Şəhidimizin atası: "Oğlum bu evdə böyüyüb, şəraitimiz yoxdur" - VİDEO

Şəhidimizin atası: "Oğlum bu evdə böyüyüb, şəraitimiz yoxdur" - VİDEOElşad Abbaszadə cəbhənin Tərtər istiqamətində, təmas xəttində 3 il xidmət edib. Martın 25-i qarşı tərəfin atəşkəsi növbəti dəfə pozması nəticəsində cavab atəşi ilə susduranlardan biri də Elşad olub.

BiG.AZ-ın məlumatına görə, 3 saat Ermənistan hərbi birləşmələri ilə döyüşən qəhrəman silahını dolduran zaman qarşı tərəfin gülləsinə tuş gəlib. Artıq 40 gündür qəhrəmanımız ən uca zirvədə, şəhidlik zirvəsindədir.

ANS TV-nin çəkiliş qrupu bu gün şəhidin ailəsini ziyarət edib, onlara göstərilən qayğı ilə maraqlanıb. Atası Raquf Abbasovun sözlərinə görə, şəhidin dəfn və yas mərasimi üçün Tərtər rayon icra hakimiyytəi və Elşadın qulluq etdiyi hərbi hissə rəhbərliyi maddi kömək göstərib.

10 gün əvvəl isə ailə dövlətin şahid ailələri üçün ayırdığı 11 min manat sığorta pulunu alıb. Bu aydan isə şəhidin ailəsinə 200 manat prezident təqaüdü ödənilir. Ailə deyir ki, Sığortanın məbləğinin əsas hissəsi şəhidin məzarının düzəldilməsinə xərclənib.

Oğullarını vətənə qurban verən ailə kənardan nəsə ummağı qüruruna sığışdırmır. Amma ailənin 310 manat aylıq gəliri və yaşadığı şərait onların maddi dəstəyə ehtiyacı olduğunu göstərir.

"Şəraitimizin nə yerdə olduğu göz qabağındadır, şəhid bu evdə böyüyüb. Şəraitimiz yoxdur", – şəhid atası Raquf Abbasov bildirdi.

Şəhidin nənəsi Sevil Sadıqova deyir ki, ailənin maddi yardımla yanaşı mənəvi dəstəyə də böyük ehtiyacı var.

"Vətən sağ olsun, xalqımız, millətimiz sağ olsun. İstəyirəm ki, nəvəmin adı əbədiləşdirilsin. Tərtərdə bir küçəyə, bələdiyyəyə, ya kənd icra nümayəndəliyinə adı verilsin. Yalnız onun adı yaşasın", – Sevil Sadıqova dedi. Elşad Abbaszadə və onun kimi oğulların qəhrəmanlığı sayəsində irəliləyə bilməyən, əksinə 25 ildir möhkəmləndiyi mövqelərindən məhrum olan qarşı tərəf bu dəfə ağır artilleriya silahları ilə dinc sakinləri yaşayış məntəqələrini, məktəbləri və digər mülki obyektləri hədəf seçib.

Erməni mövqelərinin 300 metrliyində yaşayan Zamin Cəfərovun evini aprelin 3 də top mərmisi dağıdıb. Evdə yaşamaq mümkün olmadığından ailə üzvləri qohumlarını yanına yerləşdirən Zamin doğma kəndinə qayıdıb və səbirsizliklə evinin bərpasını gözləyir.

"Evlərə ziyan dəyib. Evlərə darvaza, şüşə gətirib veriblər. Amma belə böyük dağıntılara hələ bir şey demirlər. Çadır veriblər. Böyük dağıntıların təmirinə nə vaxt başlanılacağı ilə bağlı məlumatım yoxdur", – Qapanlı sakini Zamin Cəfərov dedi.

Cəbhə bölgəsinə səfər edən, hərbçilər və mülki sakinlərlə görüşən ölkə başçısı dağılmış evlərin bərpası üçün vəsait ayırıb. Yaxın vaxtlarda evlərin bərpasına başlanacaq.

"Nazirlər kabineti belə qərar alıb ki, mülki əhalinin evinə dəymiş ziyanı Bərpa agentliyi edəcək. Məcburi köçkünlərə dəymiş ziyanı isə Qaçqınkom tərəfinden təmir bərpa ediləcək". – Əli Həsənov deyib.

Son 1 ayda Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimi atəşə tutması nəticəsində ümumilikdə Ağdam, Tərtər, Ağcabədi və Goranboy rayonlarında 522 evə ziyan dəyib, 30 nəfərə yaxın mülki şəxs yaralanıb, 6 nəfər isə dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2723   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381