"Atama "qardaş" deyib bıçağı soxdu" - Öldürülən bələdiyyə sədrinin qızı

"Atama "qardaş" deyib bıçağı soxdu" - Öldürülən bələdiyyə sədrinin qızıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar ƏbilHəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə şahidlərin ifadələri davam etdirilib.

Şahid qismində mərhum Vəsilə və Vəfadarın qızı 10 yaşlı Fidan ifadə verib. O deyib ki, Fədai Hüseynov onlara tez-tez gəlib-gedirmiş: "Mən otaqda uzanmışdım, anama zənglər gəlirdi, o söndürürdü. Sonra nənəm gəldi otağa, anam ona dedi ki, sən çıx hava al. Özü telefonunda nəsə yazdı. Birdən Fədai əmi otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Sonra mənə dedi "Fidan, çıx çölə". Mən otaqdan zala çıxanda gördüm nənəm yıxılıb. Biz nənəmi qaldıranda Fədai əmi atama yaxınlaşdı, "qardaş" deyib sonra bıçağı atama soxdu. Mən otağa qaçdım, anama dedim ki, atamı bıçaqladılar. Həmin vaxt anam əlini boğazından çəkdi, yerə yıxıldı, hər yer qan idi".

Dövlət ittihamçısı hadisə zamanı Fədai Hüseynovun hansısa bir söz işlədib-işlətmədiyini soruşub. Fidan isə heç bir söz demədiyini bildirib. Prokuror Fidanın istintaqa ifadəsində bu hissə barədə başqa cür ifadə verdiyi deyib. Fidan isə o ifadəni nənəsinin (Meyxanım Həsənova) təsiri altında, onun dediyi kimi danışdığını deyib.

Bu zaman Vəfadar Əbilhəsənovun bacısı Natella Mirzəyeva etiraz edib və Meyxanım Həsənovaya qarğış edib. Hakimin qərarı ilə o, zaldan çıxarılıb.

Bundan sonra hadisə baş verən evdə aşpaz işləyən Kifayət Əliyeva ifadə verib. O deyib ki, F.Hüseynov tez-tez Vəfadargildə olub: "Hadisəni görməmişəm. Gecə Meyxanım xanım (Vəsilənin anası) zəng edib dedi ki, "skoru maşın" götür gəl. Telefonda onun səsi tufanlı kimi idi, qorxdum, Fidan da ağlayırdı. Mən elə bildim Fidan yıxılıb, ona görə çağırırlar. Xəstəxana evimizin yanında idi, "skoru" götürüb getdim. Evə çatanda Vəfadarın bacısı gecə paltarında çıxıb özünü maşının qabağına atdı, "hamını qırdılar" dedi. Biz qapının ağzında Vəfadarı gördük, elə bildik təkcə o vurulub. Biz Vəfadarı maşına qoyandan sonra İsmayıl dedi ki, "anam qaldı axı". Mən soruşdum anana nolub, dedi "anamın başını kəsiblər". Yuxarı çıxıblar, orda gördüklərimi təsvir edə bilmirəm".

Prosesdə Vəsilə Əbilhəsənovanın iş yoldaşı, rəfiqəsi Sevda Məmmədova və Mirxaliq Əhmədov ifadə verib.
Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

///"Qafqazinfo"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1974   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 168
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 184
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 310
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 179
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 215
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 758
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 196
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 173
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 154