamanda, məktəbdə debatlarda fəal iştirak edirdim həmişə. Sosial mövzular daha çox müzakirə edirdik. Hər zaman fəal olaraq belə müzakirələrə qatılırdım.

- İxtisas olaraq "Kimya mühəndisliyi"ni seçmək istəyirsən?

- Bəli. Mən BANM-in Kimya mühəndisliyi ixtisasını seçmişəm. Hansısa yeni bir formula yaratmaq, yenilik etmək, həmçinin elmi sahədə yeniliyə meylliyəm. Araşdırmaçı kimi tədqiqat aparmaq istərdim. "Kimya" mənim üçün çox maraqlıdır. Həmişə "Youtube"dan kimyəvi məhlullarla bağlı qısa filmlərə baxıram.

- İmtahan həyəcanı arxada qaldı... Necə keçdi imtahan və abituriyentlərə tövsiyən nədir?

- Məncə, uğur əldə etmək üçün oxumağa elə 1-ci sinifdən başlamaq lazımdır. Çünki sonradan proqramı çatdırmaq olmaz. Abituriyentlər oxumaqla yanaşı, istirahətə də meyl etməlidirlər. Beyin yorulmasın deyə kitabını götürüb hardasa açıq yerdə, məsələn, parkda oxuya bilərlər. İmtahandakı həyəcana gəldikdə isə, mən çalışırdım ki, həyəcan olmasın. Sakitcə oturdum və özümü inandırdım ki, bu qədər hazırlaşmışamsa alınacaq. Həm də valideynlərim, müəllimlərim - hamı mənə inanırdı. İmtahandan sonra cavablarımı müəllimimlə yoxladıq. "İngilis dili"ndən bir sualın cavabını səhv yazmışdım. İmtahandan çıxan kimi bildim ki, cavabımın biri səhvdir. Yoxlayanda həmin sualda səhv etdiyimi dəqiq bildim. 700 yığmamağımın səbəbini də bunda görürəm.

- Bakı Ali Neft Məktəbini seçməyin nə ilə bağlıdır?

- Biz orta məktəbdə oxuyanda Bakı Ali Neft Məktəbi təzə açılmışdı. 9-10-cu sinifdə düşündüm ki, yüksək bal toplamalıyam ki buraya daxil olum. Çünki burada tədris ən yüksək səviyyədədir, yeni olduğu üçün daha müasirdir. Amma burada təhsil almağın çətin olduğunu da bilirəm. Lakin bilirəm ki, bunun öhdəsindən gələ biləcəyəm, bütün mövzuları yaxşı oxuyacam. Burada tələbələr üçün yaradılan hər cür şərait məni cəlb edir. Məsələn, təhsilin ingilis dilində olması, kimya müəssisələrində istehsalat təcrübəsi keçmək mənə maraqlıdır. Təhsilimi həm də magistraturada davam etdirmək istəyirəm./milli.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 53004   Tarix: 28 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544