Zibil qutusuyla həyatını dəyişən MİLYARDER

Zibil qutusuyla həyatını dəyişən MİLYARDERAmerikada milyarder iş adamı, hazırladığı məhsulla okeanın o tayında ən çox mal satan şirkətin sahibi Türkiyə vətəndaşı Hamdi Ulukaya təxminən 5-10 ilin içində böyük sərvət sahibi olub.

Amerika imkanlar ölkəsidir, deyənlər yanılmırlar. 43 yaşlı Ulukayanın biznes həyatı da 2002-ci ildən bir "ağ pendir" firması ilə başlayıb.

BiG.AZ musavat-a istinadən xəbər verir ki, bir çoban ailəsində böyüyən, gələcək həyatında hansı peşənin ardınca gedəcəyinə belə hələ qərar verməyən Hamdi Ulukaya Türkiyənin "Milliyyət" qəzetinə verdiyi müsahibəsində deyir ki, Amerikaya dil öyrənmək üçün gedib: "Eləcə dedim bir gedim baxım, oralarda nə var. Çiynimdə bir çanta ilə getdim. Heç bir şeyim yox idi sanırdım. Sən demə, ailəmdən öyrəndiyim təcrübəm və bilgim varmış. Uğurlu olmaq üçün lazım olan şeylərə sahibəmmiş".

İlk qatıq fabrikini atasının məsləhəti ilə quran Hamdi Ulukaya o günləri belə xatırlayır: "Atam mənə baş çəkməyə gəlmişdi. Dedi ki, burda heç yaxşı pendir yoxdur, bizimkiləri gətirib satsana. Bir-iki konteyner gətirdik, topdansatışa dağıtdıq, yaxşı satıldı. Fabrik qurduq".

Hamdi Ulukaya deyir ki, onun stolunun üstündə əlinə qatıq fabrikinin satıldığı elanın yazıldığı bir kağız keçib, onu da lazımsız kağızlar kimi zibil qutusuna atıb: "Yarım saat sonra zibil qutusunda həmin kağızı axtarırdım", müsahibəsində deyir.

Müxbirin "o yarım saatda nə baş verdi" sualına onun cavabı belə olub: "Qarşıma bir fürsət çıxdı. Əslində, bir çox adamın hər gün başına gəlir, amma mən fərqinə vardım. O zibil qutusu həyatımın dönüm nöqtəsidir".

Hazırda ABŞ-da ən iri süd məhsulları istehsal edən "Chobani" fabrikinin uğuru amerikalılara fərqli bir qatıq təklif etməsi ilə başlayıb. Fabrikdə yunan süzmə qatığı istehsal edilir və artıq onlarla çeşidi var.

Hamdi Ulukaya deyir ki, siz nə qədər sizə bənzəyən və işinizi sizsiz görməyi bacaran adam yetişdirsəniz o qədər sürətlə inkişaf edərsiniz.

"Chobani"nin gəlirinin 100-də 10 faizi Ulukayanın qurduğu fonda gedir. Bu yaxınlarda isə Hamdi Ulukaya açıqlayıb ki, şirkəti satışa açıldığı təqdirdə səhmlərin 10 faizi işçilərə hədiyyə kimi veriləcək.

Bu isə minlərlə dollar deməkdir: "Onlar öz işlərinin sahibi olacaqlar və əminəm ki, bununla da şirkətə daha çox xeyir verəcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7866   Tarix: 10 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424