ANS haqqında son qərar verildi: YAYIM BƏRPA...

ANS haqqında son qərar verildi: YAYIM BƏRPA...Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin və radiosunun yayımının dayandırılmasına münasibət bildirib.

BiG.AZ xəbər verir ki, şura sədri N.Məhərrəmli publika.az-a açıqlamasında deyib ki, artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri məhkəməyə təqdim edib: "Biz ANS televiziya kanalı və şirkətə daxil olan digər strukturlarla bağlı fikrimizi dəfələrlə bildirmişik. Artıq Milli Televiziya və Radio Şurası ANS şirkəti ilə bağlı lazım olan bütün sənədləri, həmçinin ittiham ərizəsini məhkəməyə təqdim edib. Hazırda bu istiqamətdə məhkəmə iş aparır. İnanıram ki, məhkəmə də bu istiqamətdə araşdırma aparıb, hüquqi qiymət verəcək. Biz sadəcə olaraq öz səlahiyyətlərimiz çərçivəsində üzərimizə düşən işi görmüşük".

ANS haqqında son qərar verildi: YAYIM BƏRPA...N.Məhərrəmli ANS radiosunun yayımının dayandırılmasının səbəblərinə də toxunub: "ANS radiosunun bağlanılması tam qanuna uyğun addımdır. Bilirsiniz ki, mövcud qanunvericiliyə görə, hər hansı televiziya və ya radio qurumunun bir il ərzində 3-dən çox məsuliyyət tədbiri varsa, onun bağlanılması ilə bağlı Milli Televiziya və Radio Şurasının hüququ və səlahiyyətləri vardır. Ona görə də biz öz hüququmuzdan istifadə edərək, ANS radiosunun yayımını dayandırmışıq. Onu da qeyd edim ki, ANS-in 161 min manata qədər cəriməsi var. Çox təəssüf ki, bu cərimə hələ də ödənilməyib.

Bu cərimə ödənilən halda belə ANS radiosunun yayımı bərpa olunmayacaq. Artıq biz bu hüquqdan istifadə etmişik. Cərimə isə əlavədir".

N.Məhərrəmli "Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı keçirdiyi iclasdan sonra telekanal rəhbərliyindən sizinlə əlaqə saxlayan olubmu?" sualını isə belə cavablandırıb: "ANS televiziya kanalı və radiosunun yayımı dayandırıldıqdan sonra bu şirkətin rəhbərliyi ilə hər hansı əlaqəm olmayıb. Onlarla hər hansı əlaqə saxlamıram".

Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin, həmçinin, telekanalla birlikdə "ANS ÇM" radiosunun fəaliyyəti dayandırılıb. Buna səbəb ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 39805   Tarix: 23 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14.12.2025 126
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 111
.

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib. "Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürə

14.12.2025 112
.

Britaniya kralı xərçəng xəstəliyi ilə mübarizəsindən danışıb

"Xərçəng xəstəliyinin erkən diaqnozu müalicənin gedişatına müsbət təsir göstərib". xəbər verir ki, bu barədə Böyük Britaniya Kralı II Çarlz bildirib. O, vaxtında müayinələrin minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayıb. "Sizinlə xoş xəbəri bölüşə bilərəm: erkən diaqnoz, effekti

14.12.2025 104
.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14.12.2025 126
.

Bakıda ət bahalaşıb BU QİYMƏTƏ OLDU

Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir. BİG.AZ Mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən bah

14.12.2025 499
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14.12.2025 154
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14.12.2025 364
.

TOP MP3