18 yaşlı Leylanın ölümündə günahkar sayılan həkim ilk dəfə danışdı - TƏFƏRRÜATLAR

18 yaşlı Leylanın ölümündə günahkar sayılan həkim ilk dəfə danışdı - TƏFƏRRÜATLARSənan Mehdiyev: "Bizə qarşı sürülən ittihamlar əsassızdır"

Ötən ilin martın 17-də "StarMed" klinikasında burnundan əməliyyat olunan 18 yaşlı Mürsəlova Leyla Namiq qızının ölümündə günahkar sayılan həkim Sənan Mehdiyev haqqında deyilənləri təkzib edib.

BiG.AZ xəbər verir ki, bu barədə həkim Sənan Mehdiyev teleqraf.com-a açıqlama verib.

50 mindən bir insan…

Leylanı əməliyyat edən cərrah Sənan Mehdiyev deyir ki, 1 il 1 ay müddətində Kütləvi İnformasiya Vasitələrində danışmamasının səbəbi istintaq prosesinin yekunlaşmasını gözləməsi olub: "Gözlədim ki, istintaq yekunlaşsın və məsələ ilə bağlı danışım. İlk onu deyim ki, burun deyil, beyin, göz, qarın əməliyyatı da olsaydı, yenə də eyni hadisə baş verəcəkdi. İndiyə kimi 12 mindən çox əməliyyat etmişik. Bu, yeganə hadisədir ki, ölüm halı baş verib. Bu hadisədə də ölümə səbəb cərrahi deyil, narkoz dərmanlarına qarşı baş verən ağırlaşma səbəb olub.Yeni anestezioloji ölüm baş verib. Məhz buna görə də aparılan tibbi ekspertizanın məqsədi- ağırlaşmanın nə olduğunu və həkimlərin səhvinin olub-olmadığını təyin etmək idi".

Cərrah deyir ki, tibbi ekspertiza aparılıb və məlum olub ki, ölümə bədxassəli hipertermiya səbəb olub: "Bu, çox nadir rast gəlinən (50 mindən bir adamda) bir patologiyadır və həkimin səhvi sayılmır. Çünki bunu nə əvvəldən təyin etmək, nə də ki qarşısını almaq olur. Bu zaman bədən temperaturu 43-44 dərəcəyə qədər qalxır və əzələ lifləri parçalanmağa başlayır. Nəinki Azərbaycanda eləcə də, dünyada bu ağırlaşma əksər hallarda ölümlə nəticələnir. Bu ağırlaşma əməliyyatın sonlarına yaxın baş verdi. Narkoz həkimi dərhal tədbir görməyə başladı və köməyə Eksperimental xəstəxananın Kardocərrahiyyə şöbəsinin anestezioloqu çağırıldı. O, da bu ağırlaşmanın bədxassəli hipertermiya olduğunu təsdiqlədi".

"Öləndən sonra əməliyyat ediblər", "ürəyi partlayıb"...

Xəstə yaxınlarının ekspertizanın nəticələri ilə razılaşmadığını bildirən Sənan Mehdiyev deyir ki, 4 dəfə təkrar ekspertiza aparılıb: "Hər dəfə də yoxlamaya yeni ekspertlər cəlb olundu. Bundan əlavə xəstənin atası hərbçi olduğu üçün tanıdığı hərbi ekspertlərin iştirakı ilə təkrar ekspertiza istədi. Onların bu istəyi də təmin olundu və hətta hərbi ekspertlər də ölümün bədxassəli hipertermiyadan baş verdiyi təsdiqləndi".

Həkimin sözlərinə görə, hadisə ilə bağlı yanlış məlumatlar söylənilir: "Guya "həkimlər əməliyyat otağını dəfələrlə tərk ediblər", "öləndən sonra əməliyyat ediblər", "trubkayla boğazını cırıblar", "qabırğalarını sındırıblar", "ürəyi partlayıb" və s.

Bunlar əsası olmayan fikirlərdir. Heç bir ekspert tərəfindən belə hal müəyyən olunmayıb. Bu cür yazılar yazmaqda məqsəd hadisəyə məsuliyyətsizlik, səhlənkarlıq donu geyindirməkdir. İstintaqın məsuliyyətsiz aparıldığı iddia olunurdu. Halbuki, istintaq 1 ildən çoxdur ki, tam ciddiyyəti ilə aparılıb, dəfələrlə təkrar ekspertizalar keçirilib. Ən xırda vəsadət də təmin olunub, valideynlərin daha yüksək instansiyalara şikayətləri əsasında bu iş daim ciddi nəzarət altında olub. Bu araşdırmanın nəticəsi olaraq 2016-cı ilin aprel ayında həkimlərin fəaliyyətində nöqsan aşkar edilmədiyi üçün Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq işinə xitam verilib".

"Ekspertizanın nəticələrinin Kanadaya göndərilməsini təklif etdik"

Həkimin sözlərinə görə, Leylanın ürəyində problemin olduğu ona deyilməyib: "Xəstə ilk dəfə 20 fevralda qəbula gəlib. O zaman onlarla burun əməliyyatı haqqında ətraflı danışdıq. Onlar getdikdən sonra digər xəstənin qəbulu zamanı atası qapını açıb bildirdi ki, həkim, qızımın ürəyində prolapsı var. Mən də dedim ki, bu, əməliyyatda problem yaratmır, amma analizə gələn günü bunu mənə xatırlatmadılar. Biz xəstənin şəkərini, rentgenini yoxlayır və kardioqramma edirik. Ürəyin prolapsını göstərmək üçün exo-kardioqramma etmək lazımdır. Bu da hər adama edilmir. Onlar da bunu mənə demədilər. Hər şeyi həkimin üzərinə yıxmaq da düzgün deyil. Xəstənin problemini valideyn həkimə deməlidir ki, mən də bu barədə məlumatlı olum və onun digər analizə göndərim".

Sənan Mehdiyev deyir ki, valideynlərə ekspertiza nəticələrini xarici ölkələrə göndərilməsi də təklif edilib: "Biz bildirdik ki, nəticələri başqa ölkələrə göndərin və onun pulunu ödəməyə hazırıq. Leylanın əmisi Kanadada yaşayır, dedik nəticələri ora göndərin. Düşünə bilərsiniz ki, mən burada müdaxilə edə bilirəm, oraya ki əlim çatmayacaq. Onlar bununla razılaşmadılar və bildirdilər ki, istintaq yekunlaşsın sonra".

Əməliyyat aparatları da ekspertiza olunub...

Valideynlərin aparatların da ekspertizasını istədiklərini bildirən həkim deyir ki, Ədliyyə Nazirliyi tərəfindən əməliyyatda istifadə olunan aparatlar da yoxlanılıb: "Onlarda bir problem çıxmadı. Daha sonra atası mənə bildirdi ki, mən hər şeyi başa düşürəm, amma yaxşı olardı ki, anasına da bunu izah edəsiniz. Bildirdim ki, mən bunu edərəm. Amma anası mənimlə görüşmək istəmədi".

"Xəstə ölən zaman ilk iş pulu istədilər"

Sənan Mehdiyev yazılanların əksinə olaraq əməliyyatın gözəlləşmə olduğunu deyir: "Bu, 2 saata yaxın çəkən əməliyyatdır. Xəstənin anası da burundan gözəlləşmə əməliyyatı olub və onlar bilirlər ki, bu, çəpər əməliyyatı kimi deyil. Mən işlədiyim 13 il ərzində 15 minə yaxın cərrahiyə əməliyyatı etmişəm. Bu əməliyyatlar içində ilk belə hadisədir ki, ölümlə nəticələnir. Amma buna görə məni günahlandırmaq düzgün deyil. Əməliyyat olunan zaman pul xəstəxanaya ödənilib. Xəstə ölən kimi yaxınları bildirdilər ki, ödənilən pul geri verilsin. Biz o pulu həmin vaxt ödədik".

"StarMed" klinikası fəaliyyətini davam etdirəcəkmi?

Sənan Mehdiyev "StarMed" klinikasının bağlanmasından da danışdı: "İstintaq dövrü olduğu üçün klinika fəaliyyətini dayandırıb. Hələ ki yenidən bərpa edilməsini düşünmürük. Heç bir həkim istəməz ki, bu cür hal baş versin. Allah rəhmət eləsin, amma bilmək lazımdır ki, dünyanın hər yerində cərrahiyyədə belə hadisələr qaçılmazdır".
18 yaşlı Leylanın ölümündə günahkar sayılan həkim ilk dəfə danışdı - TƏFƏRRÜATLAR18 yaşlı Leylanın ölümündə günahkar sayılan həkim ilk dəfə danışdı - TƏFƏRRÜATLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2289   Tarix: 30 may 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır

16:18 168
.

Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind

17:40 86
.

Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib. "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoya

11:40 114
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyab

14:20 132
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

17:50 118
.

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib. xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. "Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA"

12:00 136
.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14:10 115
.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v

11:00 115
.

TOP MP3