Bakını qatı toz dumanı bürüdü (RƏSMİ)

Bakını qatı toz dumanı bürüdü (RƏSMİ)Bu gün səhər saatlarından etibarən Bakının, eləcə də ölkənin bir sıra rayonlarının üzərini qatı toz-duman qatı örtüb. Lent.az-ın məlumatına görə, toz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Lent.az-a açıqlamasında deyib ki, artıq ikinci gündür ki, Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur: "Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Artıq mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün və dünən hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Lakin bu gün toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb".

Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur: "Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətində daxil olub. Sabahdan etibarən toz kütlələrinin çökəcək və hava açılacaq".

M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: "Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər".

Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2706   Tarix: 29 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

12:43 327
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 211
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

17:52 185
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 125
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

05.05.2024 787
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 539
.

Latviyada təyyarə təcili eniş etdi - VİDEO

Latviyanın Adazi şəhərində təyyarə təcili eniş edib. BİG.AZ xəbər verir ki, təyyarə 2 nəfəri daşıyıb. Latviya polisinin bildirdiyinə görə, təcili enişə səbəb kanat hissədə yaranan texniki problemlər olub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Hadisə yerindən olan videonu təqdim edirik:

12:40 120
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 226
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

14:42 233