Gəlinini öldürdüyü deyilən qayınata DANIŞDI: "O, ərinə xəyanət edib…"

Gəlinini öldürdüyü deyilən qayınata DANIŞDI: "O, ərinə xəyanət edib…"Xəbər verdiyimiz kimi, iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində iki uşaq anası 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb. Yerli mətbuatda yayılan məlumatlara görə, itkin düşən xanımın atası Məzahir Quliyev qızının öldürülməsi ilə bağlı iddia irəli sürüb:

"Dünən mən və əlavə 8 nəfər qohumum qızımın azyaşlı uşaqlarını çağırıb ayrı-ayrılıqda danışdırdıq və analarını sonuncu dəfə nə vaxt gördüklərini soruşduq. Uşaqlar qızımın öldürüldüyünü dedilər. Uşaqları məndən başqa 8 nəfər danışdırdı. Hamıya eyni sözləri dedilər. Uşaqlar bildirdilər ki, həmin gün analarını babası başından vurub və sonra da başından qan axa-axa maşına qoyub aparıb. Yəni Aytəkini qayınatası baş nayihəsindən küt alətlə vurub, Aytəkin özündən gedib. Sonra da qayınatası Aytəkini sürüyərək maşınına qoyub aparıb. O gündən sonra uşaqlar analarını görməyiblər".

Həmçinin qeyd olunub ki, itkin düşən gəlinin qayınatası meşəbəyi işləyir və çox güman ki, onu öldürərək cəsədini meşədə basdırıb.

Gəlinin ölümündə ittiham olunan Məzahir Əhmədov AzVision.az–a açıqlamasında haqqında deyilənləri yalanlayaraq bir sıra mətləblərə aydınlıq gətirib.

O, qudasının dediyi fikirlərin tamamilə yalan olduğunu, gəlinin öz istəyi ilə evdən qaçdığını bildirib:

"Bunlar tamamilə yalan və iftiradır. Nə mən, nə də oğlum Aytəkinə əl qaldırıb. Həmin gün səhər saatlarında hamımız bir süfrə arxasında əyləşib yemək yedik. Sonra oğlum inəkləri dağa otarmağa apardı. Mən də nəvələrimi bağçaya apardım, sonra da ot biçməyə getdim. Biz gedəndə gəlin evdə tək qaldı. Onu heç kim öldürməyib. Aytəkin evdən çıxanda bütün paltarlarını yığıb, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsini də özü ilə götürüb. Evdə beş manat pul olub, onu da aparıb".

M.Əhmədovun sözlərinə görə, kənd sakinləri həmin gün Aytəkini çayxananın qarşısından keçərkən görüblər:

"Həmin şəxslər polisə ifadə veriblər. Bildiriblər ki, Aytəkinin əynində qırmızı kofta və şalvar olub. Həkim gün Aytəkin rayon avtovağzalında da görünüb. Avtovağzaldan bu məlumatı təsdiqlədilər.

Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq".

Məzahir Əhmədovun qonşuları Aytəkin Quliyevanın başqa oğlana qoşulub qaçdığını düşünürlər.

"Aytəkin ərindən gizli telefon işlədirdi. Gəlin gizli telefonu başqa oğlanla danışmaq üçün işlədər. Aytəkinin əri sakit insandır, bütün günü mal-qara ilə məşğul olur. Aytəkin yoxa çıxan gün onların evində söz-söhbət olmayıb. Olsaydı, bizim xəbərimiz olardı. Aytəkini heç kim öldürməyib. Onu əri döysəydi, uşaqlarını da özü ilə aparardı. Əminik ki, o, ərinə xəyanət etdiyi oğlanla qaçıb. Polis onları tapacaq",-deyə qonşular bildirib.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur.

İtkin düşən qadının atası qızının ailəsində həyat yoldaşı və qayınatası ilə tez-tez mübahisələr olduğunu bildirib. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2010   Tarix: 28 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

05.05.2024 138
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 219
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 135
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 858
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 101
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 159
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 156
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

05.05.2024 202
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 147