İrina Makarova və əkizləri Baku Medical Plaza-dan evə buraxıldı - FOTOLAR

İrina Makarova və əkizləri Baku Medical Plaza-dan evə buraxıldı - FOTOLARBakı Medical Plaza-da son günlər klinika ətrafında gəzən söz-söhbətlə bağlı jurnalistlərlə görüş keçirilib.

Baku Medical Plaza klinikasının Babək filialının Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsinin müdiri Alik Qurbanov deyib ki, "Baku Medical Plaza" klinikasında 1 iyun tarixində qeysəriyyə əməliyyatı keçirən Bakı şəhər sakini İrina Makarova və əkiz övladlarının durumu normaldır və uşaqlar artıq evə buraxılıblar: "Əməliyyatdan sonra xəstə reanimatologiya və intensiv terapiya şöbəsinə keçirilib. Həyati vacib göstəricilər – arterial təzyiq, nəbz, sidik çıxartma, həmçinin xaric olan qanın ümumi həcmi və uşaqlığın tonusu daimi monitorinq altında norma daxilində olub. Hazırda istər valideynin, istərsə də uşaqların vəziyyəti normaldır, artıq evə buraxılıblar. Tibbdən anlayışı olanlar bilir ki, uşaqlıq deyilən orqan ən təhlükəli orqanlardandır və bu əməliyyatların da riski çoxdur. Mən çox istərdim ki, bizim əleyhimizə kampaniya aparanlar bu hadisəninin sonunu gözləyərdilər. Ancaq bizim üçün ən sevindirici məqam odur ki, ailə hazırda xoşbəxtdir və onların 5 illik uşaq həsrətinə son qoyulub.

Həkim anestezioloq-reanimatoloq Kamal Quliyev də jurnalistlərə açıqlamasında hadisənin təfərrüatları haqda danışıb: "İrina xanım süni mayalanma nəticəsində əkiz döl hamiləliyi keçirmişdir. Normal başa çatdırılmış hamiləlik, iyun ayının 1-də standart olaraq keysəriyyə əməliyyatına alındı. İlkin əməliyyat uğurla nəticələnmiş, amma əməliyyatdan sonra cərrahların da dediyi kimi, 50 ilin həkimlərinin qorxduğu məqam olan uşaqlıq borusu qanaxması baş vermişdir. Xəstə üzərində iki laporatamiya əməliyyatı aparılmışdır. Bu əməliyyatlara bağlı müasir qan itirmə tədbiri həyata keçirilmişdir. Bundan sonra xəstənin vəziyyəti kritikləşdiyi üçün xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. İntensiv şəkildə, 10 gün müddətində reanimasion tədbirlər icra olunmuş, sonrakı dönəmdə isə xəstənin vəziyyəti nisbi stabilləşməyə doğru getmişdir. Hal-hazırda xəstənin reabilitasiya prosesi başa vurulub, bu gün evə yazılacaq.

O, uşaqların da səhhəti haqda məlumat verib və deyib ki, uşaqların vəziyyəti normaldır: "Hazırda uşaqların vəziyyəti normaldır. Standartlara uyğun olaraq əkizlərin birinin çəkisi az, digərinin çoxdur. Ciddi həyati təhlükəsi yoxdur. Sadəcə olaraq nisbi zəif olduqları üçün qidalanma aktiv kontrol altında həyata keçirilir. Hazırda durumları stalibdir və analarının yanındadırlar.

Normalda istənilən halda hər hansı əməliyyatın icrasına gələn xəstəni tam şəkildə müayinə etmək imkanı yoxdur. Bu istər sığorta çərçivəsində, istərsə özəl çərçivədə ciddi müayinə məsləhətdir. Tibbdə "Anamnez " deyilən termin var. Biz əməliyyat öncəsi xəstə ilə ən azı 15 dəq ətraflı şəkildə söhbət edirik. Söhbət əsnasında problemlərini soruşuruq, baş verə biləcək incə məqamları deyirik. Əgər ehtiyac olarsa əlavə müayinələr istənilir.

Kamal Quliyev həkimin əməliyyatı yarımçıq qoyub qaçması xəbəri haqda da danışıb və bunu dezinformasiya adlandırıb: Əməliyyatda əvvəldən sona qədər iştirak edən həkimlərdən biri mən olmuşam. Birinci əməliyyatın sonrası heç bir təhlükə olmadığı üçün, ikinci əməliyyat öncəsi aktiv şəkildə briqdaların bir yerdə müdaxiləsinin nəticəsi olaraq həkimlə yanaşı bizim də briqada onlara qoşulub. Həkimin harasa qaçması xəbəri tamamilə dezinformasiyadır. Həkim Azərbaycanda xaricdən gələn, süni mayalanma aparan ən yaxşı mütəxəssislərdən biridir. Ancaq bilirsiz ki, tibbdə 100% nəticə deyə bir şey yoxdur. Hər orqanizm individual olduğu üçün 100% sığorta daşıma imkanı olmur. Əməliyyat zamanı baş verə biləcəkləri sığortalamaq çətin işdir. Biz ancaq fazi etibarilə dəyərləndirə bilərik. Bir faiz olsa belə bu risk olaraq qalır.

Həkim həmçinin onu da qeyd edib ki, uşaqların vəziyyəti stabilləşdirən "Baku Medical Plaza"nın həkimləri olub: "Bu əməliyyatın Baku Medikal Plazada olması əməliyyatın yaxşı nəticələnməsinə gətirib çıxardı. Əməliyyatın icrası, ardınca aparılan əməliyyatlar və son olaraq reanimasiyon tədbirlər bizim klinikada keçirilmişdir. Bizi ən çox sevindirən məqam isə heç şübhəsiz ki, ananın və əkizlərin vəziyyətinin yaxşı olmasıdır.

Baş həkimin müavini Feyzulla Qasımov: "Bu gün İrina Makarova və 2 körpəsi evə buraxıldı. Xəstə və xəstənin qohumları klinikamızın həkimlərindən və tibbi personaldan razılıqlarını bildirdilər. Onlar ginekoloq Alik Qurbanov, cərrah Rəşad Cəfərov, anestezioloq-reanimatoloq Kamal Quliyevə minnətdarlıqlarını bildirdilər. Bu gün bizi sevindirən odur ki, İrina Makarova sağ-salamat ailəsinə qayıdır. Saytlar məlumatları dəqiqləşdirmədən yazı yazmasınlar. Hər hansı bir məlumat almaq istədikdə mənimlə əlaqə saxlaya bilərlər. Biz ictimaiyyətə ən açıq olan klinikalardanıq"

Xəstə İrina Polikarpova(Makarova)-nın bacısı Nataliya Makarova da açıqlamasında bacısının səhhətinin yaxşı olduğunu və heç bir şikayətləri olmadığını deyib: "Biz ailəlikcə hər şeydən məmnunuq. Sevinirəm ki, bacımın və övladlarının durumu düzəlib. Bu günlər ərzində hər an bizim yanımızda olan və bizə dəstək verən "Baku Medical Plaza"nın həkimlərinə və bütün heyətinə təşəkkür edirik".

Xatırladaq ki, "Baku Medical Plaza" klinikasında 1 iyun tarixində saat 7-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı "HB Güven Klinikası"nın həkimi Öndər Tulumbacı keçirib.

İrina Makarova və əkizləri Baku Medical Plaza-dan evə buraxıldı - FOTOLARİrina Makarova və əkizləri Baku Medical Plaza-dan evə buraxıldı - FOTOLARİrina Makarova və əkizləri Baku Medical Plaza-dan evə buraxıldı - FOTOLARİrina Makarova və əkizləri Baku Medical Plaza-dan evə buraxıldı - FOTOLAR/azxeber.com/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9086   Tarix: 22 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyev onları təltif etdi - Siyahı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsili

14:18 180
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 249
.

Tayland Kamboca müharibəsində son durum

Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v

15:55 122
.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

14:34 149
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

16:58 134
.

Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl

10:42 280
.

Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj

"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan

14:55 159
.

Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir

Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli

10:33 221
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

12:52 209
.

TOP MP3