ANS iki xalq artistini bir-birinə - VURDU

ANS iki xalq artistini bir-birinə - VURDUANS-in verilişlərindən biri iki rəqqasə Xalq artistini - Roza Cəlilova ilə Təranə Muradovanı bir-birinə vurub.

Belə ki, R.Cəlilova qardaşınını həyat yoldaşı T.Murdovanın təkidiylə verilişə çəkildikdən sonra peşman olduğunu deyib.

Səbəb də verilişdə Roza xanımın rəqsinin yarımçıq saxlanılması, yerinə isə Təranə Muradovanın rəqsinin verilməsi olub: "Qardaşım arvadıdır, canımdır, sözüm onda deyil. Ancaq niyə mənə həsr olunan verilişdə Təranənin şəkillərini, rəqsini veriblər? Bir ay əvvəl ona veriliş həsr olunmuşdu da. Tanışlarım zəng vurub maraqlandı ki, Roza xanım, sizə həsr olunan verilişi niyə belə ediblər? Aparıcı istədi ki, ikinci verilişdə də Təranəni göstərsin, saldı görüntülərini mənim verilişimə... Qardaşıma zəng vurub dedim ki, onun verilişində mən olmuşam? Mənim verilişimi niyə belə ediblər? Çünki, aparıcı ilə Təranə rəfiqədir, ona bəraət qazandırır. Sən nə oyun çıxarırsan? Mənimlə bağlı proqrama başqasını salmağa ixtiyarın yoxdur".

BiG.AZ xəbər verir ki, publika.az-a açıqlama verən Təranə Muradova aparıcı ilə rəfiqə olduğunu gizlətmədi, amma baldızını da bu məqamda haqlı saymadı: "Həmin aparıcı ilə rəfiqəyəm və bu, mənə xoşdur. Qaldı ki, baldızımı təkidlə verilişə razı salmağıma, belə olmayıb. Məndən Roza xanımın telefon nömrəsini istədilər, mən də verdim. Sonra da Roza xanıma dedim ki, yaxşı verilişdir, çəkil. O da dedi ki, formada deyil, özünü yaxşı hiss etmir. Onun hər zaman gözəl olduğunu söylədim. Mənim görüntülərimin verilişə əlavə olunmasında pis nə var ki? Ağbirçəkdir, 87 yaşı var, həssasdır. Yəqin ona kimsə bu sözləri söyləməyə təhrik edib, deyə bilmərəm. Deyir ki, həyat yoldaşıma zəng edib, narazılığını bildirib. Yoldaşım bunu mənə deməyib".

Heç vaxt bizim aramızda narazılıq yaşanmayıb deyən rəqqasə baldızına zəng edib, onu sakitləşdircəyinə də söz verib: "Hirsi soyusun özünə zəng edib, sakitləşdirəcəm. Baldızım olmasaydı da, ona kobud sözlər deməyəcəkdim. Çünki yaşlı insanlara qarşı həmişə hörmətlə davranmışam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2470   Tarix: 14 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387