Şəhid anasından ürək dağlayan sözlər: "Bir həftə əvvəl hiss etmişdim..."

Şəhid anasından ürək dağlayan sözlər: "Bir həftə əvvəl hiss etmişdim...""Ayaqqabılarımı təmizləmə, onun üstündə Qarabağın torpağı var. Bir gün Qarabağ alınanda o ayaqqabını təmizləyərsən".

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, bu, şəhid Orxan Hümmətovun anasından son istəyi olmuşdu. Vətən uğrunda qorxmadan son damla qanına kimi vuruşan və şəhidlik zirvəsinə ucalanlardan biri də Şəkinin Kiş kənd sakini 23 yaşlı Orxan Hümbətovdur.

Dolama, daşlı-kəsəkli dar küçələrlə Orxan Hümmətovun doğulub boya-başa çatdığı evinə - Kiş kəndinə yollandıq. Bu qəhrəman kiçik həyəti olan, köhnə qapı-pəncərəli, kasıb bir daxmada böyüyüb. 1992-ci il noyabrın 4-də Alban tarixinin beşiyi olan Kiş kəndində dünyaya göz açıb. Ailədə iki qardaş olan bu gənclərin hər ikisi hərbiçidir. Bizi də elə həyətin qapısında Orxan Hümbətovun hərbiçi qardaşı Vüsal Hümmətov qarşıladı.

Qardaşı ilə qürur duyduğunu və vətən uğrunda özünün də hər zaman canından keçməyə hazır olduğunu deyən Vüsal qardaşının aprelin 4-də şəhid olduğunu dedi: "Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Könüllü, öz istəyi ilə gedib. Mən hər şeydən əvvəl bir hərbiçi kimi, həm qardaşımın qanını almaq, həm də vətənimi qorumaq üçün hər zaman müharibəyə getməyə hazıram. Sözsüz ki, vətəni qorumaq hər kəsin borcudur. Biz hərbini seçmiş, vətənimizlə bərabər həm də anamızı, analarımızı, millətimizi, şərəfimizi qorumuşuq. Orxan heç vaxt ölümdən qorxmayıb. Biz həmişə söhbət edirdik, bir-birimizə deyirdik ki, özündən muğayat ol. Əgər hərbi formanı geyinirsənsə, demək o ölümü çiyinlərində daşıyırsan. Biz hər zaman deyirdik ki, ölsəm şəhid olacam. Vətən uğrunda da ölmək şərəf olardı. Yəni Orxan buna hazır idi".
Şəhid anasından ürək dağlayan sözlər: "Bir həftə əvvəl hiss etmişdim..."Daha sonra söhbətə qoşulan şəhid anası Pərvanə Hümmətova oğlu ilə bağlı ürəyinin dolu olduğunu, onunla bağlı arzularının yarımçıq qaldığını deyir: "Oğlum 4 ildir ki, hərbidə işləyirdi. Ordudan qayıtdıqdan sonra öz istəyi ilə hərbidə işləməyə başladı. Həmişə deyirdi ki, Vətəni, anamı qorumaq mənim borcumdur. Orxan sanki Vətən üçün yaranmışdı. Mən övladlarımın ikisini də vətənpərvər ruhda böyütmüşəm, heç bir istəyinə qarşı çıxmamışam. Hərbiçi olmağı da özləri istədi, mən də xeyir-dua verdim".

Oğlu Orxanla bağlı ürəyinin dolu olduğunu, danışmaq istədiyini deyən ananı qəhər boğur. Gözüyaşlı ana oğlunun iyini onun geyimlərindən aldığını dedi: "Orxanın iyini paltarlarından alıram. İki il əvvəl də ermənilər atəşkəsi pozmuşdu. Onda Orxan Tərtərdə işləyirdi. Əsgər çəkməsini torpaqlı gətirib mənə verdi. Dedi ki, ana bu çəkməni saxla, onu Qarabağ alınanda yuyarıq. Üzərində Qarabağımızın torpağı var. Mən o çəkməni hələ də saxlayıram. Şuşa alınana qədər mən o çəkməni saxlayacağam".

Gözləri uzaqlara dalan ana Orxanın uşaqlığını xatırlayır və sanki balaca Orxan qarşısında dayanıbmış kimi gözlərini bir nöqtəyə zilləyərək danışır: "Orxan uşaqlıqda dəcəl idi. Şirniyyatı çox sevərdi, özü də şirin uşaq idi. 5 yaşından deyirdi ki, mən general olacağam. Zarafatcıl, mehriban uşaq idi. Kəndin bütün balacaları ondan ötəri hələ də göz yaşı tökürlər. Hər gün Orxanın məzarı başına gedib deyirəm ki, dalğalanan bayrağına anan qurban olsun. Məzarı başına gedirəm. Oğlumla hər gün danışıram. Çoxları deyir danışma, dur. Amma mən bilirəm ki, o məni eşidir. Yuxularıma gəlir hər gün. Mənə deyir ölməmişəm, yaşayıram. Deyir məni tək qoyma. Mən Orxanın ölümünə inanmıram. 6 aydan bir məzuniyyətə buraxırdılar. Aprelin 25-i gəlməli idi. Deyirəm yəqin məzuniyyətə buraxmayıblar, sentyabrın 24-ü gələcək. Onu hələ də gözləyirəm. Onu ürəyimdə ölümsüzləşdirmişəm. Bir övlad kimi onunla həmişə fəxr etmişəm.
Şəhid anasından ürək dağlayan sözlər: "Bir həftə əvvəl hiss etmişdim..."Orxan Goranda kursda idi. Axırıncı dəfə martın 26-da evə gəlmişdi. Sonuncu danışığımız isə aprelin 3-ü axşam saat 9-un yarısında olub. Aprelin 4-ü isə eyni danışdığım saatda onun tabutu evə girdi. Danışanda çox yaxşı olduğunu, kursda olduğunu bildirdi. Böyük oğlumun təlimə getdiyini bilirdim. Amma Orxanı bilmirdim. Orxan zəng edəndə dedi ki, qardaşımla danış, xəbər tutun. Mən kursdayam, narahat olmayın dedi. Orxan tərbiyəli, böyük kiçik yeri bilən, sirr saxlamağı bacaran bir oğul olub. O anasını heç vaxt təlaşlandırmaq, qorxuya salmaq istəmirdi. Amma mən Orxanın şəhid olacağını bir həftə əvvəl hiss etmişdim. Sanki canıma od yapışırdı. Gecələr oyanırdım və deyirdim ki, mən istidən yanıram, canıma qızdırma gəlirdi. Ana ürəyim bunu hiss etmişdi. Onun ölüm xəbəri çıxanda kəndin hamısı bildi, bir məndən başqa. Kənddə dedilər ki, şəhid var. Mən qapıya çıxıb bütün övladlar üçün dua etdim, dedim ki, Allahım sən bütün övladları qoru, içində də mənim balalarımı. Mən iki balamın can sağlığından başqa bu həyatda heç nə istəməmişəm. Mənim oğlum indi cənnətdədir. Orxan adını ona qardaşı Vüsal qoyub. Mənası da ordu başçısı deməkdir. Orxan həmişə deyirdi ki, ana qorxma, göydə Allah yerdə də sənin duaların məni qoruyacaq. Mən Orxandan həmişə narahat idim. Amma biruzə vermirdim. İçimdə yaşayırdım. Orxanın iyini hər yerdən duyuram, onun izlərini axtarıram. O gələn küçəyə baxıram, elə bilirəm indi görünəcək və evə gələcək. Orxanın mənə şəkilləri, paltarları, birdə ayaqqabısı yadigar qaldı".
Şəhid anasından ürək dağlayan sözlər: "Bir həftə əvvəl hiss etmişdim..."Balaca otağa göz gəzdirən ana köks ötürərək nə vaxtsa Orxan üçün ayrıca bir otaq düzəldəcəyini və ona aid əşyaları həmin otağa yığıb xatirəsini yaşadacağını dedi: "Mən nə qədər yaşayacağam, Orxan da mənim ürəyimdə yaşayacaq. Heç bir ana, ata övlad dağı görməsin. Ən pis dərddir. Mən Orxanı zülmlə, kasıbçılıqla böyütmüşdüm. Orxan hər şeyin qədrini bilən olub. Böyük oğlum da hərbiçidir və istərdim ki, qardaşının qanını yerdə qoymasın".

Pərvanə ana kiçik otağın bir tərəfində qoyulan şkafı göstərərək onu açmağı özünə məhrum etdiyini dedi: "O şkafdakıların hamısı Orxanın paltarlarıdır. Yoldaşımın, oğlumun paltarları yerdə durur, mən onu həmin şkafa qoymağa qıymıram. Deyirəm oranı aça bilmərəm. Bu otağa da təsadüfən girdim. O bu otaqda yatırdı. Bir gecədə 10 dəfə durub üstünü örtürdüm. Onun iyi hələ də bu otaqdadır. Orxanı həmişə yola salanda deyirdim ki, mən səni həmişə gözləyirəm, salamat gəl. O da həmişə deyirdi ki, baş üstə, ana sən mənim üçün dua et. Televiziyaya baxıb Türkiyədə şəhid olanlara ağlayanda, Orxan göz yaşlarımı silib deyirdi ki, bu göz yaşların heç vaxt axmasın. Onun arzuları tükənməz idi. Həmişə mənə zarafatla deyirdi ki, qardaşıma toy etdikdən bir ay sonra mənim üçün elçi gedəcəksən. Sonra deyirdi ki, sənə Bakıda bina evi alacam. Mənimlə yaşayarsan. Həmişə deyirdi ki, qardaşımın toyundan sonra öz arzularımı həyata keçirəcəyəm".
Şəhid anasından ürək dağlayan sözlər: "Bir həftə əvvəl hiss etmişdim..."Şəhid anası Qarabağ məsələsinin birdəfəlik həllinin tərəfdarı olduğunu dedi: "Qorxa-qorxa yaşamaqdansa, birdəfəlik ölüm hamısından yaxşıdır. Analar qorxu içində yaşayır. Neçə illərdir şəhidlər veririk. Nə qədər analar gözüyaşlı, atalar belibükük, cavan gəlinlərimiz dul, uşaqlar atasız qalıb. Birdəfəlik müharibə başlasın və qurtarsın. Biz öz torpaqlarımızı istəyirik, ermənilərin torpaqlarını yox. Öz xoşları ilə versinlər. Yox öz xoşları ilə vermirlərsə, müharibə ilə alaq".

Ana övladının adının əbədiləşdirilməsini istəyir: "İstərdim ki, bu döyüşlərdə şəhid olanların hamısının adları zirvələrdə yaşasın. Onların adlarına kitablar yazılsın. Gələcək nəsil də bilsin ki, bu cür qəhrəman övladlarımız olub. Qoy bütün dünya bilsin ki, Azərbaycanda Orxan kimi qəhrəman oğullar var. Azərbaycan heç vaxt əyilməz. Bayrağımız Qarabağda da dalğalanar və şəhidlərimizin qanı yerdə qalmaz. Oğluma fərqləndiyi üçün medal verilib. Orxanın igidliyi araşdırılsın, öyrənilsin. Onun adına küçə, məktəb olsun istəyirəm. Mən bütün şəhidlər üçün ağlayıram. Vətənsiz bir heç nəyik. İstəyirəm bütün torpaqlarımız alınsın. Mən bu yaşımda gedib Orxanımın qanını almağa hazıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4077   Tarix: 28 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137