Binəqədidəki yanan binada naməlum 16-cı meyit

Binəqədidəki yanan binada naməlum 16-cı meyitBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Yanğında vəfat edən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmova həmin gün yaşananları danışıb: "Qonşunun qışqırıq səslərini eşitdim. Uşağı götürüb qaçdım, bir mərtəbə düşdüm, bloku tüstü basmışdı, qaranlıq idi. Daha düşə bilmədiyim üçün yuxarı qalxdım, əl atdım bir qapıya, təsadüfən öz evimiz idi. Qucağımda uşaq, pəncərənin qabağında dayanıb aşağıdakı xilasedicilərə əl elədim ki, kömək eləsinlər. Onlar da əl elədilər, bildim ki, məni görürlər. Mən huşumu itirdim, ayılanda ağzımda oksigen maskası vardı. Uşağı soruşdum, dedilər ki, "narahat olma, yaxşıdı". Balonda oksigen qurtarmışdı deyə, yenə huşumu itirdim. Sonra ayıltdılar. Məni evdən çıxarmağın yolunu bilmirdilər. Orta yaşlı kişi məni çiynində çıxartdı. Məni aparanda yerdə insanların cansız bədənləri vardı, onları adlayıb keçirdik. Sonradan bildim ki, Fərəh ölüb".

Günay Məhərrəmova onlara dəymiş ziyanı Binəqədi Rayon İcra Hakimiyyətindən tələb edib: "Çünki sakinlərin müraciətindən sonra binanın o materialla üzlənməsi dayandırılmışdı. İcra Hakimiyyəti niyə yenidən icazə verdi? Eyni zamanda, bu yanğında təqsiri olan hər kəsdən tələb edirəm".

Hadisə zamanı xəsarət alan FHN əməkdaşı Kamil Dünyamalıyev də zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, özündəki oksigen maskasını İbrahim adlı 1 yaşlı uşağa verib, nəticədə özü xəsarət alıb.

Prosesin gedişində təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzovun səhhəti pisləşib və məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Məhkəmədə fasilə elan olunub.

Zərərçəkən Aynurə Cəfərova yanğın vaxtı 2 yaş yarımlıq uşağı ilə balkonda gözlədiyini deyib: "Tüstü evə dolmuşdu, heç yer görünmürdü. Telefonun işığı ilə uşağı tapdım. Uşaq tüstüdən boğulurdu. Otaqlardan birinə alov dolanda, balkona qaçdıq. Hərdən əlimizi çıxarırdıq ki, sağıq, kömək eləyin. Saat 4-dən sonra evdən çıxdıq".

Digər zərərçəkən Surxay Sadıqov bildirib ki, yanğın zamanı binada olan oğlunun sağ olmasına baxmayaraq rəsmilər onu ölü biliblər: "Evdən çıxa bilməyib. Tüstü olub, alov dolandan sonra qaçıb, blokda yıxılıb. Bir nəfər pilləkənlərdən çıxarıb gətirib. Meyitlərin yanına qoyublar, elə biliblər ölüb. Həkimlər baxıb görüblər ki, sağdı. 6 saylı xəstəxanaya aparıblar".
Zərərçəkən Sevinc Abdullayeva yanğın vaxtı evdə yeni doğulan körpəsi ilə qaldığını, yanğın söndürüləndən sonra çıxarıldıqlarını deyib.

Prosesdə ifadə verən zərərçəkənlərdən biri Zəmanət Daşdəmirov naməlum 16-cı meyit haqda məlumat verib: "Yanğın vaxtı yerdə bir cəsəd gördüm. Onun başı yarılmışdı, qan axırdı, ölmə ehtimalı çox idi. Amma mən onu tanımadım. Digər ölən 15 nəfərin hamısını tanıyırdım.

Onlardan biri deyildi, onun qolunda döymə vardı. Həmin adam binadan özünü atan Yaşar deyildi, çünki mən onu yerdə görəndən 20 dəqiqə sonra Yaşar özünü atdı. Ehtimal var ki, adı məlum olmayan 16-cı ölü təxribatçı olub, binanı o yandırıb".

Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4928   Tarix: 19 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 203
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 215
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 176
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 184
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 245
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 183
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 758
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 247
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 180