Türkiyə Ermənistanla barışığa hazırlaşır -SENSASSİON İDDİA

Türkiyə Ermənistanla barışığa hazırlaşır -SENSASSİON İDDİATürkiyə hökuməti Ermənistanla barışıq prosesi və sərhədlərin açılmasına dair müzakirələri yenidən başlamağı nəzərdən keçirir.

BiG.AZ xəbər verir ki, bu sensasion məlumat "Hürriyet" qəzetinin yazarı Fatih Çekirgenin son köşə yazısında yer alıb. Müəllifin yazdığına görə bu məsələdə Türkiyə hökuməti Azərbaycanın da mövqeyini öyrənməyə çalışıb. Xarici işlər naziri Mövlut Çavuşoğlu Bakya iyunda etdiyi son səfər zamanı Azərbaycan tərəfinin Ermənistanla barışıq prosesinin və sərhədlərin açılmasına dair müzakirələrin yenidən başlaması ilə əlaqəli "nəbzini yoxlayıb".

Fatih Çekirge xarici işlər naziri Çavuşoğlunu iyunun 15-də Bakıya, daha sonra Tiflisə səfərdə müşaiyət edib. Onun yazdığına görə yol boyu xarici işlər naziri jurnalistin Rusiya ilə münasibətlərdəki böhranın aradan qaldırılmasına dair qeydinə belə cavab verib: "Bəli, baxarsınız, daha gözəl şeylər olacaq, sülh naminə çox gözəl xəbərlər gələcək". Fatih Çəkirgə Çavuşoğlunun nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyə çalışsa da nazir əlavə detallar verməyib.

"Ancaq indi diplomat dostlarımdan öyrənirəm ki, iqtidarın düşmənləri azaldıb dostları artırmaq vədi Ermənistanla sərhədlərin açılmasını da əhatə edir. Çavuşoğlu barış həmləsinin ilk addımını iyunun 14-15-də Bakıya səfəri zamanı atıb. Ermənistanla yenidən və köklü barış axtarışı üçün Baklda nəbz yoxlayıb. Müsbət ab-hava da var. Daha irəli getmək üçün zəmin hazırdır"-Çekirge yazır.

Türkiyəli yazarın bildirdiyinə görə hökumətin Ermənistanla müzakirələrə yenidən başlamaq və "bəlkə də sərhədlərin açılması" planları Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması kontekstində nəzərdən keçirilir. "Lakin Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək barədə müzakirələr gedərkən xainlər daxildə demokratiyaya savaş açıblar"-Çekirge Türkiyədə baş tutmayan hərbi çevriliş cəhdinin hökumətin Rusiya və digər qonşularla münasibətlərini normallaşdırmaq səylərinə cavab ola biləcəyinə eyhamla yazır.
Xatırladaq ki, 2009-cu ildə Türkiyə hökuməti Azərbaycandan gizlədərək Ermənistanla barışıq prosesinə başlamışdı və bu proses Azərbaycan ərazilərinin işğaldan azad edilməsi şərtini kənara qoyurdu. Proses Sürix protokollarının imzalanmasına qədər gəlib çıxdı, lakin Azərbaycan hakimiyyətinin qətiyyətli addımları, cəmiyyətin sərt reaksiyası bu protokolların reallaşmasına imkan vermədi. Ondan sonra Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə paralel baş tuta bilər./virtualaz.org /


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2125   Tarix: 25 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341