Bayrağımızı necə sevirik?

Bayrağımızı necə sevirik?Hər bir azərbaycanlı qürurla deyə bilər ki, dünyada ən yüksəkdə dalğalanan bayraq bizim bayrağımızdır. Bəs dünyada öz bayrağını ən çox sevən və hörmət edən bizik" deyə bilirikmi?

Azərbaycanda vətəndaşların dövlət bayrağını evlərinin eyvanlarından asmasına maneələr var. Bunu Bakı sakinləri bildirb. "Biz Nərimanovda eyvandan bayraq asmışdıq. Evimizə polis gəldi. Dedi ki, çıxardaq. Biz də bayrağı yığışdırmağa məcbur olduq", - deyə Bakı sakini Fərid Nəsibov vurğulayıb.

Bundan başqa, bir neçə vətəndaş da bayraq asmağa cəhd edərkən Mənzil İstismar İdarəsinin əməkdaşlarının etirazları ilə üzləşib. Əslində isə 8 iyun 2004-cü ildən qüvvəyə minən dövlət bayrağının istifadəsi haqqında qanunun V maddəsində açıq şəkildə qeyd olunub. Azərbaycan Respublikasının dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla bilər.

Dövlət bayrağı ilə bağlı qanunların yaranmasında birbaşa iştirak edən millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan vətəndaşına öz bayrağını evi üzərində qaldırmağı qadağan etməyi cinayət sayır. "Sırf məhkəməlik bir işdir. O polis məmurunu və ya Mənzil İstismar İdarəsinin işçisini məhkəməyə verməlidir ki, bu mənim bayrağıma hörmətsizlik edir. Qoymur mən öz evimdən, eyvanımdan asam. Bu işin bir tərəfi. qanunla nəzərdə tutulub ki, vətəndaşın bayrağa sayğısı nəzərdə tutulub".

Xatırladaq ki, vətəndaşların bayrağa olan sevgisini daha da gücləndirmək və dövlət bayrağını insanlara daha da sevdirmək üçün bir sıra aksiyalar keçirilib. Daha bir aksiyanı isə bir il əvvəl ANS ÇM radiosu keçirmişdi. Respublika günü və radionun yaranması günü münasibətilə radio bütün dinləyiciləri pəncərəsindən, eyvanından dövlət bayrağı asmağa çağırmışdı. Nəticədə paytaxtımızda belə qürurverici mənzərə yaranmışdı.

Qeyd edək ki, bayraq heç bir partiyanın, heç bir təşkilatın, heç bir siyasətçinin deyil. Bayraq dövlətin, dövlət isə xalqındır. Deməli uğrunda minlərlə insanın canından keçdiyi bu bayraq hər birimizindir. Onu sevmək, hörmət etmək borcumuz, evində saxlamaq, eyvanından, pəncərsindən asmaq isə haqqımızdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2828   Tarix: 24 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381