Məktəbli qızların zorla ərə verildiyi rayonlar - SİYAHI

Məktəbli qızların zorla ərə verildiyi rayonlar - SİYAHI2015-ci ildə nikah yaşına çatmayan qızların dünyaya gətirdiyi uşaq sayına görə Masallı rayonu ölkə üzrə liderdir.

BiG.AZ xəbər verir ki, bunu azvision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyib.

Onun bildirdiyinə görə, 2015-ci ildə 68 min 773 nikah bağlanıb ki, bunun da 391-i erkən nikahdır. 2014-cü ildə isə 84 912 nikah bağlanıb və onun 479-u erkən nikahdır:

"Erkən nikahların sayında azalma var. Eyni zamanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayında nisbətən azalma müşahidə edilir. 2014-cü ildə yeniyetmə yaşlı qızlar tərəfindən 3296 uşaq dünyaya gətirilibsə, 2015-ci ildə bu rəqəm 2895 olub".

Məktəbli qızların zorla ərə verildiyi rayonlar - SİYAHIR.Mahmudov 2015-ci ildə 15-17 yaşlı analar tərəfindən dünyaya gətririlən uşaqların sayına görə lider rayonların adlarını açıqlayıb: "Bu sırada ilk pillədə Masallı rayonu yer alıb. Belə ki, ötən il bu rayonda 157 uşaq yeniyetmə analar tərəfindən dünyaya gətirilib. İkinci yerdə Cəlilabad rayonu dayanır, burada 126 uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib. Üçüncü yerdə Şəmkir rayonu (124 uşaq), dördüncü yerdə Lənkəran şəhəri (121uşaq ), beşinci yerdə isə Sabirabad rayonu gəlir (120 uşaq). Erkən nikah problemi həmişə diqqət mərkəzindədir. Bu problemin həlli istiqamətində dövlət tərəfindən ciddi işlər aparılıb".

Məktəbli qızların zorla ərə verildiyi rayonlar - SİYAHIKomitənin baş məsləhətçisi bildirib ki, erkən yaşda bağlanılan nikahlar müxtəlif fəsadlar yaradır. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxil olma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılığın göstəricisidir.

"Belə nikahların çoxu uğursuz olur. Erkən nikah probleminin əsas səbəbi kimi valideynlərin məsuliyyətsizliyidir. Nikahların fəsadları kimi gənc ananın və dünyaya gələn körpənin səhhətində problemlərin yaranması, rəsmi nikahdan kənar ailələrin sayının çoxalması, qızların təhsildən yayınması, öz hüquqlarını qoruya bilməməsi və bu kimi faktları göstərmək olar".

R.Mahmudovun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, erkən nikah hallarının qarşısının alınması üçün valideynlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması və cəza mexanizminin gücləndirilməsi vacibdir.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlar öz vəzifə və səlahiyyət çərçivəsində müvafiq tədbirlər görür. Bu problemin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvü çalışmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərin, uşaqların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə mütəmadi olaraq erkən nikah halların qarşısının alınması istiqamətdə geniş miqyaslı tədbirlər və layihələr həyata keçirir. Bu gün də Komitə tərəfindən "Sağlam həyat naminə erkən nikaha YOX deyək!" adlı layihə həyata keçirilir. Layihələr çərçivəsində keçirilən tədbirlər Azərbaycanın hər bir bölgəsini, o cümlədən Bakı və Bakı ətrafı kəndləri əhatə edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4762   Tarix: 20 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18.05.2024 579
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. BİG.AZ -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanmas

18.05.2024 253
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474