Bakının ortasında işgəncə mərkəzi - Üfunətdə boğulan körpələr + VİDEO

Bakının ortasında işgəncə mərkəzi - Üfunətdə boğulan körpələr + VİDEO"Nə qazımız, nə suyumuz, nə də nəfəs almağa pəncərəmiz var".

Bunu paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinin ("Xutor") demək olar ki, bütün sakinləri deyir. Onlar bildirir ki, küləkli havada işıq dirəkləri küçəyə sarı adam boyuna qədər əyilir, hətta evlərə də dəyir. Bu da sakinlərin hər an ölümlə üz-üzə qalma ehtimalını artırır. Yağış suları isə yaşayış məntəqəsinin içərilərində yerləşən evlərə dolur. Kanalizasiya sistemi vaxtlı-vaxtında təmizlənmədiyi üçün tez-tez aşıb-daşır, həyətləri çirkab sular və üfunət bürüyür. Bunun da qarşısını kustar üsullarla almağa çalışırlar: evin giriş qapısının qarşısına yarım metr hündürlüyündə hasar hörməklə.

Evlərin az qala bir-birinin içində tikilməsi səbəbindən həyətlərə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir. Sakinlər deyir ki, xəstələri olanda təcili tibbi yardım maşınları əsas küçənin girişində dayanır, ara küçələr dar olduğundan içəri məhəllələrə girə bilmirlər.

"Mənim evimdə bircə pəncərə var, amma 7 qonşum".

Bunu Rəsulzadə qəsəbəsinin sakini Nazəni Həsənova söylədi. Evdə xəstə həyat yoldaşı və uşaqları ilə birgə yaşayır:

"Həyat yoldaşım 3-cü qrup əlildir, ağır xəstədir. Nəfəs almağa pəncərəmiz yoxdur. Tavandan nəfəslik açmışıq, ordan da ancaq azacıq işıq düşür. Eyni evdə 8 qonşu ilə yaşayırıq. Yataq otağımız, mətbəx, hamam və o biri otaqlar hamısı ayrı-ayrı evlərlə qonşudur".

Məhəllə ağsaqqallarından Süleyman Sadıqov isə deyir ki, "Xutor"un sökülməsi məsələsi gündəmə gələndə çox seviniblər. Düşünüblər ki, buranın yerində rahat müasir binalar tikiləcək və axır ki, rahat nəfəs ala biləcəklər. Amma arzuları gözlərində qalmaqdadır:

"Nə normal qazımız var, nə suyumuz. Külək əsən kimi işıqlarda da problem olur. Kanalizasiya və içməli su boruları da əsaslı dəyişilməyib deyə, tez-tez partlayır və verilən su da küçəyə axır, evlərə dolur. Eyni daşın üstündə 10 ailə yaşayır. Ona görə də, buralar plana düşməlidir ki, biz də rahat yerə köçüb, orda yaşayaq".

Çəkiliş zamanı bir şey də diqqətimizi çəkdi. "Xutor"da böyüyən uşaqlar ya hasarların üstündə, ya da çirkab suların içində oynamağa məcburdular...

BiG.AZ admiral.az-a istinadən müasir Bakıya yaraşmayan görüntüləri təqdim edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1954   Tarix: 05 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29.04.2024 354
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Humanitar yardım daşıyan 1063 tırdan yalnız 49-u Qəzzanın şimalına çatıb

Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ və İsrailin iddialarının əksinə olaraq, bir həftə ərzində Qəzza zolağına daxil olan 1063 humanitar yardım maşınından yalnız 49-nun Qəzza zolağının şimalına çatdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsinin rəhbəri Selam

29.04.2024 120
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 872
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 173
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 430
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 183
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

29.04.2024 172