Bakıda fahişə şəbəkəsi: Gecəsi 25, içkisi 200 manat - FOTO

Bakıda fahişə şəbəkəsi: Gecəsi 25, içkisi 200 manat - FOTOTürkiyədən Azərbaycana üz tutan 3 turist Bakıda işbazların qurbanı olub.

BiG.AZ xəbər verir ki, turistlər paytaxtda fəaliyyət göstərən kafe və barlarla əlbir olan qadınların tələsinə düşüb. Belə ki, gecə saatlarında əylənmək istəyən Türkiyə vətəndaşları "odnoklassniki" sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: "Qadın, söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.

Nömrəyə zəng edəndə bizi Nizami metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə Nizami metrosundan köhnə avtovağzal istiqamətində yuxarı tərəfə qalxmağımızı istədi və oradaki marketdən iki qutu siqaret və "RedBull" almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən "Kera" kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içirdilər, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara getmək istədiyimizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da kabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etdik ki, axı biz sifariş verməmişik, ikincisi də bizə gətirilən içkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən buradan çıxa bilməyəcəyimizi dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstümüzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmanat və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq".
Bakıda fahişə şəbəkəsi: Gecəsi 25, içkisi 200 manat - FOTOZərər çəkən Türkiyə vətəndaşı hadisəni nəql etdikdən sonra jurnalist ondan təkrar o nömrə ilə əlaqə saxlamağını istəyib.

Özünü "odnoklassniki"də Leyla kimi təqdim edən qız bu dəfə Əsmər olduğunu deyir və turistdən yerini soruşur. Turist Sahil metrosunun yaxınlığında olduğunu deyir. Qiymətini soruşan müştəriyə gecəsinin 40 manata olduğunu deyir. Əsmər türkiyəli müştərisini Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasının qarşısına dəvət edir.

Rəssamlar İttifaqının qarşısında olarkən dəfələrlə zəng olunmasına baxmayaraq bu dəfə qadına zəng çatmır. Görüş təyin etdiyi yerə biraz göz gəzdirdik. Gül dükanının yanında "Lion" adlı Pub olduğunu gördüyümüz zaman ehtimal etdik ki, Türkiyə vətəndaşlarının növbəti tələsi burada imiş. Çünki bizimlə telefon danışığında evə dəvət etmədiyi üçün ağıla sadəcə bu ehtimal gəlir.

Bu arada qeyd edək ki, bu əxlaqsız həyat tərzi sürən qadınlar bir şəbəkədir. Müxtəlif kafe və barlarla əlbir işlədikləri iddia olunur. Faizlə barların tələsinə müştəri salırlar. İlk olaraq zəng edən müştərilərin harada olduğunu soruşurlar və müştərinin olduğu yerə yaxın bir məkan müəyyənləşdirirlər.

Hesab ödənilməyəndə belə döyülürlər

Planlarımız baş tutmadığı üçün, Türkiyə vətəndaşları ilə onların tələyə düşürüldüyü ilk məkana müştəri kimi yollandıq. Məkana yaxınlaşdıq, lakin kafeyə daxil olmadan məkanın qarşısında bir qrupun toplandığını və içkili halda mübahisə etdiyinin şahidi olduq. Mübahisəyə uzaqdan qulaq asdıq və sürücü olduğunu deyən bir müştəri də növbəti qurban idi. Qısa mübahisədən sonra gənc oğlan bir neçə nəfər tərəfindən möhkəm döyüldü./interpress.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9911   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

04.05.2024 659
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 84
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 160
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 320
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 154
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 0
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 428
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

04.05.2024 1003