Azərbaycan Ermənistanın təcavüzü ilə bağlı məlumat verdi

Azərbaycan Ermənistanın təcavüzü ilə bağlı məlumat verdiAprelin 27-də Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistanın Milli Müdafiə Universitetinin və "Milli Təhlükəsizlik və Müdafiə kursu"nun nümayəndələrindən ibarət heyət Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında olub.

BiG.AZ-ın məlumatına görə, DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir ki, tanışlıq zamanı qonaqlara Akademiyada təlim-tədris prosesinin təşkili, inzibati və kursantların yerləşmə binasının maddi-texniki imkanları nümayiş etdirilmiş, Akademiyanın yaradılması və inkişafı, əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib.

Görüşdə kursantların təlim-tədrisi üçün yüksək şərait yaradılmış, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən Akademiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi xüsusilə vurğulanıb.

Sonra Pakistan nümayəndələrinə "Azərbaycanın sərhəd təhlükəsizliyinin təşkili" mövzusunda təqdimat keçirilib, Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd olunmuş, qonaqlara Dövlət Sərhəd Xidmətinin yaradılması, əsas vəzifələri, ölkə rəhbərliyinin böyük qayğı və diqqəti nəticəsində sərhəd mühafizəsinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində görülmüş işlər, Dövlət Səhəd Xidmətinin beynəlxalq əlaqələri, o cümlədən Pakistanın aidiyyəti qurumları ilə əməkdaşlığı barədə ətraflı məlumat verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1229   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 229
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

21:50 99
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

22:50 73
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

20:40 110
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

23:20 0
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 164
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 203
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 409