Həkimlər 3 yaşlı körpəni necə öldürdülər? - FOTOLAR

Həkimlər 3 yaşlı körpəni necə öldürdülər? - FOTOLARHadisə ötən ilin yayında baş verib.

BiG.AZ bildirir ki, hadisə ilə bağlı axar.az-a Bakı şəhər sakini Elman Əliyev danışıb. O bildirib ki, nəvəsi, 3 yaşlı Səkinə Novruzovanı qızdırma diaqnozu ilə Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına aparıb. Burada həkimlər uşağı müayinə etdikdən sonra kəskin pankreatit diaqnozu qoyublar.

"2 saylı Kliniki Uşaq Xəstəxanada bizi Fərhad və Samirə adlı həkimlər qəbul etdilər. Uşağın sağ gözündə şişmə var idi, sol ayağını çəkirdi. Ultrasəs müayinəsi (USM) etdilər, analizlər verildi və uşağa kəskin pankreatit diaqnozu qoyuldu", - Elman Əliyev deyir.

"3 gün xəstəxanada qaldıqdan sonra dedilər ki, artıq sağalıb, apara bilərsiniz. Evə çatanda qızdırmasını ölçdüm, 38 idi. Uşaq 4 gün qızdırma içində yandı. Gördüm, sağalmır, yenidən həmin xəstəxanaya apardım. Bu dəfə 1 həftəlik müalicə yazıldı. Yenə USM etdilər. Həkimə dedim ki, birdən bu uşaqda başqa xəstəlik olar, gəl, tomoqrafiya edək. Həkim razı olmadı, dedi ki, sağlam uşaqdır, nə gərək var.

Bir həftədən sonra uşağı evə gətirdim. Çıxanda həkim dedi ki, 1-2 gün qızdırması olacaq, sonra o keçib gedəcək. Ancaq uşağın vəziyyəti gündən-günə ağırlaşırdı. Bir neçə gündən sonra Fərhad həkimə zəng edib vəziyyəti izah etdim. Dedi ki, gətir xəstəxanaya. Uşağı müayinə etdi, sonra dedi ki, nəvəniz sağlamdır, qızıdırma nədəndir, mən də bilmədim (!).

Həkimin bu sözündən sonra uşağı Kliniki Xəstəxanaya apardım. Pediatr Sevinc Abdullayeva müayinə etdi, biokimyəvi analizlər verdik. Orada da USM etdilər. Xəstəxanaya yazmadı, dedi, ehtiyac yoxdu, ambulator müalicə kifayət edəcək. 4 gündən sonra körpənin vəziyyəti lap ağırlaşdı. Uşaq qollarını tərpədə bilmirdi. Növbəti dəfə gətirdim xəstəxanaya. Həkim "Kolxiçin dispert" dərmanı yazmışdı, gündə iki dəfə verirdik. Bu dərmanı verəndən sonra uşaq qusmağa başladı, çox keçmədi xəstəxanada zəhərləndi. Sən demə, aşırı dozada verilən bu dərman uşaqlar üçün nəzərdə tutulmayıb.

Analizləri verdikdən bir neçə gün sonra S.Abdullayeva bizi qəbul etdi və uşaqda FMF xəstəliyi (Ailəvi Aralıq dənizi qızdırması) olduğunu dedi. Bu xəstəlik genetikdir, həm də dövri xəstəlikdir. İş burasındadır ki, FMF xəstəliyinin diaqnozu üçün analizlər verilməlidir və onun nəticəsi də 40 gündən tez olmur. S.Abdullayeva isə bir gün ərzində bu qənaətə gəlmişdi.

Körpə sağalmırdı. Bir dəfə qızım internetdə bu xəstəlik barədə məlumat topladı. Aydın oldu ki, FMF xəstəliyinin diaqnozu üçün xəstə qan testindən keçməli, mutasiya olmalıdır. Bunu həkimə deyəndə qəzəbləndi ki, siz məndən çox bilirsiniz? Bir gün keçəndən sonra həkim dedi ki, uşaq yaxşılaşıb, evə apara bilərsiniz. Halbuki uşağın qızdırması düşməmişdi, qusma, ürəkbulanma davam edirdi.

Bir neçə gündən sonra S.Abdullayevaya zəng etdim. Uşağın səhhətində irəliləyiş olmadığını, əksinə, gündən-günə ağırlaşdığını dedim. O isə səbəbini bilmədiyini dedi. Daha sonra "Kolxiçin dispert" dərmanını uşağa vermədim. Bir gün sonra uşaqda qusma, ürəkbulanma dayandı".

3 ay xəstəxana yollarında qalan E.Əliyev çarəni ölkə xaricində görüb. 2015-ci ilin iyulunda nəvəsini Tehrana, daha sonra Moskvaya aparıb. Rusiya paytaxtının Morozovski Uşaq Kliniki Xəstəxanasında körpəyə dəqiq diaqnoz qoyulub:

"İyulun 23-də uşağı Moskvaya apardım. Analizlər yoxlandıqdan sonra məlum oldu ki, bizim həkimlərin qoyduğu bütün diaqnozlar səhv olub, uşaq onkoloji xəstəymiş. Moskvada həkimlər bir dəfə USM etməklə dəqiq diaqnoz qoydular. Halbuki Bakıda 5 dəfə USM olunmuşdu. İcazəmizlə uşağı yardılar və məlum oldu ki, xəstəlik 4-cü mərhələdədir. Artıq gec idi. Həkimlər dedi ki, şiş çox qısa müddətdə - 2 ay ərzində böyüyüb. İlkin müayinə zamanı xəstəlik aşkar olunsaydı, körpənin sağalma şansı var idi. 18 gün sonra, 2015-ci ilin avqustunda uşaq vəfat etdi".

Həkimlərin bağışlanmaz səhvi nəticəsində yeganə nəvəsini itirən E.Əliyev 2 saylı Kliniki Uşaq Xəstəxanası, Mərkəzi Klinika, Sevinc Abdullayevaya və Samirə Orucovaya qarşı "Şəxsin sağlamlığına və əmlakına ziyan vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Məhkəməsinə müraciət edib:

"Uşağın atası Samir Novruzov 2 il öncə avtomobil qəzasında dünyasını dəyişib. Ailəmin yadigarı idi, nəvəmin ölümünü onlara bağışlamayacağam. Ötən ilin oktyabrında məhkəməyə müraciət etmişəm. Hakim Emin Mehdiyevin sədrliyi ilə dörd məhkəmə prosesi keçirilib. Sonuncu prosesdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə 8 sual ünvanlanıb. Növbəti məhkəmə prosesi ekspertizanın cavabından sonra məlum olacaq".

Həkimlər 3 yaşlı körpəni necə öldürdülər? - FOTOLARHəkimlər 3 yaşlı körpəni necə öldürdülər? - FOTOLARHəkimlər 3 yaşlı körpəni necə öldürdülər? - FOTOLARHəkimlər 3 yaşlı körpəni necə öldürdülər? - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6443   Tarix: 23 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

14.12.2025 147
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14.12.2025 240
.

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi

Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar. Bu günlərd

14.12.2025 181
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

14.12.2025 154
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu

Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub. xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb

14.12.2025 105
.

Bəqayi: Belarus Prezidenti yaxın günlərdə İran xarici işlər nazirini qəbul edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır. "Report"un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib. Onun sözlərinə görə, Əraqçinin Belarusun xarici işlə

14.12.2025 114
.

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

14.12.2025 142
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14.12.2025 141
.

TOP MP3