Sağlam ayağı kəsilən qadından PİS XƏBƏR: "Vəziyyəti yaxşı deyil..." - VİDEO

Sağlam ayağı kəsilən qadından PİS XƏBƏR: "Vəziyyəti yaxşı deyil..." - VİDEO"İki gün əvvəl iltihablı ayağı da amputasiya edilən Tərlan Məmmədovanın həyati təhlükəsi hələ də qalmaqdadır".

BiG.AZ bildirir ki, bu barədə anspress-ə 87 yaşlı qadını əməliyyat edən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski məlumat verib. Onun sözlərinə görə, yaşlı qadın hələ də reanimasiya şöbəsindədir və vəziyyəti orta ağırdır:

"Səhhəti o qədər də normal deyil. Yaxşı olduğunu deyə bilmərəm. Düzdür, Tərlan Məmmədova əməliyyatdan sonra özünə gəlib, danışa bilir. Ancaq vəziyyəti ilə bağlı onu reanimasiya şöbəsində saxlayırıq".

İyun ayının 24-də Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Xəstənin nəvəsi Zaur Hüseynov sayta bildirmişdi ki, şəkərli diabet xəstəsi olan nənəsi Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib.

Açıqlama verən səhlənkar cərrah Valeh Kərimov 87 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim səhv etdiyini etiraf edib.

"Hər iki ayaq kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Əməliyyat masası tərsinə quraşdırıldığı üçün mexaniki səhv baş verdi. Uşaqlarını da başa salmışam. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Hadisədir də, başıma gəlib. Bu, hamının başına gələ bilər".

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu məlumat yayıb. Məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1785   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

12:47 196
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

13:49 526
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30.04.2024 1301
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

17:39 54
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

12:39 74
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

16:16 138
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

12:48 613
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

17:52 41
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

17:51 83