Cavid Hüseynovun anası Prezidentə müraciət etdi

Cavid Hüseynovun anası Prezidentə müraciət etdi"Qəbələ" klubunun həbsdə olan futbolçusu Cavid Hüseynovun anası Xalidə Hacıyeva Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

BiG.AZ-ın xəbərinə görə, müraciətdə bildirilir: "Sizə müraciət etməkdə məqsədim oğlum Cavid Hüseynovun işinə ədalətli baxılmasını xahiş etməkdir. Bütün ölkənin diqqətini cəlb edən hadisədə fotoreportyor Rasim Əliyevin vəfat etməsi bir ana kimi məni də hədsiz kədərləndirdi. Bu hadisədə oğlumun adının hallanması isə ikiqat zərbə oldu. İlk gündən hadisənin obyektiv araşdırılacağına şübhə etmədiyimizdən istintaqın başa çatmasını gözlədik və artıq ictimaiyyət də günahkarların kimliyini bilir. Bu hadisədən ölkəmizin əleyhinə istifadə etmək istəyən xarici qüvvələrin təzyiqinə baxmayaraq, işin obyektiv araşdırılması üçün hadisələri birbaşa nəzarətə götürən Cənab prezidentimizə buna görə ailəmiz adından minnətdarlığımı bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, əgər oğlum Cavid Hüseynovun bu hadisədə hansısa şəkildə günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları qarşısında cavab verməsini tələb edərdim. Çünki həyat yoldaşım Şakir Abbas oğlu Hüseynov da daxil olmaqla, bu torpaq uğrunda şəhid olan oğullar ölkəmizin yaşaması, qanunların aliliyinin qorunması üçün canlarından keçiblər".

Müraciətdə X.Hacıyeva həyat yoldaşının 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olduqdan sonra "İgidliyə görə" medalı ilə təltif olunduğunu yazıb: "Atası kimi oğlum Cavid Hüseynov da, dövlətə xidmət etməyi, çalışdığı sahədə ölkəmizin şərəfini qorumağı həmişə əsas məqsəd sayıb. Üç azyaşlı uşaqla qaçqınlar üçün ayrılmış yataqxanalarda min-bir əziyətləşəhid övladını "qatil" kimi böyütmək bizim tərbiyəmizə yaddır.

Cavidin məhz idman sahəsini seçməsi, burda uğurlara nail olması, Milli komandada vacib qollar vuraraq dövlətimizin idmanın inkişafına yönələn siyasətinə öz töhfəsini verməsi bir ana kimi məni çox sevindirirdi. Son zamanlarda çıxış etdiyi "Qəbələ" klubunun bütün Avropanı təəccübləndirərək uğurla irəliləməsi, minlərlə azarkeşin rəğbətini qazanması oğlumun məsuliyətini daha da artırmışdı. Çox şadam ki, "Qəbələ"nin tarixdə ilk dəfə qitə turnirlərində qrup mərhələsinə düşməsində, Azərbaycanın çox az ölkəyə qismət olan uğura imza atmasında - bu mərhələdə iki komanda ilə təmsil olunmasında Cavidin oyunun da rolu oldu.

Digər oğlum – Köln Universitetində təhsilini davam etdirən Şərif Hüseynovun da Vətən üçün layiqli övlad və önəmli kadr kimi yetişəcəyinə inamım böyükdür. Amma baş verən məlum bədbəxt hadisə ailəmizin hər bir üzvünü sonsuz narahat edir. Cavidin hadisənin baş verməsində günahının olmadığı istintaqla təsdiqləndiyi halda, artıq 9 aydır həbsdə qalması, onun həyatına, karyerasına və ailə üzvlərinə - 2 körpə uşağına təsirsiz ötüşmür. Mərhum R.Əliyevin hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdiyi halda, oğlumun hadisəni bilib deməməkdə təqsirli bilinməsi nə dərəcədə məntiqə uyğundur? Və yaxud istintaq materiallarında da Cavidin hadisədə iştirak edən qohumuna "getmə" deməsi təsdiqini tapıb.

Üstəlik onların mərhumla "söhbət eləməyə" getmək istədiklərini söyləmələrində, Cavidin onları "söhbət etməyə gedəcəklərini" bilməsində o qədər bağışlanılmaz cinayət tərkibinin olmadığını hər kəs qəbul edir. Bunları nəzərə alaraq, bir ana kimi xahiş edirəm ki, oğlumun hələ Azərbaycan idmanına kömək edə biləcək yaşda olmasına, atasının "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid olmasına, ilk dəfə belə halla üzləşməsinə və nəhayət, iki körpə uşağına bağışlanmasına kömək göstərsiniz"./qol.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2690   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 878
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 167
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

12:52 331
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 95
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

13:01 276
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 329
.

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. APA-nın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələr də var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətində

21:03 0
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

15:27 678
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

16:56 169