Dünən axşamdan cəbhədə vəziyyət ANBAAN VİDEOLARLA

Dünən axşamdan cəbhədə vəziyyət ANBAAN VİDEOLARLA10:13 / "Mülkilər arasında ölən və yaralanan yoxdur"

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 evə ziyan dəyib.

BiG.AZ xəbər verir ki, bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik, qaz təsərrüfatlarına da ciddi ziyan vurulub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır.

Ağdam, Bərdə, Tərtər xəstəxanalarından ANS PRESS-ə verilən məlumata görə, mülki şəxslər arasında ölən və yaralanan yoxdur.

9:54 / Erməni mərmiləri Tərtərdə bir neçə evi viran qoydu

"Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür". ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub.

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir.

Dünən axşamdan cəbhədə vəziyyət ANBAAN VİDEOLARLAErmənilərin zərbələri nəticəsində dağılan ev - Ağdam 02.04.2016

9:25 / "Şəxsi heyət arasında itki yoxdur"

"Hal-hazırda cəbhədə vəziyyət sakitdir". Bunu ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki yoxdur və qarşı tərəfin hərəkəti tam nəzarətdə saxlanılır.

8:32 / ANS TV-nin müxbiri Ramil İbrahimov Qarabağdan son xəbərlərlə

Ermənilərin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda 17 evə ziyan dəyib. Bir ev isə tamamilə qəzalı vəziyyətə düşüb. Rayonun elektrik, qaz təsərrüfatlarına da ciddi ziyan vurulub. Hazırda rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini araşdırır.

Ağdam, Bərdə, Tərtər xəstəxanalarından ANS PRESS-ə verilən məlumata görə, mülki şəxslər arasında ölən və yaralanan yoxdur.

9:54 / Erməni mərmiləri Tərtərdə bir neçə evi viran qoydu

"Hazırda cəhbədə atışma səsləri eşidilmir, təmas xəttində nisbi sakitlik hökm sürür". ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, gecə saatlarında ermənilərin atdığı mərmilər Tərtərdə bir neçə evi viran qoyub.

Gecə baş verən güclü zərbələr nəticəsində daha bir mərmi Qaynaq kəndindəki evlərdən birinə düşüb. Bu dəfə mərmi düz evin içinə düşüb, amma evin sakinləri həyətyanı sahədə olduqları üçün burada da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə həmin ərazidə dağıntının miqyasının daha böyük olduğu deyilir.

9:25 / "Şəxsi heyət arasında itki yoxdur"

"Hal-hazırda cəbhədə vəziyyət sakitdir". Bunu ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki yoxdur və qarşı tərəfin hərəkəti tam nəzarətdə saxlanılır.

8:32 / ANS TV-nin müxbiri Ramil İbrahimov Qarabağdan son xəbərlərlə

7:35 / İlk nəticələr - Tərtər sakininin evinə mərmi düşüb

Ara-sıra kiçikçaplı silahlardan atışma səslərini nəzərə almasaq, Tərtər və Ağdam istiqamətlərində Azərbaycan ordusunun sərrast müayinə və əks atəş nəticələrində erməni tərəfinin bir neçə atəş nöqtələri məhv edilib və bunun sayəsində atəşkəs bərpa olunmaqdadır.

ANS TV Qarabağ bürosunun son məlumatına görə, artıq Tərtər şəhərində gecə erməni silahlı qüvvələrinin qəfil artilleriya hücumunun nəticələri hesablanır. Tərtər şəhərində yalnız bir ərazi erməni tərəfinin artilleriya zərbələrindən zərər çəkib. Belə ki, Tərtər sakini Tofik Qasımovun həyətyanı sahəsinə erməni tərəfinin mərmiləri düşüb. Tərtər rayon Fövqəladə Hallar şöbəsinin verdiyi məlumata görə, ehtimal var ki, mərmilərdən biri hələ də açılmayıb və onun ola bilsin hələ partlama ehtimalı var. Bu versiya bu dəqiqələrdə yoxlanılır. Lakin digər partlamış mərmilər Tofik Qasımovun evinə ciddi zərər vurub. Məlumata görə, ölən və yaralanan olmayıb.
Dünən axşamdan cəbhədə vəziyyət ANBAAN VİDEOLARLA6:45 / Erməni artilleriyasının hücumu / video

Bu vaxta kimi nə Bərdə, nə də Tərtər xəstəxanalarına yaralı sakinlər müraciət etməyib, eyni zamanda rəhmətə getmiş sakinlər haqqında da məlumat yoxdur. Xatırlatdığımız kimi 25-dən 26 aprelə keçən gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər və Ağdam istiqamətlərində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozub. ANS TV-nin Qarabağ bürosu həmin hücum zamanı Qapanlı kəndindən reportaj edərkən ANS TV-nin müxbiri Ramil İbrahimov və operatoru Zaur Naibov erməni tərəfinin qəfil zərbələri altında qalıblar. Bu hadisə zamanı istifadədə olan avadanlığa da ziyan dəyib. Həmin anların mövcud kadrlarını sizin nəzərinizə çatdırırıq.

Ermənistan artilleriyasının Qapanlıya hücumu

6:17 / Cəbhədəki Yerli Əhalinin Durumu / Video

Qapanlı, Qaradağlı, Təzəkənd qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər və əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə erməni artilleriyasından qorunublar.

Atəş altında qalan əhalinin müsahibəsi
5:57 / Erməni ordusunun mərmiləri əsasən əkin sahələrinə düşüb

ANS-in Qarabağ bürosundan indicə aldığımız xəbərə görə, Ermənistan
Silahlı Qüvvələrinin artilleriya hücumu nəticəsində Tərtər rayonunun
ətraf kəndlərində dağıntı var. Ən çox ziyan Ağdama yaxın olan Köçərli
kəndi ərazisindəki əkin sahələrinə dəyib. İnsan tələfatı barədə
hələlik məlumat yoxdur.

ANS TV-nin Qarabağ bürosunun müxbirləri hal-hazırda 3 qrupa bölünərək cəbhə boyu 3 əsas istiqamətdə fəaliyyət göstərir və bu dəqiqələrdə Qapanlı, Yuxarı Qaradağlı və Şıxarx qəsəbəsindən də gələn məlumata görə, oralarda da erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində iri çaplı mərmilər əsasən ətraf ərazi və əkin sahələri ilə yanaşı bir neçə tikiliyə də ziyan vurub.

Cəbhə xəttindən ANS TV-nin Qarabağ bürosu dərhal məlumatlar verməkdədir və Tərtər istiqamətindən gələn son məlumata görə, Azərbaycan Ordusunun cavab atəşindən sonra saat 04:50-dən 06:15-dək erməni tərəfinin zərbələri səngiyib. Ara-sıra iriçaplı pulemyotlardan atəş səsləri eşidilməkdə olsa da ağır artilleriya hücumları müşahidə olunmur.

5:21 / Cəbhədə vəziyyət yenidən gərgindir

Bu gecə saat 01:30 radələrindən etibarən Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində şiddətli artilleriya hücumu ilə atəşkəsi pozublar. Hərbi vəziyyət eyniliklə 02 aprel 2016-ci il tarixdəkinə bənzəyir. Belə ki, Tərtər istiqamətində yerləşən yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri bu dəqiqələrdə Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulur. Atəş səsləri hətta Bərdə rayonunda da eşidilir.

ANS TV-nin Qarabağ bürosunun cəbhə xəttindən verdiyi son məlumata görə, artilleriya mərmiləri əsasən Tərtər rayonunun Qapanlı, Yuxarı Qaradağlı, Şıxarx qəsəbəsi ərazilərinə düşüb. Dağıntılar var.
Dünən axşamdan cəbhədə vəziyyət ANBAAN VİDEOLARLABu dəqiqələrə qədər dinc sakinlər arasında ölən və yaralanan haqqında məlumat yoxdur. Azərbaycan ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görərək Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya zərbələri endirir.

Bunun nəticəsi olaraq bir müddətlik qarşı tərəfin açdığı atəşin dayanması ondan xəbər verir ki, Ermənistan ordusunun bir sıra atəş nöqtələri məhv edilib. Lakin yeni istiqamətlərdən atəş bərpa olunur və onlara qarşı da əks hücumlar həyata keçirilir. Vəziyyət ağır olaraq qalmaqdadır.

Nəzərə çatdırmaq istəyirik ki, bu il aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan qərargah rəhbərləri arasında əldə olunan atəşkəs razılaşmasının kobud surətdə pozulması məhz Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Beynəlxalq Formuna təsdadüf edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4374   Tarix: 26 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3