Prezident və ailəsi ağac əkdi - Fotolar

Prezident və ailəsi ağac əkdi - FotolarMayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

BiG.AZ AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış oldular.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə nazirlik tərəfindən 2008-2016-cı illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilmiş yaşıllıqlar barədə məlumat verdi. Bildirildi ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib. Beləliklə, 2008-2016-cı illərdə respublika ərazisində nazirlik tərəfindən sahəsi 3776 hektar, uzunluğu isə 190 kilometr olan ərazidə ümumilikdə 4 milyon 826 mindən çox ağac əkilərək onlara zəruri aqrotexniki qulluq göstərilib.

Qeyd olunub ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Buna görə də hazırda bu ağacların əkildiyi sahələr son yüz ildə Azərbaycanda salınmış zeytun bağlarının sahəsindən üç dəfə çoxdur. Əkilmiş zeytun ağaclarının sayı isə artıq 1 milyon 268 mini keçib. Son səkkiz ildə nazirlik tərəfindən yaşıllıq sahələrinə 11 min kilometr uzunluğunda damcılı suvarma xətləri çəkilib.

Dövlətimizin başçısına məlumat verildi ki, indiyədək Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib. Onların arasında zeytun, Eldar şamı, sərv, tuya, oleandr, Arizona sərvi, akasiya, göyrüş, lələk, tut, nar, badam, sarağan, meliya və digər ağac növləri var.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ərazidə ağac əkibilər.

Dövlət başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.

Ərazisi 12 hektar olan bu yaşıllıq sahəsində mayın 10-da ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limonad sərvi, leylandi ağacları əkilib.

Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir. Bu məsələdə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Prezident və ailəsi ağac əkdi - FotolarPrezident və ailəsi ağac əkdi - FotolarPrezident və ailəsi ağac əkdi - FotolarPrezident və ailəsi ağac əkdi - FotolarPrezident və ailəsi ağac əkdi - FotolarPrezident və ailəsi ağac əkdi - FotolarPrezident və ailəsi ağac əkdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4163   Tarix: 10 may 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur aktrisa ikinci dəfə ana olub?

Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla

17:23 323
.

Fransada qaçqınlarla bağlı gərginlik artıb

Fransada bir çox qadın, ukraynalı qaçqınların fransız kişilərlə münasibət qurmasından narazıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Shot qəzeti məlumat yayıb. Məlumatda, yaranan gərginlik səbəbindən bəzi ukraynalı qadınlara Fransanı tərk etmələri tövsiyə olunub. [hh4-unikal

19:15 93
.

İnsanlar niyə sosial şəbəkələrdə real həyatda olduqları kimi deyillər? - PSİXOLOQDAN AÇIQLAMA

Son vaxtlar insanlar sosial şəbəkələrdə real həyatda olduqları kimi deyil, özlərini sanki dəbdəbəli həyat tərzi sürürmüş kimi göstərirlər. Qohumlara, dostlara acıq vermək, onlara öz sosial şəbəkələr üzərindən qiymətli əşyaları göstərmək, komfortlu həyatlarını nümayiş etdimək insanlar arasında adi ha

12:39 151
.

Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu

20:23 0
.

Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var

Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb

18:15 107
.

Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı - Xəstəxanalıq oldu

Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb. -a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə ilə bağlı Azərbaycan Universitetindən "Qafqazinfo"nu

16:48 206
.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 357
.

Avropa liderləri Ukraynaya dəstəyi artıracaq

Avropa ölkələrinin liderləri Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyinin artırılması ilə bağlı razılığa gəliblər. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, sammit çərçivəsində çıxış edən rəsmilər bildiriblər ki, Rusiyanın təzyiqləri fonunda Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi Avropanı

16:23 148
.

Sərhəd döyüşləri zamanı Tayland Kambocanı təxliyə etməyə çağırdı

Tayland və Kamboca arasında davam edən sərhəd döyüşləri zamanı Tayland ordusu Ukrayna istehsalı olan BTR-3E zirehli personal daşıyıcısından imtina edib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Osveditel Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, Tayland ordusu eskalasiya ehtimalını əsa

19:45 72
.

TOP MP3