Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTOAzərbaycan üçün həftənin, ayın, bəlkə də ilin ən kruyoz olayı ilk dəfə tualetin təmtəraqlı açılış mərasiminin baş tutmasıdır. Sosial şəbəkədə yayılan fotolara görə, mərasim Beyləqan rayonunda olub. Belə ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşaq – yəni tualet istifadəyə verilib.

Açılış mərasimində orta məktəbin müəllim və şagird kollektivi və yerli icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbərin ən maraqlı cəhəti isə heç şübhəsiz ki, bu ayaqyoluna sərf olunan vəsait idi – 90 min manat. Bu, Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı" proqramı çərçivəsində həyata keçirilən "Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması" layihəsi əsasında baş tutub. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

İlk ayaqyolu mi̇si̇rdə olub, ondan sonra pari̇s və londonda...

Bu xəbər isə bizə dünyadakı ən qəribə, ən bahalı ayaqyoluların siyahısını hazırlamağa vadar etdi. "Yeni Müsavat" rəqəmlərə keçmədən evlərimizin, istirahət, əyləncə obyektlərinin vazkeçilməz hissəsinin yaranma tarixçəsinə də nəzər saldı. Tarixi faktlara istinad etsək, oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir.

Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olub. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi.

Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.

İlk tualetin nə vaxt yarandığı çox mübahisəlidir. İnanmaq çətindir ki, Paris, London kimi Avropa şəhərlərində tualet tamamilə olmayıb. Sənədli sübutlara görə, saray əyanları və monarxlar öz təbii ehtiyaclarını harda gəldi – parklarda, həyətin küncündə, balkonlarda ödəyiblər. Bu səbəbdən də, sarayların girişindən ta bal zallarına qədər hər yer "ətir" iztirabı verirmiş. Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirmiş. Sadəcə, güvəcləri sonra harasa boşaltmaq lazım gəlib.

Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl uç dəfə bərkdən "Diqqət, tökürəm" deyə bağırmaq lazımdır.

Ən ucuzdan ən bahalisina – 450 dollarliq tualet də var, 19 mi̇lyon dollarliq da...

Türkiyənin "Hürriyyet" qəzetində dünyanın ən bahalı ayaqyoluları ilə bağlı siyahı hazırlanıb. Ən ucuzdan ən bahalıya qədər... siyahıya göz yetirək.

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO15 IntiMist: Burada tualetin təkcə oturma yeri 450 dollardır

Tualetin içərisində isti su, isti hava filtrasiyası və isinməli oturacaq özəllikləri var.

14 Brondell S1000-EW Swash 1000: 600 Dolar

IntiMist-ə bənzəməsinə baxmayaraq, bu modeldə də isidilmiş, erqonomik tualet oturma yeri var. Eyni zamanda isti hava filtrasiyası və dezodorantlama özəlliklərini də unutmaq olmaz.

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO13 Kohler C3: 1,200 dollar

Lüks tualetlər içərisində ən ucuzu qəbul edilən Kohler C3 modeli isti su təmizləmə çubuğu, pult, gecə işığı kimi bütün lüks ayaqyolu özəlliklərinə sahibdir.

12 Sun-Mar Excel: 1500 dollar

Sun-Mar Excel sadəcə lüks bir ayaqyolu deyil, eyni zamanda ekologiya dostudur. Artıqları bağçada istifadə etmək üzrə gübrətə çevirir. Bundan başqa, heç sudan istifadə etmir və havanı kirlətmir.

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO11 Neo-Metro: Metro Şehər Tualeti: 2500 dollar

Ləkə tutmayan tualetdir və ev üçün nəzərdə tutulub. Orada keçirilən zamanı daha sağlam hala gətirmək üçün bir düyməsi var.

10 Starck C European Toilet 3,000 dollar

Bu seramik tualet çox daha uzun müddət təmiz qalması üçün özəl bir materialdan hazırlanıb. Bundan başqa, ikili sifon mexanizmi və səssiz avtomatik qapanma sistemi kimi bir çox özəllikləri var.

9 English Trellis 3,700 dollar

Əski bir ingilis dizaynıdır. Sırf qarmaşıq dizaynı belə ayaqyolunu lüks bir yerə çevirir.

8 Purist Hatbox 4100 dollar

Purist Hatbox minimalist dizaynına baxmayaraq, içində çox inkişaf etmiş özəlliklər saxlayır. Pultu və yumşaq səthi, materialı onu vazkeçilməz edir.

7 Toto Neorest 600 -5,000 dollar

Bu tualetə yaxınlaşanda qapağı avtomatik olaraq açılır. Bundan başqa, sifonu avtomatik olaraq şəkir, qapağı qapadır. Tualetdə pultdan istifadə etməklə bəzi işləri asalanlaşdırmaq mümkündür. Asanlıqla oturacağı isitmək və ya qapatmaq üçün düyməyə basmaq olur, suyun temperaturunu artırıb-azalda bilərsiniz.

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTO5 "Dagobert" Ahşap Tualeti - 14,123 dollar

Tualet Fransadakı Merovingian dönəminin son rəhbəri Kral Dagobertin adını daşıyır. Kral hər tualetin qapağı qaldırıldığı zaman ‘Le Bon Roi Dagobert’ mahnısını piano ilə çalardı.

4 Swarovski-Bezeli Tualet - 75,000 dollar

"Isis" kolleksiyasının bir parçası olan bu tualet Svarosvki daşlarıyla bəzədilib.

3 Moon River Art Park Tualeti - 750.000 dollar

Fərdi istifadə üçün hazırlanmasa da, önəmli tualetlərdən biridir. Şanxayın məşhur Moon River Art Park içində insanlar tərəfindən hazırlanmış bir mağaranın içində yerləşir və turistik yerlərdən sayılır. 2005-ci ildə tualet ilk dəfə açılanda insanlar onu görə bilmək üçün 2 saat gözləyib. Parka giriş pulunu ödəyənlər üçün ondan istifadə də pulsuzdur.

2 Hang Fung Altın Tualeti – 5 milyon dollar

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTOHang Fung teknologiya qrupu tərəfindən 24-karat saf qızııldan hazırlanıb. "The Hall of Gold" sərgisində nümayiş etdirilib.

1 Beynəlxalq Kosmos Satnsiyası Tualeti – 19 milyon dollar

Dünyanın ən bahalı ayaqyolu əslində dünya üzərində deyil. Rusiya tərəfindən 2008-ci ilin noyabr ayında kosmos stansiyasına qoyulmaq üzrə hazırlanan tualetdə kosmonavtların düzgün pozisiya ala bilməsi üçün biləklikləri var. Bundan başqa, bütün artığığ çəkmək və septik tanklara doldurmaq üçün özəl mexanizmi var.

Tualet deyi̇l, möcüzədi̇r, möcüzə...

Əslində siyahı bununla məhdudlaşır. Amma dünyanın ən qəribə ayaqyoluları ilə bağlı məlumatlar davam edir. Londonun Spitalfilds rayonunda yerləşən yeraltı tualet 1 milyon funt sterlinqə (1.3 milyon avro) satışa çıxarılıb. Məlumata görə, obyektin satışı ilə məşğul olan kompaniya onun sərfəli yerdə yerləşdiyini və ondan restoran, bar kimi istifadə etməyin mümkün olduğunu bildirib. Bildirilir ki, keçmiş tualetin sahəsi 600 kvadrat metrdir. Bu sahəyə 60 insan yerləşə bilər. Qəzet yazır ki, obyekt 2000-2012-ci illərdə gecə klubu kimi işlədilib.

Dünyanın ən bahalı tualeti - 19 milyon dollar FOTOSiyahıda vakuum tualetlər də var. Bu, Tokioda yerləşir. Tokyolu mühəndislər vakuum tualet icad ediblər. Bu tualet kosmosdakı kimi kosmonavtın qida artıqlarını sorur. Tualetə Britaniya şahzadəsi Çarlz 2008-ci ildə ilk baxış keçirib.

Parisdə icad olunan bu tualet hər istifadədən cəmi 60 saniyə sonra özünü təmizləyir.

Arxitektor Monika Bonviçinin icad etdiyi güzgülü tualetdə isə insanlar ətrafda baş verən hər şeyi izləyir, amma onu görən olmur.

Honkonqdakı şaxta tualet isə 15 mərtəbəli binanın sonuncu mərtəbəsində, lift şaxtasında düzəldilib. Tualetin döşəməsi şüşədəndir.
musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5889   Tarix: 28 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946