Maraqlıdır, görəsən 13-cü döyüşçü kim idi ?

Bismilləhir-rahmənir-rahim!

Hollivud kinostudiyası baş rolda Antonio Banderas olmaqla "13-cü döyüşcü" filmini çəkib. Bu film bir ərəb şairinin vikinqlərin yanına göndərilməsi haqqındadır. Onun filmə daxil edilməsinin məqsədi əvvəldə tam aydınlaşdırılmayıb, amma gəlişindən bir az sonra film döyüşlər ssenarisi ilə davam edir. Filmdə həmin yazıçının adı Əhməd ibni Fəhdlandır. Əvvəl elə düşünürdüm ki, Hollivud bu personajı özündən fikirləşib. Lakin bir az axtarış aparanda məlum oldu ki, o, tarixi şəxsiyyətdir.

Ərəbistanda 10-cu əsrdə çoxlu şair və yazıçı var idi, lakin Əhməd ibni Fəhdlan həm də səyyah idi. Özü də adi səyyah deyildi. Bir sıra mənbələrə görə, o, bir çox diyarlarda İslam təbliğatını aparırdı. Əhməd ibni Fəhdlan o vaxtın xəlifəsi Əl-Müqtadirin xüsusi elçisi idi. Xəlifə Əl-Müqtadirin özü isə çox da məşhur deyil. Tarixdən bilinir ki, Əl-Müqtadir Qübbət-üs-Səhrada tikinti işləri apardı (Qübbət-üs-Səhra Qüdsdəki qızıl gümbəzli məsciddir. çoxları elə hesab edir ki, "Əl-Əqsa" həmin qızıl gümbəzli məsciddir, lakin, əslində belə deyil. Qızıl gümbəzli məscid – "Qübbət-üs-Səhra"dır).

Maraqlıdır, görəsən 13-cü döyüşçü kim idi ?

Bundan başqa o, bir çox padşah və sultanlar kimi, öz adına qızıl sikkələr vurdurmuşdu

Əhməd İbni Fəhdlanın həyatı barədə mənbələr azdır. O, təbliğatçı işlərini aparanda gəzdiyi dövlətlər barədə geniş məlumat verib. Xəlifənin fərmanı ilə ərəb səfirliyi Bulqariyaya (Ərəbistandan şimal-şərqdə yerləşən dövlət) hərəkət edərək orada İslam dinini təbliğ etməli idi. İbni Fəhdlan bu səfirliyə qoşulmuşdur. Onun işi müəllim və fəqihləri (İslam dini üzrə hüquqşünaslar) müşayiət etmək və onlara diqqət etmək idi, çünki xəlifə Bulqariya səfərini vacib sanırdı. Bulqariya iqtisadi və coğrafi cəhətdən əlverişli yerdə yerləşdiyinə görə, ərəb xəlifəsi onunla sülh bağlamağı lazım bilir, Bulqar çarı isə Xilafət kimi güclü dövlətlə dost olmağı çox yaxşı hesab edirdi. Həm də onun xəzərlərlə münaqişələrində xəlifənin qüdrətinə sığınmaq olardı. Səfirlik yalnız Bulqariyada yox, onun yolunda yerləşən başqa dövlətlərdə də İslamı yayırdı. Buna görə də İbni Fəhdlan oraların əhalisi, adət-ənənələri barədə öz kitabında çoxlu nəql edir.

İbni Fəhdlan keçdiyi ərazilər haqqında yazdığı məlumatları bir yerə toplayıb "Risalə" adında kitab yaratdı. Burada "risalə" sözü "yazı" mənasında gedir.

Maraqlıdır, görəsən 13-cü döyüşçü kim idi ?İbni Fəhdlan Səmənilərin paytaxtı Buxarada uğur qazandı. Bunun əsas səbəbi -Səmənidlərin əmiri təzə seçməsi, müvafiq olaraq, əmirin təcrübəsinin az olması idi. Cavan əmir hətta xəlifəni öz ağası adlandırmışdı. İş o yerə gəlib çıxdı ki, İbni Fəhdlan Səmənilərin paytaxtını tərk edəndə, nüfuzu o qədər idi ki, az qala oranın hökmdarına çevrilmişdi. Lakin Xarəzmşah niyəsə onun şimala hərəkət etməsini istəmirdi, amma tabe olmağa məcbur oldu.

Amma səfirlik heç də hər yerdə belə uğur qazana bilməmişdi. Ətrək adlı hökmdar onun İslamı qəbul etmək barədə təklifini əvvəldən qəbul etmək istəmirdi, lakin düşünəcəyini dedi. Onun əyanları səfirliyə çox pis münasibət bəsləyir və hətta səfirliyin nümayəndələrini öldürmək fikrinə düşmüşdülər. Səfirlik buradan ayrıla bildi.

Maraqlıdır, görəsən 13-cü döyüşçü kim idi ?Əhməd İbni Fəhdlan başqırdların torpaqlarından keçəndə, onların dini və dünyəvi təsəvvürləri haqqında məlumat verib. Onun yazdığına görə, başqırdlar o vaxtlar 1 "əsas" və çoxlu sayda "köməkçi" bütə tapınırdılar. Bəziləri isə hətta heyvanlara da sitayiş edirdilər. İbni Fəhdlan onlarla dini təsəvvürləri haqqında mübahisə etmiş, amma onun yazılarından məlum olduğuna görə, burada da uğur qazana bilmədi. Ümumən səfirliyin başqırdlarla heç bir işi yox idi, ona görə buranı tez tərk etdilər.

Nəhayət, səfirlik öz məqsəd olan Bulqariyaya çatdılar. İbni Fəhdlanın yazdığına görə, bulqarlar səfirliyi təbrik və şadlıqla qarşıladı, onlara yemək təklif etdilər. Əlmuş-əltəbar (Bulqariyanın çarı) səfirliyi qarşılamaq üçün öz oğulları, qardaşları və ona tabe olan 4 nəfər knyazı göndərmişdir.

İbni Fəhdlan xəlifənin məktubunu özü oxuyurdu. Oxuyub qurtardıqdan sonra bulqarların hamısı "Allah böyükdür!" sözləri ilə İbni Fəhdlanın təklifini qəbul etdilər.

Lakin 3 gün sonra çar İbni Fəhdlanı öz yanına çağırıb onunla mübahisəyə başladı. Əsas səbəb ona çatmalı olan 4000 dinar məsələsi idi. İbni Fəhdlan bu pulları verməmişdi.

Bir azdan çar sakitləşdi və dedi ki, bu pullar çox da böyük əhəmiyyət kəsb etmir, yalnız xəlifə ilə onun arasındakı sülhün nümunəsidir. Ümumiyyətlə, çar çox mövhumatçı idi və xəlifənin lənətindən qorxurdu. Həmin pulları da lənətin işləməməsi üçün istəyirdi.

Maraqlıdır, görəsən 13-cü döyüşçü kim idi ?İbni Fəhdlan Bulqariyada uzun müddət qaldı. Burada o, bazarları gəzir, adət-ənənələri müşahidə edir və hamısını öz kitabına yazırdı. Onun kitabında bəzi qeyri-adi hadisələr də var. Məsələn, gözü adam boyda olan balıq, zəncirdə oturan qarışqa və s.

Sonradan İbni Fəhdlanın kitabı qismən məhv oldu. Sonrakı əsrlərdə onun yalnız fars dilində olan nüsxəsi qalmışdı. Müasir zamanda da bir çox tarixşünas və tədqiqatçı alimlər onun kitabıyla işləyir və o vaxtın xalqları barədə məlumat alırlar.

İbni Fəhdlanın kitabı hələ onuncu əsrdə İslam mədəniyyətinin necə inkişaf etməsini göstərir. İstəyimiz budur ki, müasir zamanda inşəallah daha da çox inkişaf etsin! Amin!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6002   Tarix: 26 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

TOP MP3