Qazaxda kişi ona xəyanət edən arvadını bağışlayır - AMMA BİR ŞƏRTİ VAR

Qazax rayon sakini başqa kişi ilə intim münasibətdə olan həyat yoldaşını məhkəməyə verib.

Əli Əliyev (Ad və soyadlar şərti göstərilib) Qazax rayon Məhkəməsinə ünvanlandığı şikayətində həyat yoldaşı Samirənin 50 min manat təzminat ödəməsini istəyib.

Əli Əliyev bildirib ki, Samirə həmçinin ondan üzr istəməlidir: "Samirə mənimlə qanuni nikahda olduğu halda, evli bir qadın kimi öz vəzifəmi layiqincə dərk etməyib. O, başqa şəxslə görüşüb və əxlaqsız hərəkətləri edib. Bunun nəticəsində məni və uşaqlarımı hər zaman el-oba içində utanmaq məcburiyyətində qoyub".

İddiaçı qeyd edib ki, həyat yoldaşının ondan və övladlarından el-oba içində üzr istəməsi barədə məhkəmə qərar qəbul etməlidir. O, hətta üzxahlıq məktubunun mətnini də məhkəməyə təqdim edib. Mətni təqdim edirik. "Mən sizi ictimaiyyət içərisində başaşağı olmağa məcbur etdiyimə görə üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın !".

İddiaya görə, üzr kənd əhalisi qarşısında istənilməlidir. Qazax rayon Məhkəməsində işə baxan hakim sonda qərar qəbul edib. Qərarda göstərilib ki, Əli Əliyevin iddiası əsassızdır və təmin oluna bilməz. Bu səbəbdən məhkəmə iddianı rədd edib.

İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Samirə 1995-ci ildə ailə qurublar. Onların birgə nikahından 1997-ci ildə bir oğlu, 2000-ci ildə isə qızı dünyaya gəlib. Ər-arvadın nikahı 2004-cü ildə məhkəmənin qərarı ilə pozulub. Həmin qərara görə, oğlan övladı atası ilə, qız övladı isə anası ilə qalıb. Məhkəmə belə nəticəyə gəlib ki, Samirə Əliyeva Taleh Abdullayevlə görüşməsi iddiaçı Əli Əliyevin şərəf və ləyaqətini alçaldan hərəkətlər etməsi barədə dəlillər əsaslı deyil. Samirə Əliyeva hazırda Taleh Abdullayevlə birgə yaşayır və onların 2015-ci ildə bir övladları da olub.

Məhkəmənin qərarından narazı qalan Əli Əliyev apelyasiya şikayəti verib. O, qeyd edib ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin tövsif hissəsində Samirənin evli qadına yaraşmayan, milli-mənəvi dəyərlərə uyğun olmayan əxlaqsız hərəkətlərlə məşğul olduğu göstərilib. Əli Əliyev həmçinin bildirib ki, Samirənin əxlaqsız hərəkətlərini təsdiq edən yazılı sübut var: "Qazax rayon Prokurorluğunda verdiyim ifadəmdə göstərmişəm ki, Samirə ailə başçısı kimi yaşadığım kənddə məni başıaşağı edib. O, öz hərəkətləri ilə mənə mənəvi zərər vurub, şərəf və ləyaqətimi alçaldıb. Amma qətnamədə fiziki və mənəvi sarsıntı keçirməmi təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyim göstərilib. İddiam əsassız olaraq təmin edilməyib".

Onun sözlərinə görə, Samirə Əliyeva Qazax rayon Prokurorluğunda verdiyi yazılı ifadəsində həyat yoldaşını aldadaraq, əxlaqsızlıqla məşğul olduğunu göstərib: "Belə olan halda məhkəmə mənim şərəf və ləyaqətimin alçaldıldığını qeyd etməli idi. İşin faktiki halları məhkəmə tərəfindən obyektiv araşdırılmayıb və nəticədə qanunsuz qətnamə çıxarılıb".

İddiaçının apelyasiya şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Loğman Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakimlər sonda qərar qəbul ediliblər. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib. (teleqraf.com)
Qazaxda kişi ona xəyanət edən arvadını bağışlayır - AMMA BİR ŞƏRTİ VAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 30059   Tarix: 29 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741