Lerikdə namus üstündə DƏHŞƏTLİ CİNAYƏT: atanı baltaladılar, oğlunun... - FOTOLAR

Lerikdə namus üstündə DƏHŞƏTLİ CİNAYƏT: atanı baltaladılar, oğlunun... - FOTOLARLerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb. Hadisə otlaq sahələri üstündə gedən münaqişə zəminində baş verib.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib".

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

ANS PRESS-in məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 72 yaşlı Hüseyn İsayev Lerik rayonunun Veri kənd icra nümayəndəliyinin tərkibinə daxil olan Hüsəkəran kənd sakinidir. Hüseyn kişi iddia edir ki ,bu gün səhərə yaxın, təqribən saat 4-5 arası həmkəndliləri və əmisi uşaqları onların evinə baqsın edib.

Qulağı kəsilən Rəfael İsiyevin sözlərinə görə, hücumçuları ilk olaraq anası görüb. "Birdən gördüm anam qışqırır. Mən çıxan kimi tutub yıxaraq qulaqlarımı kəsdilər. 4 min manat pulumu, telefonumu da apardılar".

Həkim travmatoloq Emin Səfərov xəstələrə ilkin yardım göstərildiyini deyib. Xəstələr ilkin yardımdan sonra Bakıya göndəriləcək.

Hadisəni araşdıran Lerik rayon polis şöbəsindən əldə etdiyimiz məlumata görə, ailələr arasında münaqişə illərdir ki, davam edir. Zərərçəkən tərəfin iddiasına görə, bugünkü basqında Sulduz, Elduz, Natiq Əliyevlər, Bəybala və Xanlar İsiyevlər iştirak edib.

Hazırda rayon polis şöbəsinin əməliyyatçıları onların saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirsə də hələ ki, saxlanılan yoxdur.

Kənd sakinlərinin verdiyi məlumata görə, ailələr daxilindəki münaqişəyə səbəb ot çalımı, çəpər davası yox, namus söhbəti olub. Qarşı tərəf Rəfaeli Rzaxan kişinin qızına sataşmaqda günahkar bilərək cəzalandırıb.

Hadisənin baş verməsinin dəqiq təfərrüatları rayon polis şöbəsində aparılan araşdırma nəticəsində bəlli olacaq.
Lerikdə namus üstündə DƏHŞƏTLİ CİNAYƏT: atanı baltaladılar, oğlunun... - FOTOLARLerikdə namus üstündə DƏHŞƏTLİ CİNAYƏT: atanı baltaladılar, oğlunun... - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13407   Tarix: 28 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 223
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

04.05.2024 170
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131