Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLAR

Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLARSon vaxtlar Bakı küçələrində "Oka" və "Lifan" markalı avtomobilləri nömrəsiz idarə edənlərin sayı artıb.

BiG.AZ xəbər verir ki, virtualaz.org saytının əməkdaşları təkcə son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanan 3 belə nömrəsiz avtomobil müşahidə ediblər.

Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyasının yaxınlığı və 9-cu mikrorayon ərazisində müşahidə edilən bu avtomobillər həm də yol polisi əməkdaşlarının gözü qarşısında sərbəst hərəkət edir, onları saxlayıb məsuliyyətə cəlb edən yoxdur. Əlbəttə, bunu bütün müharibə əlillərinə şamil etmək olmasa da, nömrəsiz maşın sürmə uğrunda canlarını qoyduqları dövlətimizin qanunlarına hörmətsizlikdir. Əgər biri nömrəsiz avtomobillə qəza törədib adam öldürərsə, və ya digər cinayət törədərsə, həmin şəxsi polis necə tapacaq, harada axtaracaq?
Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLARDəfələrlə bu mövzuya toxunsaq da, problemin həll olunmaması bizi yenidən eyni sualla yol polisinə müraciət etməyə məcbur etdi. Ötən yazımızda Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev müharibə əlillərinə verilən "Oka" və "Lifan" markalı avtomobillərin nömrəsiz idarə olunması hallarının olması ilə razılaşsa da, çox olmadığını demişdi. Həm də bildirmişdi ki, belə halların qarşısının alınması üçün ciddi mübarizə aparılır.

Qanuna görə, nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz. Elə bəzi insanların vətən qarşısında xidmətlərindən sui-istifadə etmələri də yolverilməzdir. Bəzən əlillərə verilən avtomobilləri əlilliyə aidiyyəti olmayan, müharibəni yalnız filmlərdə görənlər sürürlər. Əlillərə polisin yumşaq münasibətindən istifadə edərək onu başqalarına, yaxın və ya qohumlarına verirlər. Ekspertlər də hesab edirlər ki, əslində belə şəxslərə güzəşt edilməməlidir. Vətən qarşısında xidmət heç kimə icazə vermir ki, qanunu pozsun.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da belə halların olması ilə razılaşır. Bölmə rəisinin virtualaz.org-a bildirdiyinə görə, ilin əvvəlindən bu günə qədər 300-dən çox nömrəsiz avtomobil idarə edən şəxs inzibati məsuliyyətə cəlb olunub:
Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLAR"Dövlətimiz müharibə əllillərinin dövlət qarşısında xidmətlərini nəzərə alıb, onlara qayğı ilə yanaşıb, avtomobil verib. Onlar da bunu nömrəsiz sürürsə, həmin avtomobil sahiblərinin dövlətin qanununa olan hörmətini nümayiş etdirir, onlara olan diqqət və qayğıya cavablarıdır. Yol polisi belə halları görürsə, yerindəcə inzibati qaydada protokol tərtib edir. İlin əvvəlindən indiyə kimi dövlət nömrə nişanlarının birinin yerində olmamasına və ya ümumiyyətlə, nömrəsiz idarəetməyə görə 300-dən artıq sürücü saxlanılıb və barəsində inzibati tədbir görülüb".

Yanvar ayında idarəyə nömrəsiz idarə olunan əlil avtomobilləri ilə bağlı informasiya daxil olduğunu deyən V.Əsədovun sözlərinə görə, buna görə bir neçə əlil saxlanılıb və hətta onlara köməklik də edilib ki, gedib nömrə nişanları alsınlar.
Bakıda nömrəsiz maşınlar peyda olub - FOTOLAR"Mən bu faktı da təlimatda qeyd edəcəyəm. Ümumiyyətlə, kim olursa olsun, qanuna hörmətlə yanaşmalıdır. Bu vətəndaşlarda da qıcıq yaradır. Onlar əlildirlər, vətən üçün sağlamlıqlarından keçiblər, dövlətimiz də bunu qiymətləndirib, onlara avtomobil verib ki, gediş-gəlişləri rahat olsun. Biz vaxtaşırı belə avtomobil sürücülərinə qarşı tədbir görürük və görəcəyik. Elə bilməyin ki, tədbir görülmür. Qoy heç bir avtomobil sürücüsü ona edilmiş güzəştlərdən istifadə etməsin. Belə avtomobil sürücülərinə müraciət edirəm. Dövlətin sizə olan qayğısından qanunun tələblərinə uyğun istifadə edin", - Vaqif Əsədov sözlərini, biz də bu yazını küçədə bir daha nömrəsiz avtomobil görməyəcəyimiz ümidi ilə yekinlaşdırdıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhurlar Mədəniyyət Nazirliyindən şikayətçidir: "Dövlət tədbirlərində..."

Bir müddətdir şair Vüqar Əhməd və qızı, tanınmış müğənni Almaxanım Əhmədli Mədəniyyət Nazirliyi ilə bağlı şikayətlərini dilə gətirirlər. Onlar iddia edirlər ki, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva xarici səfərlər və dövlət tədbirləri üçü

20.09.2024 992
.

7 bal gücündə maqnit qasırğası yaxınlaşır: XƏBƏRDARLIQ

Son məlumatlara görə, Yer kürəsinə güclü geomaqnit qasırğası yaxınlaşır, onun səviyyəsi 7 bala çatacaq. -ın məlumatına görə, bu hadisə təkcə elektron sistemlərin və peyklərin işinə deyil, həm də insanların, xüsusən də planetin maqnit sahəsindəki dəyişikliklərə həssas olan insanların sağlamlığına əhəmiyyətl

20.09.2024 216
.

ABŞ Konqresindən Azərbaycanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK

Qarabağdakı separatçı qurumun rəsmən tanınmamasına baxmayaraq, ABŞ-nin uzun illər onun qondarma hakimiyyət orqanlarının sənədlərini qanuniləşdirməsini, İrəvandakı səfirliyinin isə mövcud olmayan dövlətin nümayəndələrinə fəal şəkildə viza verməsini Azərbaycan Vətən Müharibəsindəki qələbədən və ərazi bütövlüyünü

20.09.2024 121
.

Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI? - VİDEO - FOTO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) etdiyi paylaşımla diqqətləri üzərinə çəkib. -a istinadla xəbər verir ki, Əməkdar artistin oğlu Kərimdən boşandıqdan sonra müğənniliyə başlayan Canana lüks avtomobili və bağ evini kamerada nümayiş etdirərək, onları özünə yen

20.09.2024 682
.

Azərbaycanlı aparıcı özünə bahalı avtomobil aldı

Aparıcı Çinarə Əliyeva bahalı avtomobili ilə gündəmə gəlib. xəbər evrir ki, aparıcı avtomobilini yenisi ilə əvəz edib. Çinarə yeni avtomobili ilə görüntülərini Instaqram səhifəsihndə izləyiciləri ilə bölüşüb. "Axır ki, arzumun biri də reallaşdı. 5 ildən sonra qərar verdim ki, daha çox rahat olduğu

20.09.2024 545
.

"Onlar ermənilərlə cici-bacılıq edirdilər" - Video

"Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt "Birinci Qarabağ" deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə

20.09.2024 302
.

Vardanyan Bakıdan Paşinyana cavab verdi

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan Bakı həbsxanasından Ermənistanın Baş naziri Nikol Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Vardanyan Bakıda həbsxanada dindirilm

20.09.2024 346
.

Prezidentin təməlini qoyduğu Eyvazxanbəyli belə olacaq

Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri paylaşılıb. Ölkə.az xəbər verir ki, görüntüləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesablarında paylaşıb. Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən təməl

20.09.2024 271
.

3 saylı Uşaq Evində VƏHŞİLİK: Tərbiyəçi uşağın ayağını sındırdı

Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində müəllimə uşağın ayağını qırıb. xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə müraciət edən və 3 saylı Uşaq Evində böyüyən 13 yaşlı Lemar bildirib. Uşaq bildirib ki, 8 gündür küçələrdə qalıram:. "Mən əvvəl Xəta

20.09.2024 405
TOP MP3