Rza Zərrab Azərbaycandakı işlərini niyə gizlədib? - ŞOK FAKTLAR

Rza Zərrab Azərbaycandakı işlərini niyə gizlədib? - ŞOK FAKTLARABŞ-da həbs olunan İran əsilli azərbaycanlı milyarder, qızıl taciri və Türkiyə üzərindən İran pullarının "yuyulmasını" təşkil edən Rza Zərrab girov müqabilində azadlığa çıxa bilməyəcək.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, Rza Zərrabın həbsinə sanksiya verən Nyu-York federal prokuroru Prit Bharara məhkəməyə təqdim etdiyi vəsadətdə şübhəlinin azadlığa buraxılacağı halda Türkiyəyə qaça biləcəyi və Amerika ədliyyəsinin onun ekstradisiyasına nail olmayacağı haqda xəbərdarlıq edib. "Rza Zərrab Türkiyəyə qaçsa, rüşvət verib işlərini həll edəcək və onu geri qaytarmaq mümkün olmayacaq", - prokuror bildirib.

Mayamidən Nyu-Yorka etap olunan Rza Zərrabın işi üzrə son məhkəmə iclasında prokuror Bharara Türkiyə prokurorarının 2013-cü il 17 dekabr rüşvət və korrupsiya həbsləri zamanı hazırladıqları dosyeni də dəlil kimi məhkəməyə təqdim edib. Həmin dosyedə Rza Zərrabın Türkiyə hökuməti nazirlərini rüşvətlə necə almasından bəhs olunur.

Məhkəmədə açıqlanıb ki, Rza Zərrab ailə üzvləri ilə birlikdə bu il martın 19-da Mayamiyə daxil olarkən üzərində gömrükdə bəyan edilmiş 103 min dollar nəğd pul olub. Prokuror bildirib ki, saxlanılarkən Rza Zərrabın üzərində ancaq Türkiyə pasportu olub. Hərçənd ki, onun Azərbaycan və İran pasportları da daşıdığı haqda məlumatlar var. FTB əməkdaşları tərəfindən ilkin dindirmə zamanı Zərrab son 10 ildə səyahət etdiyi ölkələrin Britaniya, başqa Avropa ölkələri, Çin, Sinqapur və Tailand olduğunu göstərib.

Lakin FTB əməkdaşlarının apardığı dindirmə zamanı Rza Zərrab Azərbaycana, Rusiyaya, Səudiyyə Ərəbistanına, Misirə və Livana etdiyi səhayətləri gizlədib. Prokuror Bharara deyib ki, Rza Zərrab həmin ölkələrə səyahət etmədiyini deməklə yalan söyləyib. Habelə onun İran və Makedoniya pasportları ilə hansı ölkələrə səyahət etdiyi araşdırılmalıdır.

Məhkəmədə prokuror Rza Zərrabın sərvətini düzgün bəyan etmədiyini də deyib, dəlilləri təqdim edib. Bu dəlillərdən biri də onun Türkiyə telekanallarından birinə müsahibəsində gündə 1 ton qızıl ixrac etdiyi haqda dedikləridir. Həmin kadrlar YouTube kanalından yüklənib və dəlil kimi təqdim olunub.

Rza Zərrab İrana aid pulların beynəlxalq sanksiyalardan yuyulması, ABŞ-ın İrana qarşı sanksiyaları müəyyən edən qanunlarını pozma, Birləşmiş Ştatların bank sistemini aldatma, beynəlxalq miqyaslı maliyyə maxinasiyaları ittihamları irəli sürülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1815   Tarix: 27 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999