Milli Qəhrəmanın həyat yoldaşı: "Oğlum hələ də atasının şəhid olduğunu bilmir"

Milli Qəhrəmanın həyat yoldaşı: "Oğlum hələ də atasının şəhid olduğunu bilmir""Muradın ölümünü oğlumdan gizli saxlamağa çalışıram. İstəyirəm uşaqlar dərk etsinlər ki, ataları ölməyib, şəhidlik zirvəsinə ucalıb".

BiG.AZ xəbər verir ki, bunu azvision.az-a aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva deyib.

F.Mirzəyevanın sözlərinə görə, oğlu Nurlan atasının vəfat etdiyini hiss edib: "Müdafiə Nazirliyində medalın təqdim edilməsinə gedərkən Nurlan dedi ki, ataya verilən medalı sən niyə alacaqsan? Sözsüz ki, atasının həlak olduğunu başa düşür, sadəcə dilinə gətirmək istəmir. Nurlan bəlkə də məni incitməmək üçün atasının öldüyünü demir. Uşaqlar ölümün nə olduğunu bilirlər, şəhidliyi başa düşmürlər. Bunu onlara izah etməyə çalışıram".

Milli Qəhrəmanın həyat yoldaşı: "Oğlum hələ də atasının şəhid olduğunu bilmir"Milli Qəhrəmanın xanımı qeyd edib ki, Murad Mirzəyev şəhid olandan sonra tanımadığı insanlar başsağlığı vermək üçün onların evlərini ziyarət edir.

"Cəbhə bölgəsindən, daha çox atəşə məruz qalan kəndlərdən olan sakinlərdən xeyli zənglər gəlir. Həmçinin cəbhə bölgəsində yaşayanlardan evimizə gələnlər də var. Bildirirlər ki, şəhidlərimiz öz canlarını fəda etməklə bizim canımızı güllərdən xilas etdilər. Ötən gün Türkiyə Böyük Birlik Partiyasının sədri və üzvləri ailəmizə baş çəkməyə gəlmişdilər".

Milli Qəhrəmanın həyat yoldaşı: "Oğlum hələ də atasının şəhid olduğunu bilmir"Qeyd edək ki, mayın 16-da Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Murad Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

General-polkovnik Zakir Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

Milli Qəhrəmanın həyat yoldaşı: "Oğlum hələ də atasının şəhid olduğunu bilmir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5487   Tarix: 26 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 479
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 122
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

12:39 98
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

14:07 0
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1772
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

14:09 0
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 358
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 780
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

12:19 159