Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLAR

Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARBiG.AZ modern.az-a istinadən Aida Eyvazlının yazsısını təqdim edir:

O gənc gəlin, indi sevdiyini, başının tacını, ona sona qədər yol yoldaşı olmayan həyat yoldaşını axtaranda Sumqayıtdakı Şəhidlər Xiyabanına gedir. Qucaqlayır başdaşını, ağlayır, yaman ağlayır.

Hələ 1994-cü ildə Bakıdakı Şəhidlər Xiyabanına gedəndə də bir sarı saçlı gözəlin başdaşını qucaqlayıb ağladığını görmüşdüm. İndi Aynuru da elə gördüm. Aprelin əvvllərindəki döyüşlərdə həlak olmuş gənc sevgilisi, 4 yaşlı oğlu Aminin atası Seymur Baxışovun başdaşını qucaqlayıb ağlayırdı...

Hələ 1994-də bu şeiri yazmışdım:

Əhdinə vəfalı gözəl,
Nə yanığlı ağlayırsan
Göz yaşınla mərmər daşın,
Ürəyinmi dağlayırsan.

Daşa dönmüş o şəkili
Bağrına basdığın bəsdir,
Səsini eşidən deyil,
Nə danışsan da əbəsdir.

Qucaqlayıb baş daşını
Tellərin yaman ağlayır.
Dərdin köksündə hönkürür,
Diləyib aman ağlayır.

Bir tumara həsrət qalan,
Tellərinin tumarı yox.
Nə zamandır dərdlərinin,
Səngiməyi, xumarı yox.

Sevgilin daşa dönəndən ,
Daşlara saldın meylini,
Daha daşlara söylərsən,
Hər dərdini, gileyini.

Baxışovlar ailəsi ilə söhbətimin davamını evlərində etdim. Şəhid Seymur Baxışovun iyulun 12-si 29 yaşı tamam oldu. Ailə üzvləri həmin gün məzarlığa bir daha doğum gününü qeyd etməyə gəldilər. Daşla danışdılar, daşa dönmüş Vətənin bir parçasına baş əydilər.

Seymur 1987-ci ildə Sumqayıtda doğulmuşdu. Köhnə Sumqayıtda yaşayırdı. Onların yaşadıqları 4-cü mikrorayon əslində köhnə sumqayıtlıların yurd yeridir. Bu məhəllə və mikrorayonda yaşayan sumqayıtlılar Sumqayıtı qurub-tikənlərdirlər. 4-cü mikrorayon həm də fəhlələrin yaşadıqları ünvandır. Seymurun atası Qulamhüseyn kişi və anası Zemfira xanım da hərbçidirlər. Böyük qardaşı Samir də hərbçidir. Bu ailə Azərbaycan Ordusuna könül verənlərdəndir. Ancaq indi ata-anası təqaüdə çıxıblar. Qardaşı Samir Baxışov isə bu gün də Azərbaycan Ordusunun zabitidir. Seymur Baxışov cəbhədən ən gec qayıdan şəhid oldu. Onu bütün Azərbayacn intizarla gözlədi.

Anası Zemfira Baxışova:

- Aprelin 3-dən sonra oğlumla əlaqə qura bilmədik. Lakin son günə qədər, tabutu bu evə gələnə kimi ürəyimdə bir ümid, bir işıq var idi. Fikirləşirdim ki, erməni tərəf bəlkə əsir götürüb, yəqin ki dövlətimizin səyi sayəsində yaralı da olsa, qaytarılacaq...

Bacısı Səbinə Baxışova:

- Seymur evimizin kiçiyi idi. Ancaq sevincli anlarımızın çoxu onunla bağlıdır. Əsgərliyini çəkib gələndən sonra, 2006-cı ildə hərbi xidmətə getdi. O gündən sonra bizim də firavan günlərimiz başladı. Biz kasıb yaşamışıq. Ancaq mərd yaşamışıq. Və Seymur aldığı aylıq əmək haqqı ilə hamımızı sevindirməyə başladı. Bir də gördün ki, anama və mənə bahalı palto alıb gətirib. Böyük qardaşıma əl yetirirdi. Qazancı o qədər bərəkətli oldu ki, hamımıza çatdı. Hətta mənə ev tikməyə də kömək etdi. Seymur bizim sevinc mələyimiz idi.
2009-cu ildə isə onu evləndirdik. Noyabrın 8-də toy elədik. Aynurla Seymura baxanda özümü lap xöşbəxt hiss edirdim. Bu iki cütlük bir-birinə qoşa göyərçinlər, qumrular kimi bağlanmışdılar. İtkin xəbəri çıxandan sonra, qohum-əqraba, dost tanış gəlib-gedirdi evimizə. Kimsə "həlak oldu, erməni tərəfindədir hələ" deyəndə, az qalırdım həmin adamı parçalayam. Evdə hamımız havalı kimi idik. Böyük qardaşım hərdən "özünüzü ələ alın, hazır olun..." deyəndə, sözünü ağzında kəsirdim. Barışmaq istəmirdim, eşitmək istəmirdim.
Aprel ayının 18-də qardaşımı gətirdilər. Ancaq tabutu açmağa qoymadılar. Xatirimdə sağ görünüşü ilə qalıb. Onu ölmüş vəziyyətdə təsəvvür edə bilmirəm. Bu gün də qardaşımın yoxluğunu qəbul etmirəm.

Anası Zemfira xanım:

- Gözüm elə qapıdadır. Elə bilirəm ki, girəcək içəri, yenə evimiz işıqla, sevinclə dolacaq. Yəqin ki, öldüyüm günə qədər gözüm onu son dəfə salamat yola saldığım qapıda qalacaq. Oğlu Amin əvəllər dəcəllik edərdi. İndi isə atasının adını çəkəndə hirslənir. Elə bilir ki, onu atıb gedib. Daha heç bir reaksiya vermir, heç kimdən soruşmur atasını. Ancaq hərdən "ana, mən şəhid oldum" mahnısını oxuyur. Bilmirəm, haradan, nə zaman öyrəndi bu mahnını. Oturub ailə üzvləri birlikdə xatirələrimizi danışırıq, bir-birimizə sual veririk ki, niyə belə oldu... Cavab tapa bilmirik.

Səbinə qardaşından danışanda gözlərində bir işıq, bir sevinc oyanır. Elə bil ki, bu dəqiqə qapını açıb içəri girəcək qardaşını gözləyir. İstəmir, inanmır Seymurun yoxluğuna.

Xanımı Aynur Seymurun səs yazısını dinlədir mənə. Onunla sonuncu dəfə danışdığı səs yazısı da qalıb telefonunun yaddaşında, başqa səs yazıları da var. Təhərindən-tövründən anlayıram ki, bu taleyi kəm, bəxti yarımçıq gəlin indi Seymurun səsinə sığınıb, gecələr tək qalanda onun səsini qucaqlayır, səsini bağrına basıb, ağlayır, hönkürür... Seymur isə daha başqa heç nə danışmır. Elə aprelin 1-nə qədər dediklərini təkrar edir.

Gözlərində bir dünya kədər-qəm var. Adama elə gəlir ki, o gəlinin gözlərini sevinc birdəfəlik tərk edib.

Şəhidin xanımı Aynur:

- Cürbəcür şayiələr gəzirdi ki, Seymurun bədəni tanınmaz haldadır, bəlkə də özü deyil. Lakin mənə məhkəmə tibb ekspertlərinin çəkdikləri şəkilləri göstərdilər. Seymurun bütün bədən əzaları yerində idi. Atılan mərmi bronjiletinin açıq olan hissələrindən sağ və sol böyrünu yaralamışdı. Aldığı yaralardan və qanaxmadan dünyasını dəyişmişdi. Buna görə çox rahatam ki, Seymurun bədənini 20 gündən sonra dövlətimiz bizə bütöv qaytarmağa müvəffəq oldu. Ancaq bilmirəm ki, aprelin 1-də nə baş vermişdisə, Seymuru yola salanda dedim ki, "mənə söz ver ki, mütləq qayıdacaqsan", o isə "əlbəttə" söylədi. Yoldan mənə telefon mesajı da göndərdi...

Gizir Seymur Qulamhüseyn oğlu Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbində oxuyub. Atası Qulamhüseyn Baxışov istəyir ki, oğlunun oxuduğu 14 saylı orta məktəb indi Seymurun adını daşısın.
Şəhidliyindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı indi Seymurun şəxsi əşyalarının içərisindədir. O şəxsi əşyaların içərisində qəlpələrə sinə gərən "Azərbaycan Respublikasının vətəndaşı" pasportunun üzlüyü də var. Balaca Amin hələ bunların fərqində deyil, uşaqlar bəzən unudurlar... Amin isə incidiyindən unutmaq istəyir. Gözlədiyi atasının gəlmədiyini görüb və gözlərini yoldan çəkib. Böyüyəndə biləcək ki, indi Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın qəhrəmanlıq tarixini yazanların sırasında onun atası, heç vaxt 30 yaşını qeyd eləməyəcək Seymur Baxışov da var.

Gözləri qapıdan yığılmayan Zemfira xanım oğlundan sonra qaməti bükülən Qulamhüseyn kişi, sevgisinə həsrət qalan Aynur isə axtardıqları sualların cavabını onda tapacaqlar ki, uğrunda canları qurban gedən şəhidlərin qanı alınsın, Vətənin bütün torpaqları geri qaytarılsın. O zaman Xəzərlə üzbəüz yerləşən Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin də ruhu bayram edəcək!

Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19712   Tarix: 20 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

30.04.2024 159
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasınd

30.04.2024 569
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 339
.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

30.04.2024 911
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 303
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

30.04.2024 165
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

30.04.2024 542
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

30.04.2024 1153
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 162