Dələduz qadın bütün qəsəbəni aldatdı - FOTO

Dələduz qadın bütün qəsəbəni aldatdı - FOTOGəncə şəhərində bir qrup insanı aldadaraq pullarını mənimsəyən qadının hazırda harada olduğu bilinmir.

BiG.AZ anspress-ə istinadən xəbər verir ki, Aygün Əlizadə adlı bir qadın yanvar ayından etibarən Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan sakinlərə Dövlət Sosial Müdafiə Fondunda (DSMF)işlədiyini deyərək müxtəlif məbləğlərdə pullarını mənimsəyib. Gəncə şəhər sakini Ulduz Novruzova deyir ki, Aygünə 3000 manat verib ki, onun üçün pensiya düzəltsin. Amma pulu götürəndən sonra Aygündən heç bir xəbər ala bilməyib.

"Mən onunla tanış olanda mənə "sabez"də işlədiyini dedi. Bir neçə dəfə bizə gəlib getdi. Çox səmimi qadına oxşayırdı. Biz bacı kimi idik. Mən nə bilim ki, o, məni aldadacaq. Mənə dedi ki, bir az pul düzəlt, ver mənə, sənə pensiya düzəldim, kasıb adamsan. Bir gün də gəldi, ağladı ki, oğlu əməliyyat olunmalıdır. Mən də bacımdan borc götürüb ona 3000 manat verdim. Dedi, borcu yaxın vaxtlarda qaytaracaq və o puldan götürüb pensiya düzəldəcək", - deyə şikayətçi bildirdi.

Digər sakin Gülsənəm Kərimova isə Aygün Əlizadəyə 200 manat verdiyini iddia edir. Onun sözlərinə görə, Aygün özünü DSMF nümayəndəsi kimi təqdim edib və ona sosial yardım düzəldəcəyinə söz verib.

"Mənə dedi ki, hər uşağa görə bir il ayda 100 manat alacam. Mənim də iki uşağım var. Fikirləşdim, ayda iki yüz manat az deyil. Mən xəstə adamam, imkanımız aşağıdır. O, məndən 200 manat istədi ki, özü bütün məsələləri həll edəcək. Amma sonra öyrəndim ki, məni də, ətraf qonşuları da aldadıb", - deyə Gülsənəm Kərimova qeyd etdi.

Məhsəti qəsəbəsində yaşayan İsmayılova Günel də Aygün Əlizadəyə sosial yardıma görə 300 manat verdiyini dedi.
Dələduz qadın bütün qəsəbəni aldatdı - FOTOBəlli olur ki, Aygün Əlizadə adlı dələduz bu işi tək başına deyil, oğlanları ilə birgə həyata keçiribmiş. O, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan çox sakini "səmimi" sözləri ilə aldadaraq onlardan 200, 300, 500..., hətta 5000 manata kimi pul mənimsəyib.

Sakinlər həmin qadınla bağlı Gəncə şəhər Kəpəz rayon şöbəsinə şikayət etdiklərini, hətta onun və oğlanlarının şəkillərini təqdim etdiklərini bildiriblər.

Gəncə şəhər Kəpəz rayon şöbəsindən dələduzluqla bağlı fakt təsdiqlənib və hazırda həmin qadınla bağlı axtarışların getdiyi bildirilib. "Bəli, bizə Aygün Əlizadə ilə bağlı şikayətlər daxil olub. Hələ ki, qadını saxlamaq mümkün olmasa da onun Şəmkir rayon sakini olduğu və bir müddət öncə Gəncə şəhərinə gələrək Məhsəti qəsəbəsində müxtəlif evlərdə kirayə qaldığı öyrənilib. Hazırda qadının axtarışı davam edir", - deyə polis şöbəsindən bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1341   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 0
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 0
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 426
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29.04.2024 570
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29.04.2024 6
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın xarici işlər naziri Parnpre istefa verib. xəbər verir ki, Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyi

29.04.2024 6
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 105
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 106
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

29.04.2024 188