Düşmənlə bir addımlıqda: Təhlükəli anlar ANBAAN KAMERALARDA

Düşmənlə bir addımlıqda: Təhlükəli anlar ANBAAN KAMERALARDAANS-in Gəncə bürosunun əməkdaşı Ermənistan silahlı qüvvələrinin yerləşdiyi postdan 150 metr aralıda yerləşən Qazağın Quşçu Ayrım kəndində müşahidələr aparıb.

BiG.AZ qafqazinfo-ya istinadən bildirir ki, kənd sakinləri deyirlər ki, intensiv atışma olmasa da, qarşı tərəfin arabir atəşkəsi pozması kənddə yerləşən evlərdə dağıntılara səbəb olur.

Qazax rayonunun cəbhə xəttinə ən yaxın kəndi olan Quşçu Ayrım eyni zamanda rayonun sonuncu yaşayış massividir. Buradan sonra isə hərbçilər və işğal olunmuş Azərbaycan kəndləri yerləşir.

Sakinlərin sözlərinə görə, kənd hər 3 tərəfdən Ermənistan hərbi birləşmələrinin nəzarəti altındadır. Bu da öz növbəsində kənd sakinlərinin həyatını birbaşa təhlükə altına atır. Gecə olsa da, çox açıq yerdə müsahibə almaq belə təhlükə yarada bilər.

Düzdür, son vaxtlar intensiv atışma qeydə alınmasa da Quşçu Ayrımda yaşayanlar qarşı tərəfin istədiyi vaxt atəş açdığını bildirirlər. Ermənistan postundan 150 metr məsafədə yerləşən kəndin əkin və örüş sahələri də işğal altındadır.

"Ermənilər, demək olar ki, hər gecə atırlar. Amma buna baxmayaraq kimsə evini tərk etmir", - kənd sakini Əvəz Ağamalıyev dedi.

"Mal-qaramızı otara bilmirik. Ermənilər tutub oraları, gecəsi də, gündüzü də təhlükəlidir", - kənd sakini İmamqulu Əhmədov bildirdi.

"Burada min nəfərdən artıq sakin yaşayır. Ermənilər atəşi pozurlar, narahatlıq yaradırlar", - İcra nünmayəndəsi Elmaz Nəsibov bildirdi.

Atəş səsi eşidilən zaman ən çox həyəcan keçirən körpələr olur. Buna görə də gecə olanda valideynlər azyaşlıları evin daha təhlükəsiz otağında yatızdırırlar.

"Ermənilər atəş açan kimi uşağa dəyməsin deyə qaçıb içəri giririk", - kənd sakini Mehri Namazova dedi.

Kənddə elə bir ev yoxdur ki, onun üzərində güllə izi olmasın. Qarşı tərəf mülki şəxsin evini, həyətini və həyatını hədəfə alır. Xoşbəxtlikdən, biz çəkiliş apardığımız gecə insidentsiz başa çatdı. Bu sevindirici olsa da, növbəti gecə nələrin baş verə biləcəyi məlum deyil.




BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7030   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 854
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 230
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 310
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 176
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 168
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 236
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 208
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 178
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 572