Qarabağ separatçılarından son qərar - MÜHARİBƏ OLACAQ

Qarabağ separatçılarından son qərar - MÜHARİBƏ OLACAQİnsanlar ərazilərin verilməsi ilə bağlı əsassız danışıqları dayandırmalıdırlar.

BiG.AZ axar.az-a istinadən bildirir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Qarabağ separatçılarının lideri Bako Saakyan söyləyib. Onun sözlərinə görə, ermənilər əvvəlki dövrlərə qayıtmaq niyyətində deyillər.

Saakyan həmçinin torpaqların Azərbaycana qaytarılmayacağını da bildirib. Separatçı lider Qarabağla Ermənistan arasında münasibətlərin pisləşməsi ilə bağlı faktlar axtarılmasının da dayandırılmasını tələb edib.

"Hələlik biz Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı cavab almamışıq. Əgər cavab yenə "yox" olarsa, o zaman aparılan müzakirələr faydasız olacaq. Biz tərəf olaraq danışıqlar prosesinə daxil olmaq istəyirik".

Saakyan 2015-ci ilin iyulundan bu ilin aprelinə qədər erməni tərəfinin itkilərini açıqlayıb. Onun sözlərinə görə, bu müddət ərzində erməni ordusunda 21 nəfər ölüb, 113 nəfər yaralanıb. Amma 2 apreldən bu yana olan itkilərə toxunmayıb.

Xatırladaq ki, Sərkisyan və Saakyan aprelin əvvəli ilə müqayisədə tamam fərqli ritorikaya keçiblər. Sərkisyan ötən gün partiya toplantısında Qarabağla bağlı sülh danışıqları üçün 3 şərt irəli sürüb: Dördgünlük müharibənin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı aqressiyaya və terrora getməyəcəyinə təminat.

Bunun ardınca Saakyanın da şərtlə danışması və cəbhədə erməni hərbçilərinin Azərbaycan mülki əhalisinə qarşı vəhşiliyi çox mətləblərdən xəbər verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 16732   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 265
.

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib

Budapeştdə Ermənistan və Macarıstan xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilib. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, həm ikitərəfli məsələlər, həm də Ermənistan-Aİ tərəfdaşlığı və regional mövzular gündəmdədir. Geniş tərkibdə iclasdan əvvəl Ermənistanı

06.05.2024 208
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 915
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 203
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

06.05.2024 212
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 221
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 488
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 232
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 526