"Cəbhədə əsl müharibə gedir..."

"Cəbhədə əsl müharibə gedir..."Aprel ayının əvvəlində təmas xəttində gedən gərgin döyüşlərdən sonra Ermənistan tərəfi Azərbaycanın cavab tədbirlərindən dərs götürməli idi. Bu ölkə üzərinə götürdüyü öhdəliklərə uğun olaraq addımlar atmalı, atəşkəslə bağlı razılaşmanın müddəalarına əməl etməli idi. Ancaq atəşkəs razılaşmasından bir neçə gün keçəndən sonra Ermənistan Azərbaycanı hədələməyə, revanş götürməyə çalışdı".

BiG.AZ azvision.az-a istinadən bildirir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker ermənilərin son iki gün ərzində törətdikləri təxribatlara münasibət bildirərək qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinə artıq "dur!" deməldir:

"Ermənilər mülki əhalini təhdid edir, dinc sakinlərin evlərini atəş zərbəsi altında saxlayır. Son iki gündə baş verən hadisələr zamanı dəyən ziyan, o cümlədən Azərbaycanın mülki vətəndaşlarının həyatını itirməsi və ağır bədən xəsarətləri alması faktı dünya ictimaiyyətini bu məsələyə daha ciddi yanaşmağa vadar etməlidir. Ermənistana təcavüzkar siyasətini durdurmaq üçün təziqlər göstərilməlidir.

Biz görürük ki, iki gündür məhz Ermənistan tərəfindən atəşkəs pozulur, hadisələr daha da gərginləşir və konkret olaraq ortada dünyanı narahat edə biləcək "nəticələr" var. Amma Ermənistanı durdurmaq istiqamətində hanısa bir çağırış və səylər göstərilmir.

Buradan belə aydın olur ki, aprel ayının əvvəlində cəbhə xəttindəki gərginliklə bağlı atəşkəs çağırışları status-kvonu qorumaq və təcavüzkar Ermənistan qoşunlarını təhlükədən xilas etmək naminə edilib. Ermənistana özünü toplamaq və revanş götürmək üçün belə çağırışlar edilib".

B.Muradova vurğulayıb ki, Ermənistanın cəbhə xəttində qadağan olunmuş silahlardan istifadə etməsi qəbuledilməzdir:

"Cəbhədə əsl müharibə gedir...""Ümumiyyətlə, status-kvo qəbul edilməzdir. Bir qonşunun digər qonşunun ərazisini işğal etməsi və 20 ildən artıq güc tətbiq etməklə təcəvüzkar siyasəti davam etdirməsi yolverilməzdir. Buna dünya birliyi öz sözünü deməlidir. Əks təqdirdə Azərbaycan tərəfi öz ərazi bütövlüyünü, suverenliyini, vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün vasitələrdən istifadə edəcək. Təbii ki, bu, Ermənistan ordusu üçün ölümlər, insan itkisi və qan hesabına başa gələcək. Dünya bunu istəyir? Ona görə də beynəlxalq təşkilatlar, o cümlədən bizi daimia sülhə çağıran ATƏT, Minsk qrupu Ermənistanı durdurmalıdır. Beynəlxalq icitmaiyyət özündə güc tapıb Ermənistanın bu təcavüzkar siyasətinin qarşısını almalıdır.

Belə çıxır ki, Ermənistan dünyanın ərköyün uşağıdır? Və həmin uşaq nə istəyirsə edə bilər? Digər dövlətlərə kiçik hərəkətə görə sanksiya tətbiq ediliyi halda, niyə Ermənistana bu tətbiq olunmur?".

Milli Məclisinin sədr müavini qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyan törətdiyi cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verəcək:

"Sarkisyanın cinayətkar olmasını və bu hadisələrin başında durmasını sübut etməyə ehtiyac yoxdur. Çünki o, mülki insanlara, uşaqlara, qadınlara qarşı manyakal hisslərini nümayiş etdirir, onlara əziyyət verir. Bununla bağlı sənədlər, faktlar var. Hazırkı durum da bunu sübut edir. Həm beynəlxalq qanunvericilik, həm də milli qanunlar çərçivəsində biz gələcəkdə bu cinayətləri törədən şəxsləri məhkəmə qarşısında cavab verməyə vadar edəcəyik.

Azərbaycanın yeritdiyi siyasət məhz buna yönəlib. Bu gün Sarkisyan Ermənistan prezidenti kimi məsuliyyətdən yayınır. Ermənistandakı vəziyyət onun ömürlük prezident olmayacağını deməyə əsas verir.

On minlərlə erməni anaları gözü yaşlı qalıb. Onlar özgə torpaqlarında övladlarını itirməli olublar. Həm Azərbaycanın yeritdiyi doğru siyasət, həm də erməni analarının ah-naləsi Sarkisiyanı tutacaq və o, hüquq və mənəvi qanunlar qaşısında cavab verəcək. Sarkisyan bundan canını qurata bilməyəcək".

B. Muradova, həmçinin qeyd edib ki, bu gün cəbhədə müharibə gedir: "Hər gün dinc insanlar ölür, ağır artilleriyadan, qadağan olunmuş silahlardan istifadə olunur. Bu müharibə deyil, nədir? Nisbi atəşkəs mövcud olduğu dövrdə kimlərsə bunu sülh hesab edirdisə, çox böyük yalnışlığa yol veriblər. Çünki bu nisbi sülh, atəşkəs idi. Bunun müharibə olması faktı heç vaxt gündəmdən düşməyib. Ermənistan günahkardır. Məhz bu səbəbdən də Azərbaycanla həmişə müharibə vəziyyətində olub. İndi isə vəziyyət aktiv döyüşlər formasına keçib. Bu, müharibədir!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9674   Tarix: 28 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 373
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29.04.2024 953
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 233
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 234
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29.04.2024 320
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 917
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 232
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 524
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 208