"Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb" –Leyla Əliyeva

"Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb" –Leyla Əliyeva"Azərbaycan zəngin tarixi ənənələrə mail ölkədir. Şərqlə Qərbin qovuşmasında yerləşir və İpək Yolu üzərində yerləşən vacib ölkələrdən biridir. Bütün bunlar mədəniyyətimizə təsir edib, onu tolerant və dialoqa açıq məmləkətə çevirib".

Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalararası Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində təşkil olunan gənclər tədbirində deyib.

L. Əliyeva Azərbaycanın meşə və çaylarla, dağlarla zəngin, biomüxtəlifliyə malik ölkə olduğunu söyləyib: "Biz Azərbaycanı sevirik. Əminik ki, siz də bunlara görə Azərbaycanı sevəcəksiniz. Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. FAO dünyada aclığın aradan qalxmasına çalışır. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida çox vacibdir, həm də mədəniyyətlərarası əlaqənin bir komponentidir. Qida təhlükəsizliyi çox vacibdir. Bu baxımdan FAO və BMT-nin Sivilizasiyalar Alyansı vahid fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin edir və mədəniyyətlərarası dialoqu təbliğ edir. Biz İDEA kompaniyasını həyata keçirir. İDEA çərçivəsində son 5 ildə 5 milyondan çox ağac çəkmişik. Yerli icmalarla işləyirik və ağacların kəsilməsinin qarşısını alırıq. Beynəlxalq təşkilatlara əməkdaşlıq qurmağa çalışmışıq. Yeni iştirakçıları öz fəaliyyətlərimizə cəlb etmişik və çalışmışıq ki, bu fəaliyyətlər sıxıcı və üzücü olmasın. Çağdaş cəmiyyət sınaq mərhələsindədir. Bizim həyatımız hər saniyədə dəyişir. Bu gün dünyada hər 15 dəqiqədə bir fil ölür, hər saat minlərlə köpək balığı öldürülür. Elə zamana gəlib çata bilərik ki, bütün heyvan növlərinin nəsli kəsilə bilər. Hamınız ətraf mühitin qorunmasında rol oynaya bilərsiniz. Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1360   Tarix: 25 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3