SON DƏQİQƏ! "Ermənistan ordusunda üsyan başlayır"

SON DƏQİQƏ! "Ermənistan ordusunda üsyan başlayır"Ermənistan prezidenti Serj Sarkisyanın sədr olduğu, ölkənin iqtidar siyasi təşkilatı olan Ermənistan Respublika Partiyasının (ERP) Ali Şurasının qapalı iclası keçirilib. İclasa müdafiə naziri Seyran Ohanyan da dəvət olunub.

BiG.AZ xəbər verir ki, milli.az-ın yaydığı məqalədə rəsmi İrəvanda illər əvvəl qəbul olunmuş və az qala rutin prosedur təsiri bağışlayan "toplantısonrası" brifinq keiçirilmədiyi maraqla qeyd olunur. Jurnalistlər də toplantıda nədən danışıldığını, nələrin müzakirə mövzusu olduğunu dövlət mənsublarından eşitməyiblər.

Sadəcə, ERP-nin parlament fraksiyasının rəhbəri Vahram Baqdasaryan "Seyran Ohanyan toplantıda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən bəhs etdi" söyləməklə işini bitmiş sayıb.

Seyran Ohanyanın bu toplantıya qatılması qəfil, hətta qeyri-adi məsələdir. Çünki Ermənistan prezidenti Serj Sarkisyanın mühüm məsələlərlə bağlı ətrafındakı adamlarla müzakirələr keçirmək adəti yoxdur. Xüsusilə də ERP rəhbərliyini bir araya gətirərək bağlı qapılar arxasında toplantı keçirilməsi İrəvanda bəlkə də ilk olaydır və ermənilərin daxili siyasəti üçün presedent sayıla bilər.

Bu toplantı Sarkisyanın özünü narahat hiss etməsi, ERP üçün real təhlükənin yarandığını duyması kimi də dəyərləndirilə bilər.
SON DƏQİQƏ! "Ermənistan ordusunda üsyan başlayır"Daha konkret olsaq, Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük savaş" Ermənistan rəhbərliyinin indiyədək səsləndirdikləri şüarların əsassızlığını, təbliğatın yalanını, rəsmi İrəvanın xalqa verdiyi vədlərin heç birinə əməl etmədiyini göstərdi. Erməni müxalifətçilər də etiraf edirlər ki, aprelin 1-dən 5-dək olan hərbi əməliyyatlar İrəvanın biabırçı məğlubiyyəti ilə başa çatdı.

"Dördgünlük müharibə" günlərində Ermənistanda iqtidarda olan ERP rəhbərliyindən kimsə şərhlər və ya açıqlamalarla çıxış etmədi, partiyanın bəyanatları gözə dəymədi və eşidilmədi, Serj Sarkisyan isə baş verənlərlə bağlı yekun mövqeyini ermənilərə bildirmədi.

S.Sarkisyan bir-iki görüşdə danışdı, bəyanatlar verdi, amma bu açıqlamalar bir-biri ilə elə ziddiyyət təşkil edirdi ki, ekspretlər belə, çaş-baş qaldılar.

Ermənistan hakimiyyətində aşkar təşviş var və bunu erməni mediası yazır.

"Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yoxdur. Aprelin 5-dəki atəşkəs isə Sarkisyan rejiminin vəziyyətini daha da ağırlaşdırdı. Ölkə rəhbərliyi "əks-hücum"dan, "itirilmiş mövqelərin geri qaytarılması"ndan danışsa da, Rusiyanın qəzəbli əmrindən sonra onlar lal oldular, başlarını aşağı saldılar. Ermənistan rəhbərliyi hətta siyasi mövqelərindən geri çəkildi, bəyanatlarını unutdu", - İrəvandakı "Çorrord Hişxanutyun" yazır.

"Haykakan Jamanak" isə hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyan indi məğlubiyyətini və uğursuz qərarlarını pərdələməyə, zahirən nikbin açıqlamalarla ört-basdır etməyə çalışır.
Rəsmi İrəvanı narahat edən, qorxudan digər məsələ ermənilər arasında anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi, xalq kütlələrinin etiraz dalğasının nəzarətdən çıxmağa başlamasıdır.

İrəvan "qələbə"dən danışsa da, ermənilər məğlub olduqlarını anlayırlar.
SON DƏQİQƏ! "Ermənistan ordusunda üsyan başlayır""1in.am" bu gün redaksiya məqaləsində yazıb: "Dağlıq Qarabağdakı hərbi əməliyyatlar ölkəmizin və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini göstərdi. Məsələn, döyüş zamanı nə üçün mövqelər arasında əlaqə normal deyildi, niyə kəşfiyyat yox idi, nə üçün hərbçilərin irəliləyişi olmadı, əsgərlər niyə ən adi hərbi texnika və inventardan məhrumdular, orduya ayrılan pulları kim oğurlayıb, o pullar kimin cibinə gedib?! Suallar çoxdur, amma Serj Sarkisyan hakimiyyəti bu sualların, hələ ki, heç birinə cavab verməyib. Sarkisyan, çox yəqin ki, bütün bu rəzaləti yalançı vətəprəvərlik pafosu, erməni əsgərlərinin "xaruqəldə qəhrəmanlığı" barədə rəvayətlərlə pərdələməyə çalışacağını, bu minvalla da niyyətinə çatacağını düşünürdü. Amma alınmadı, erməni xalqı hakimiyyətin şərəfinin, ləyaqətinin və məsuliyyətinin nə olduğunu gördü".

Ermənistan hakimiyyəti indi təlaşdadır, mağmın vəziyyətdədir və məsuliyyəti boynundan atır.

Tanınmış erməni jurnalist Yegiazar Hayntabsi yazır: "Sarkisyan "dördgünlük müharibə" zamanı düşdüyü şokdan hələ də çıxa bilmir. Hakimiyyətdəki partiya isə həyasız mövqe tutaraq deyir: "Nə oldu, bəs deyirdiniz xalq vuruşmaq istəmir?! Gördünüz, ermənilər vuruşdular. Qoy xalq da ölkəni müdafiə etsin, həlak olsun. Bizdən nə istəyirsiniz?!" Ermənistan Respublika Partiyası faktiki olaraq məsuliyyəti boynundan atdı. Bu isə o deməkdir ki, Serj Sarkisyan və onun partiyası cinayətkar, antidövlət mahiyyətini etiraf etdi".
Və bu biabırçılıqdan sonra ERP qapalı toplantısına Seyran Ohanyanı dəvət edir - "sərhəddəki vəziyyətdən danışmaq" bəhanəsi ilə. Ermənistan Respublika Partiyasının ermənilərin taleyi yox, öz gələcəyi maraqlandırır.

İllah da ki, indi Ermənistan ordusundakı əsgərlər və zabitlər arasında narazılıq fasiləsiz artır. Erməni əsgərlər aşkar şəkildə Serj Sarkisyanı "gerizəkalı məxluq, cinayətkar" adlandırır.

Erməni ekspertlər bunu "Ermənistan ordusunda üsyan başlanır" kimi dəyərləndiriblər.

S.Ohanyanın da toplantıya çağırılması elə bununla bağlıdır.

S.Sarkisyan ordunun kimin tərəfində olduğunu nazirin dilindən eşitmək istəyir.
SON DƏQİQƏ! "Ermənistan ordusunda üsyan başlayır"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3223   Tarix: 18 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245