Bakı ermənilərə Laçın dəhlizini verə bilər - BİR ŞƏRTLƏ

Bakı ermənilərə Laçın dəhlizini verə bilər - BİR ŞƏRTLƏQarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunacağı təqdirdə Azərbaycanın Ermənistanla ərazi mübadiləsinə getməsi də mümkün sayılır. Bəzi təhlilçilər hesab edir ki, İrəvan Dağlıq Qarabağdakı ermənilərlə birbaşa əlaqə yaradılması üçün dəhliz tələb etdiyi halda, Azərbaycan da blokada şəraitində yaşayan Naxçıvanla quru yolunun açılmasını, bu səbəbdən Mehridən keçməklə ona dəhlizin verilməsini tələb etməlidir.

Düzdür, bu, Ermənistan üçün intihara bərabər razılaşma olardı. Çünki erməni rəhbərliyi də etiraf edib ki, Mehridən İrana açılan pəncərə onlar üçün nəfəslik rolunu oynayır və əgər birinci Qarabağ savaşında bu nəfəslik olmasaydı, Ermənistan boğulardı. Bəs, bu məsələ müzakirə predmeti ola bilərmi?

BiG.AZ xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova Yeni Müsavat-a açıqlamasında bunu mümkün sayıb:

"Bu məsələ vaxtilə qalxmışdı. Hesab edirəm ki, bu arqumentin də ciddi bir əsası var. Əgər biz doğrudan da məhdud sayda ermənilərin yaşadığı Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi deyilən bir dəhlizin olmasına danışıqlar prosesində etiraz etməmişiksə, bunun gələcəkdə mümkünlüyünü qəbul ediriksə, nədən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Mehridən belə bir dəhliz olmasın?

Ancaq B.Muradova xüsusi vurğulayıb ki, Laçın dəhlizinin Ermənistana yol kimi nəzərdə tutulması Azərbaycanın o ərazisindən imtinası anlamına gəlməməlidir:

"Bu, qarşılıqlı istifadə üçündür və yenə də Azərbaycan ərazisidir. Yəni yalnız Ermənistanın istifadəsində ola biləcək ərazi ola bilməz. Belə çıxmasın ki, bu dəhliz olacaq və hər iki tərəfdən erməni əsgərləri dayanacaq, bizi oraya yaxın buraxmayacaq. Belə şey mümkün deyil. Əgər biz münaqişənin həllindən sonra normal qonşuluq münasibətləri, diplomatik münasibətlər, gediş-gəlişi nəzərdə tuturuqsa, bu yol elə o əlaqələri təmin etməyə daha yaxşı xidmət edə bilər".

İlin sonunda kimi 5 rayonun azad olunacağı barədə Rusiya ekspertlərinin verdiyi proqnozlara rəğmən, cəbhədə fərqli situasiya müşahidə olunur. Bu situasiya nə vəd edir? Xanım vitse-spiker konkret fikir bildirməyin çətin olduğu qənaətindədir:

"Bu müddət ərzində o qədər proqnozlar vermişik ki. Mən hansısa qəti proqnoz verməyin əleyhinəyəm. Amma bu kimi fikirlərin səslənməsini məqbul sayıram - hətta onlarda bizim maraqlarımıza zidd olan məqamlar olsa belə. Hər kəs münaqişənin həlli üçün öz istəklərini, düşüncələrini, məqbul bildiklərini həqiqət kimi qələmə verməyə çalışır. Amma bu, həm də məsələnin gündəmdə olmasını təmin edən cəhətdir".

Aprel toqquşmaları bir daha sübut etdi ki, münaqişədə yalnız iki tərəf var və Dağlıq Qarabağ yalnız oyuncaq rolunu oynayır. Azərbaycan parlamenti əlahiddə Qarabağ müzakirələri keçirib xalqın və dövlətin ümumi mövqeyi ilə bağlı qərar qəbul etməyi planlaşdırırmı?

B.Muradova: "Parlamentdə hər zaman bu məsələyə münasibət bildirilib. Azərbaycan parlamenti qapalı şəkilsdə yalnız Azərbaycan prezidentinin də razılıq verdiyi, həll üçün məqbul variant hesab etdiyi həll variantını müzakirə etməyə yığışmalıdır. Bizə misal gətirirlər ki, Ermənistan qapalı iclas keçirdir. Ermənistan haqsız tərəfdir, işğalçıdır, qonşu dövlətin ərazisini hər gün güc tətbiq etməklə qeyri-qanuni olaraq işğal altında saxlayır. O bilir ki, əvvəl-axır bu torpaqlardan çıxmalıdır. Üstəlik, bilir ki, daha böyük güzəşt onlar tərəfdən olmalıdır və onlar mövqelərini dəyişməyə məcburdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1940   Tarix: 03 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788