Ohanyan istefaya göndərilir?

Ohanyan istefaya göndərilir?Ermənilərin istefa tələbi: Ohanyan və Nalbandyan getməlidir...

BiG.AZ xəbər verir ki, aprel döyüşlərindəki ağır məğlubiyyət Ermənistanın hakim dairələrində ciddi təşvişə səbəb olub. Bir-birinin ardınca zərbələr alan Serj Sarkisyan vəziyyəti düzəltmək üçün Müdafiə Nazirliyində general ovuna çıxıb. Ermənistan rəhbərliyi Qarabağ döyüşlərindəki məğlubiyyətə görə 3 general vəzifəsindən azad etməklə orduda ixtisarlara start verib. Heç şübhəsiz ki, dəyişikliklər bundan sonra da davam edəcək. Hətta iddia edilir ki, Sarkisyanın hədəfində ölkənin müdafiə naziri Seyran Ohanyan da var. Əlbəttə, Ohanyanın işdən çıxarılması Ermənistan hakimiyyəti üçün o qədər də asan məsələ deyil. Söhbət günahkar axtarışından gedirsə, aprel məğlubiyyətinə görə, birbaşa Sarkisyan və Ohanyan məsuliyyət daşıyır. 3 generalın qovulması isə sadəcə görüntü xatirinə atılan addımdır. Ola bilsin ki, Sarkisyan ixtisarlara başlamaqla Ohanyanın "taxtını" laxlatmaq və ona yolu göstərmək niyyətindədir.

Təsadüf deyil ki, cəbhədəki döyüşlərdən sonra İrəvanda keçirilən etiraz aksiyalarında ermənilər Ohanyan və XİN rəhbəri Eduvard Nalbandyanın istefasını tələbə edirdilər. Sözsüz ki, bu göydən düşmə tələb deyil, arxasında böyük ehtimalla ölkə rəhbərliyinin Ohanaya "tezliklə gedəcəksən!" mesajı durur.
Ohanyan istefaya göndərilir?Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev azvision.az-a açıqlamasında bildirib ki, məğlubiyyət olmadığı halda heç bir general istefaya göndərilmir: "Ermənistan cəbhədəki son əməliyyatlarda məğlub olmasaydı, Sarkisyan heç bir generalı işdən çıxarmazdı. Məğlubiyyət var və onlar işdən çıxarılıb. Sarkisyanın bu addımı göstərir ki, erməni ordusunda kəşfiyyat, texnika yox səviyyəsindədir".

D.Rzayev hesab edir ki, Sarkisyan məğlubiyyətin əsas səbəbkarlarını yox, ikinci dərəcəli şəxsləri cəzalandırıb: "Ermənistan prezidenti məğlubiyyətə görə üç generalı işdən çıxardı. Ancaq, əsas günahkar özü və müdafiə naziri Seyran Ohanyandır. Təbii ki, Sarkisyan özü və Ohanyanı cəzalandıra bilməz. Çünki, Ohanyan onun ən yaxın adamlarından biridir. Bu baxımdan Ermənistan rəhbərliyi günahı özgəsinin boynuna atır, Ohanyanı qoruyur. Ancaq, nazir kimi onun böyük bir fəaliyyəti yoxdur".
Ohanyan istefaya göndərilir?Sabiq müdafiə naziri qeyd edib ki, cəbhədə məğlubiyyətə görə, bütövlükdə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır: "Ümumən hərbidə belə bir qayda var ki, məğlubiyyətə görə bütün generallar günahkardır. Son hadisələr göstərdi ki, erməni ordusunun komanda tərkibi çox zəifdir. Eyni zamanda Ermənistanın hərbi potensialı aşağı səviyyədədir. Əgər Azərbaycanın hərbi büdcəsi, Ermənistanın dövlət büdcəsindən çoxdursa, burada hansı uğurdan söhbət gedə bilər? Azərbaycan müasir silahlara malik olduğu halda Ermənistan SSRİ-dən qalma köhnə silahlarla savaşır. Ona görə məğlubiyyət bu ölkə üçün qaçılmazdır".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Serj Sarkisyan Ohanyanı tutduğu postdan uzaqlaşdıra bilməz: "Seyran Ohanyan müdafiə naziri olmaqla yanaşı, "Qarabağ klanı"nın üzvüdür. Eyni zamanda onun vaxtilə Qarabağda döyüşmüş adamlarla əlaqəsi var. "Qarabağ klanı"nındakı mövqelərini zəiflətmək istəməyən Serj Sarkisyan Ohanyanı yerindən tərpətməyəcək.

Seyran Ohanyan istefa verəcəyi təqdirdə postundan gedə bilər. Ohanyan istəmədən Sarkisyan onu işdən çıxara bilməz. Bunun üçün "Qarabağ klanı"nın razılığı əsasdır",- deyə politoloq bildirib.
Ohanyan istefaya göndərilir?M.Əhmədoğlunun fikrincə, Ohanyandan fərqli olaraq Nalbandyanın vəzifədən göndərilməsi hazırki durumda mümkündür.

"Ermənistanda Nalbandyandan güclü xarici işlər naziri olmayıb. Böyük bir yalanı beynəlxalq aləmə sırımağı ondan yaxşı bacaran yoxdur. Nalbandyan 10 gün öncə Kazan prinsiplərindən, ötən gün isə yenilənmiş Madrid prinsiplərindən danışdı. Qısa bir zaman kəsiyində bu qədər böyük manevr edir və Sarkisyanın açıq bəyanatını təkzib edir. Bu, hər adamın işi deyil. Bununla belə ermənilər Nalbandyana nifrət edir. Hesab edirlər ki, Nalbandyan Moksvanın adamıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2013   Tarix: 30 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

18.05.2024 579
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. BİG.AZ -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanmas

18.05.2024 253
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18.05.2024 258
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474