"Saqqallı" varlıq Ağdaşın daha bir kəndinə dadandı

"Saqqallı" varlıq Ağdaşın daha bir kəndinə dadandıBir neçə gündür Ağdaş rayonunun Qoşaqovaq kənd sakinlərini qorxu içərisində saxlayan naməlum "saqqallı" varlıqlar rayonun daha bir kəndində görünüblər. Onlar bu gecə rayonun Pirkəkə kəndində evlərə hücum ediblər.

BiG.AZ xəbər verir ki, anspress-ə açıqlama verən kənd icra nümayəndəsi Bəhlul Məmmədov bildirib ki, bu barədə ona gecə saat 03 radələrində kənd sakinləri məlumat veriblər:

"Bir küçənin sakinləri təlaş içərisində idi. Kəndlilərdən biri mənə dedi ki, o, həmin şəxsi görüb. Onun sözlərinə görə, həmin şəxs qara paltarlı, uzun boylu bir adam olub. Digər bir sakin isə bildirdi ki, həmin şəxs onun həyətinə girib və toyuqlarını daşlayıb. Nəticədə də 4-5 toyuq daş zərbələrindən xəsarət alıb. Toyuqları daşlanan sakinin qonşusu isə həmin şəxsin onun həyətindən keçərək qaçdığını dedi. Mən də ərazidə bir müddət dayandıqdan sonra müvafiq qurumlara məlumat verdim".

Bəhlül Məmmədov deyir ki, sakinlər həmin adamın çox sürətli qaçdığını, küncə sıxışdırıldıqda isə yoxa çıxdığını deyirlər. Onun sözlərinə görə, naməlum şəxs və ya varlığın həyətinə girdiyi şəxsin qonşusu ötən gün axşam saatlarında Qoşaqovaqdan traktorla gələrkən texnikanın qoşqusunda Pirkəkədəki evinə ot gətirib: "Həmin traktor sürücüsü mənə göstərdi ki, o qoşquya yığdığı otun üstündə sanki kimsə yatıb. Buna görə də həmin hissədə ot yapışıb. Ehtimal edilir ki, həmin şəxs elə məhz Qoşaqovaqdan gəlib. Gecə bütün sakinlər təşviş içərisində idi. Ancaq heç kimə xəsarət yetirilməyib, oğurluq edilməyib".

ANS PRESS məsələ ilə bağlı kəndin sahə müvəkkili ilə də əlaqə saxlayıb. Murad adlı müvəkkilin cavabı isə belə olub: "Mətbuatın belə şeylərə inanmasını başa düşə bilmirəm. Bu yalan məlumatdır. Belə bir məxluq yoxdur. Başqa da heç nə deyə bilmərəm".

Bir neçə gün əvvəl Ağdaş rayonunun Qoşaqovaq kəndində qəribə hadisələr baş verdiyi barədə məlumat yayılıb. Həmin vaxt açıqlama verən kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov bildirmişdi ki, sakinlərin gözünə görünən bu saqqallı şəxs təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır.

"Həyətlərə girərək sanki nə isə axtarır. Əlində də alışqan işığı var. Gecə saat 02-03 radələrində gəlir".

Bələdiyyə sədri bildirmişdi ki, gündüz vaxtı kənd camaatından kimlər onun haqqında danışsa, həmin şəxs gecə həmin adamların həyətlərinə girir və insanların gözünə görünür: "O hətta bir dəfə sakinlərdən birinin həyətinə özünün qara köynəyini qoyub. Hər axşam da kəndə qara şalvar və qara köynəkdə gəlir. Həmin adam 20-30 yaşlarındadır və boyu təxminən 1.60 sm-dir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6789   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb. "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib. "Paytaxtda baş verən son hadisələrl

00:25 85
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18.05.2024 345
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341