Xarici diplomatlar ermənilərin dağıtdığı -MƏKTƏBDƏ
Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Tərtər rayonundan cəbhənin Ağdam istiqamətinə gediblər.
BiG.AZ APA-ya istinadən bildirir ki, diplomatları Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qarşılayıb. Onlara aprel ayında erməni hərbi birləşmələrinin yaşayış məntəqələrinin atəşə tutması barədə məlumat verilib.
Daha sonra nümayəndə heyəti ermənilər tərəfindən atılan mərminin dağıtdığı Sarıcalı kənd orta məktəbində olublar.
Diplomatlar, həmçinin erməni silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalan Mahrızlı, Zəngişalı, Çəmənli kəndlərində olacaqlar.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.
Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iriçaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.
Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 446 Tarix: 06 may 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:
05.05.2024 852 KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür
ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"
05.05.2024 150 Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus
05.05.2024 130 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:
05.05.2024 112 Bərdədə yanğın: Üçotaqlı ev külə döndü
Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz
05.05.2024 167 Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir
Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı
05.05.2024 141 Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden
05.05.2024 91 18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd
05.05.2024 223 Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"
"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə
05.05.2024 171