Türkiyədə oxuyan azərbaycanlı tələbə: "Bakirəliyimi verdiyim oğlan qəzada öldü, sonra türklə..."

Türkiyədə oxuyan azərbaycanlı tələbə: "Bakirəliyimi verdiyim oğlan qəzada öldü, sonra türklə..."Əfsanənin (ad şərtidir - İ.V.) 21 yaşı var. Atası ukraynalı, anası isə Şəmkir rayonundandır. Dediyinə görə orta məktəbi bitirib ali məktəbə qəbul olanda ağlına da gəlməzdi ki, bu günləri yaşayacaq:

"Universitetdə ilk dərs günü idi. Binaya daxil oldum, amma hansı otağa, hara gedəcəyimi bilmirdim. Bir oğlandan soruşdum, aparıb göstərdi, dərs bitən kimi gəlib mənimlə maraqlandı. Adı Orxan idi, universitetin dördüncü kursunda oxuyurdu. Beləcə münasibətimiz başladı. Bir neçə ay dostluq etdik, məni dərsdən evə ötürdü. Sonra sevgili olduq".

Əfsanə deyir ki, Orxan ona evlilik təklif edir və ailəsi buna qarşı çıxır. Amma sevgililər münasibətlərini davam etdirirlər:

"O, Bakıda kirayədə yaşayırdı. Bir neçə dəfə yaşadığı evə getmişdik, amma aramızda heç nə olmamışdı. Günün birində hər şey başladı. Əslində o mənə toxunmaq istəmirdi, özüm istədim. Anama dedim ki, məni bir nəfər istəyir, etiraz etdi ki, hələ tələbəsən, oxuyursan. Baş verənləri ona danışdım. Dedim ki, artıq bakirəliyimi itirmişəm. Atam da məsələdən xəbər tutan kimi məni universitetdən çıxardılar".

Əfsanənin sözlərinə görə, valideynləri onu universitetdən çıxartsa da, Orxanla əlaqəni kəsmir. Qəhrəmanımız növbəti il valideynlərinin razılığını alaraq ali məktəbə sənəd verir. Bu dəfə Türkiyədəki ali məktəblərdən birində təhsil almaq hüququq qazanır:

"Orxanla əlaqələrimiz var idi, telefonla danışırdıq. Günlərin birində eşitdim ki, o, avtomobil qəzasında dünyasını dəyişib. Təxminən 7-8 ay ağır depressiyada oldum, heç kimi danışdırmadım. Bircə onu bilirdim ki, ölmək istəyirəm. Çünki Orxansız çox çətin idi".

Nəhayət Əfsanə depressiyadan çıxır. Amma bu çıxış da növbəti depressiya üçün ilk addım imiş:

"Türkiyədə oxuyurdum. Artıq vəziyyət o həddə çatmışdı ki, çantamı yığıb Bakıya qayıtmaq istəyirdim. Mənə elə gəlirdi ki, Orxan sağdır, amma onun dünyasını dəyişdiyi hər dəfə yadıma düşəndə, qayıtmaqdan vaz keçirdim. Ortaq tanışlarımızın olduğu bir nəfərin mənimlə maraqlandığını, münasibət qurmaq istədiyini bilirdim. Çox yaraşıqlıydı, ancaq Orxandan sonra bu qərarı vermək mənə çox çətin idi. Nə qədər çətin olsa da, onunla görüşməyə razılıq verdim. Amma beş aydan sonra o da məni tərk etdi. Onun Almaniyaya getməsi məni yenidən depressiyaya saldı. Qışda Bakıya gələndə valideynlərim gördülər ki, halım yaxşı deyil. Məni həkimə apardılar, müayinədən keçdim. Məlum oldu ki, ağ ciyərimdə xərçəng var. Hazırda xəstəliyimin müalicəsini burada davam etdirirəm, hər ey yaxşılığa doğru gedir. Amma tam sağalsam belə, həyat çox maraqsızdır. Çünki Orxansızam".//Ölkə.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8958   Tarix: 24 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 171
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 155
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 168
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

05.05.2024 368
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 163
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 215
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 112
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 149
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 168