Nazir oğlunun birinci xanımı: "Elə bir sevgi yaşamaq istərdim" - MÜSAHİBƏ - FOTOLAR

Nazir oğlunun birinci xanımı: "Elə bir sevgi yaşamaq istərdim" - MÜSAHİBƏ - FOTOLARDizayner, Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Əliyeva müsahibə verib.

BiG.AZ qafqazinfo.az-a istinadən sözügedən müsahibəni təqdim edir.

Sara Əliyeva nənə və babası Sara ilə Vəlinin sevgisindən, yeni kolleksiyasından, heç vaxt qarşılaşmadığı insandan danışıb.

Elə adamlar, elə sevgilər indi yoxdur

"Sara ilə Vəli çox kiçik, 14 yaşlarından bir-birilərini tanıyıblar. Nənəmlə babam bir küçədə yaşayırdılar ve eyni texnikumda təhsil alırdılar. Babam əvvəlcə sənədlərini indiki Neft Akademiyasına vermişdi, lakin biləndə ki, nənəm Tibb Institutunu seçib, sənədlərini götürərək nənəmin arxasınca gedir. Vəli Axundov məhz nənəmə görə, həkim olur...

1941-ci ildə müharibə başlayanda Vəli qərara gəlir ki, Saraya sevgisini etiraf etsin. Sara isə ona "səni gözləyəcəm" deyir. O zaman heç kim hərbi xidmətinin o qədər uzun çəkəcəyini bilmirdi, babam düz 4 il sonra qayıdır...
Nazir oğlunun birinci xanımı: "Elə bir sevgi yaşamaq istərdim" - MÜSAHİBƏ - FOTOLARBabam müharibədən qayıdanda Bakıda nənəmi tapa bilmir

O zaman nənəm Göyçay şəhərinə həkim kimi ezam olunmuşdu. Lakin hansısa ucqar yerə göndərildiyi üçün babam Göyçayda da Saranı tapa bilmir. Buna dözməyən babam, nənəmi axtarmağa çıxır və bir-iki saatdan sonra atın belində Saranı görür. Dörd illik ayrılıqdan sonra təsadüfən Vəlini görəndə, Sara huşunu itirir. Elə o vaxtdan sonra onlar bir də ayrılmırlar, Sara dünyasını dəyişənə kimi...

Saranın vəfatından 5 il sonra eyni gündə - avqustun 22-i Vəli də dünyadan köçür. İki uşaqları olur, oğlanları Oktay və anam Nigar. Dayım 5 il olar ki, dünyasını dəyişib.

Babam mənə sevgili Sarasının adını qoydu, zarafatca məni "karmannaya jena" çağırardı. Balaca və kök qız idim. Babam rəhmətə gedəndə iki yaşım olardı.

Özümü dərk edəndən sonra mənim üçün nənəmin adını daşımaq həmişə böyük məsuliyyət olub. Əlbəttə, hər zaman babam kimi bir insanla qarşılaşmağı arzulamışam. Çox təəssüf edirəm ki, onunla ünsiyyətdə olmaq imkanım olmayıb. Çünki həyatda elə vəziyyət olur ki, məsləhət almaq üçün sənə müdrik insan lazım olur.
Nazir oğlunun birinci xanımı: "Elə bir sevgi yaşamaq istərdim" - MÜSAHİBƏ - FOTOLARHəyatda babam kimi biri ilə qarşılaşmağı çox istərdim, amma təəssüf ki, olmadı

Hər kəs onun nə qədər mərd, dürüst, sözünün ağası, eyni zamanda çox yumşaq biri olmasından danışır. Vəzifəsindən gedəndən sonra ona müxtəlif təkliflər edirlər, o cümlədən Belçikaya SSR-nin səfiri getmək. Lakin o, Bakıda qalmağı seçir. Babam hər şeydən əvvəl xalqını çox sevirdi. Vəli Axundovun rəhbərliyi dövründə bir sıra mühüm dəyişikliklər həyata keçirildi. Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şuşa şəhərlərində böyük inşaat işləri aparıldı,amma babamın ən böyük arzusu Bakıda metronun açılışı idi. Və bütün çətinliklərə baxmayaraq, 1967-ci ilin 6 noyabrında buna nail oldu.

- Bəs Vəli Axundovun nəvəsi özü metrodan istifadə edir?

- Metronun iyini sevirəm. Uşaq olanda da buna görə düşərdim, həmin iyi qoxlamaq üçün.

- İnsanın adı onun taleyinə sirayət edir deyirlər. Bəzi ölkələrdə insanlar indi də bu inanca sadiqdirlər. Nənənizin adı sizin taleyinizə necə təsir etdi? Ən azı o Saranınki kimi sevgi yaşaya bildiz?

- Mən inanmaq istəyirəm ki, hələ də elə bir insan var, elə bir sevgi yaşaya bilərəm. Təəssüf ki, bu, inandırıcı deyil. O vaxt hər şey saf, təmiz idi. İndi adamlarda o hörmət, məsuliyyət qalmayıb. Babamın vəsiyyətində yazılmışdı ki, məni Saranın yanında dəfn edin. Təəssüf ki, vəsiyyətini dəfnindən 5 gün sonra tapdıq. Babam Fəxri Xiyabanda dəfn edildi. Bir ara onun qəbrini nənəmin yanına köçürməyi düşündük, lakin bu doğru deyildi. Mən əminəm ki, onların ruhu bir-birini tapıb. Çünki babam onsuz yaşaya bilmədi. Arzu edirdim ki, mən də onların sevgisi kimi sevgi yaşayım.

Nənəm çox yaxşı piano çalırdı, baxmayaraq ki, heç vaxt musiqi təhsili almamışdı. Bu onda əsl Şuşadan gəlmə bir istedad idi.
- Bildiyimə görə qızınız da musiqi təhsili alır. Birdən müğənni olmaq istəsə?

- Qızım çalır da, oxuyur da. Mənə oxumaq istədiyini deyir. Hərtərəfli açığam uşaq üçün. Nə istədiyini özü tapmalı, özü seçməlidir. Mən ona yalnız şərait yaradaram. Əgər müğənni olmaq istəyirsə, olsun. Əgər bu onu xoşbəxt edəcəksə, niyə də yox.

Bizdə uzun müddət çoxlu qadağalar olub. Bu doğrudur, bu doğru deyil, bu olar, bu olmaz. Anam jurnalist olmaq istəyirdi, Moskvaya getməli olacaqsan deyə evdən qoymadılar. Anam da belə qadağalarla böyümüşdü. Amma tale elə gətirdi ki, Moskvaya getdi və 10 il orada işlədi və yaşadı. İnsanın alnına nə yazılıbsa, elə də olacaq. Hər şey Allahın əlindədir.

- Görüş atelyenizdə baş tutmuşkən, bəlkə yeni kolleksiyalarınızdan da danışaq.

- İndi çox gözəl kolleksiya üzərində işləyirik, miniatürlərlə xüsusi şarflar hazırlayırıq. Şarfların üzərinə Nizami Gəncəvinin şerləri ingilis dilində işlənəcək. Ümumiyyətlə, bizim kolleksiyada gəlinliklər, ziyafət paltarları, o cümlədən gündəlik geyimlər də var.

- Son vaxtlar modelyerlik sahəsinə olan maraq sizcə nə ilə bağlıdır? Kənardan bir-biriləri ilə bəhsə girmiş kimi görünürlər.

- Biz bu işə başlayanda bu sahədə çox az adam vardı. Rəssamlıq Akademiyasını bitirmişdim, peşəm idi, lakin atelye açmağı heç düşünməmişdim. Bu, məndə hobbi səviyyəsində idi. Toylarda eyni donu geyinməmək, təkrarçılıq olmasın deyə özümüz üçün tikirdik. Biz bu işə başlayandan yarım il sonra bir bum yaşandı. İndi hər iki nəfərdən biri atelye açır.
Nazir oğlunun birinci xanımı: "Elə bir sevgi yaşamaq istərdim" - MÜSAHİBƏ - FOTOLAR- Üstəlik heç də hamısı istedadlı deyil. Aralarında işlərini bəyəndikləriniz varmı?

- Sizinlə razıyam. Bu, istedad tələb edən sahədir. Bu arada biz kurslar təşkil etməyi düşünürük. Bu sahədə işləmək istəyənlər üçün master-klasslar keçiriləcək, eskizlər çəkmək öyrədiləcək. Yeni istedadlara hər zaman açığıq. Bizdə təəəsüf ki, bu cür peşəkar kurslar yoxdur.

Bu sahə üzrə demək olar ki, hər kəslə dostluq edirik. Ona görə də kimi bəyənib-bəyənmədiyimi desəm düz çıxmaz.

Mənim paltarlara hər zaman öz baxış tərzim olub. Mağazaya gedəndə çox vaxt istədiyimi tapa bilmirdim, narahat olurdum. Şoppinqi heç sevmirəm. Təzə bir ölkəyə gedəndə alış-veriş etmirəm, ona vaxt sərf etmək istəmirəm. Daha çox muzeylərə, gəzməyə, yeni yerləri kəşf etməyə vaxt ayırıram. Məncə, yeni bir şəhəri tanımaq üçün onunla bərabər yuxudan oyanmalısan.

- Başqa ölkədə uzun müddət yaşaya bilərsiz ?

- Yaşaya bilərəm, çünki mən ruhən tənha insanam. Tək olmağı sevirəm. Amma Bakıdan kənarda uzun müddət qalanda, doğma şəhərimçün çox darıxıram.

- Bəs emosional vəziyyətiniz yaradıcılıq prosesinə necə təsir edir?

- Əgər insanın içində boşluq varsa, heç bir emosiya yoxdursa, yaratmaq çətindir. Pis və yaxşı fərq etməz, insanın həyatında ağ-qara zolaqlar olmalıdır, bilməlidir ki, o yaşayır.
Nazir oğlunun birinci xanımı: "Elə bir sevgi yaşamaq istərdim" - MÜSAHİBƏ - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10401   Tarix: 23 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788