"Üzdüyü yerdə..." -Sumqayıtda 25 yaşlı tibb bacısının müəmmalı ölümü...YENİLƏNİB

"Üzdüyü yerdə..." -Sumqayıtda 25 yaşlı tibb bacısının müəmmalı ölümü...YENİLƏNİBİyulun 27-də Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində gənc qızın ölümü ilə bağlı cinayət işi başlanıb.

BiG.AZ xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı kompleksin üzgüçülük hovuzunda boğulub. Mərhumənin yaxınları bildirib ki, Ülkər hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ülkər yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ülkər hadisə yerində dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Ülkər ürək xəstəliyindən əziyyət çəkirmiş./trend/

11:31
Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində 1991-ci il təvəllüdlü Ülkər Muradova üzgüçülük hovuzunda boğularaq dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, kompleksin meneceri Elnur Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, Ülkər Muradova professional üzgüçü olub.

Menecerinin sözlərinə görə, dünyasını dəyişən xanımın ürəyində problem olub: "Ülkər xanım hər yay fəslində bizim kompleksə gəlirdi. Yəqin ki, xanımın ürəyində problem yaranıb. Çünki suda boğulan şəxs ən azından köməyə kimisə çağırar, qışqırardı. Bu hadisə boğulma olmadan baş verib. Hər gün olduğu kimi nəzarətçilər orada olub. Nəzarətçilər xəbər tutan kimi dərhal xanımı sudan çıxarıblar. İlki yardım göstərilib, süni nəfəs verilib. Daha sonra həkimlər gəlib. Ülkər xanım 3-4 ilə yaxındır ki, bizim idman kompleksində qeydiyyatda olub. Ülkər xanım professional üzgüçü olub".

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır.

***
Ötən gün axşam saatlarında Sumqayıt şəhərində yerləşən idman komplekslərinin birinin üzgüçülük hovuzunda ölüm hadisəsi qeydə alınıb.

BiG.AZ bildirir ki, xeberle.com hadisənin "TERM" idman kompleksində baş verdiyi ilə bağlı məlumat əldə edib. Belə ki, idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, 1-ci məhəllə sakini Ülkər Muradova boğularaq dünyasını dəyişib. Ehtimala görə, hadisə nəzarətçilərin diqqətsizliyi üzündən baş verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, mərhum Ülkər Qubadlı Rayon Xəstəxanasında işləyirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5239   Tarix: 28 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 11295
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 112
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 131
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 149
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 91
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 214
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 123
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 89
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 123