Faiq Ağayev Masallıdakı davaya aydınlıq gətirdi

Faiq Ağayev Masallıdakı davaya aydınlıq gətirdi"Lentə alınan kadrlar Masallıda, seçim günündə görüntülənib"

ATV telekanalında yayımlanan "Tanıdım səni" layihəsinin Masallı rayonunda baş tutan çəkilişləri zamanı proqramın aparıcısı Zaur Baxşəliyevin və münsiflər heyətində təmsil olunan Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin döyülməsi haqqında xəbərlər bu gün mediada əsl ajiotaja səbəb oldu. "Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, Masallı rayon Mədəniyyət Evinin qarşısında çəkiliş zamanı bir qrup rayon sakini Bakıdan gələn qonaqları narazılıqla qarşılayıb və insident baş verib. Guya bir neçə gənc Zaura və xalq artistinə hücum etmək istəyiblər. Yalnız hadisə yerində olan polislərin müdaxiləsindən sonra baş verəcəyi ehtimal olunan davanın qarşısı alınıb. Faiq Ağayevi mühafizə edən cangüdənlərdən birinə bıçaqla xəsarət yetirilməsi və baş verən hadisədən sonra çəkilişin yarımçıq dayandırılaraq yaradıcı heyətin gecə ilə Bakıya geri dönməsi də yazılan şübhəli məlumatın nə dərəcədə doğru olub-olmadığını sual altına qoyur. Həmişə Trend vasitəsilə pərəstişkarlarına dürüst məlumatlar çatdıran 100% F.A bu dəfə də ənənəsini pozmadı və Masallıdan telefon vasitəsilə baş verənlərə aydınlıq gətirməkdən ötrü eksklüziv müsahibə verməkdən imtina etmədi:

- Televiziya tamaşaçıları saat 17:00-da ATV-nin efirində canlı yayımlanacaq "Onun yarısı" evlilik şousuna baxsalar görəcəklər ki, Zaura heç nə olmayıb. Və İnşallah ya bu axşam, ya da sabah mən də paytaxta qayıdacağam. Dilimdən onu yaza bilərsiniz ki, Masallı füsunkar təbiətə malik dilbər guşələrimizdən biridir. Rayon camaatı nəinki Zaurla məni, digər münsifləri - xalq artisti, aktrisa Firəngiz Mütəllimova, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanı çox gözəl qarşıladılar. Dedik-güldük, istedadlar arasında ən yaxşılarını seçdik, çox maraqlı insanlarla tanış olduq. Sonra rayonun gəzməli-görməli yerlərində ekskursiyada olduq. Odur ki, yayılan bu xəbər bütünlüklə yalan və cəfəngiyatdır. Həqiqətə heç bir yaxınlığı yoxdur. Veriliş yaxın günlərdə efirdə də nümayiş olunacaq. Və bu ağ yalanı yayan insanların lap ağını çıxardıqlarının şahidi olacaqsınız.

- Cənub bölgəsində turnedə olacağınız barədə çoxdan məlumatlar yayılırdı. Hətta bununla bağlı "Facebook"dakı profilinizdə də anonslar edirdiniz. Ola bilərmi ki, kimlərsə düşünülmüş şəkildə öncədən istirahətinizə maneə yaratmaqdan ötrü belə şayiələri yaymaqda maraqlıdırlar.
- Səfərlərim iyulun 20-dən başlayıb. Salyan və Masallıda demək olar ki, dincəldim. Növbəti səfərlərim Lənkəran və Astaraya olacaq. Məncə heç kim istirahətimə əngəl ola bilmədi.

- İndi hansı bölgədəsiniz?
- Hələ də Masallıda yerləşən istirahət məkanlarından birindəyəm. Dostlarımızla dincəlirik. Yerli pərəstişkarlarım məni elə hərarətlə qarşılayıblar ki, rayonu tərk etmək istəmirəm. Özünüz "Tanıdım səni" proqramı efirdə yayımlananda görəcəksiniz ki, sevənlərim məni necə sevgi ilə qarşılayıblar. O qədər hədiyyələr toplamışam ki…

- Cangüdələrinizin birinin bıçaqlanması barədə də məlumatlar yayılıb.
- Dedim axı, yalan və cəfəngiyatdır. Uydurmaya söykənən xəbər haqqında nə səbəbdən danışmalıyıq ki? Onsuz da heç kim inanmadı.

- Faiq bəy, sualımızı qəribçiliyə salmayın, harada adınız varsa, mütləq kimlərsə danışmağa mövzu tapırlar. Xəbər olmasa belə, bu cür şayiə və yalan məlumatlar uydurmağa çalışırlar. Bu şayiələrin yayılması, "Tanıdım səni" layihəsinə münsiflərdən biri kimi qatılmağınız sizi peşman etmədi ki?
- Əsla! Peşmançılıqdan söhbət belə gedə bilməz. Sözügedən layihə ATV-nin ən baxımlı və tamaşaçıların böyük maraqla izlədiyi reytinqli proqramlardan biridir. Və bu vaxtda qədər çəkiliş komandası hansı bölgədə olubsa, hər dəfə istedadlı insanları üzə çıxarmağa müvəffəq olub. Amma gözügötürməyənlər də var. Hansısa rayonlarımızın birində yaxşı tədbir keçiriləndə, paxıllığı tutanlar da meydana çıxır. Biri var hansısa həqiqəti şişirtmək, biri də var ki, uydurmalı xəbər yaymaq. Bunlar fərqli-fərqli şeylərdir. Bizim gördüyümüz işə də kimlərsə kölgə salmaq istədi, amma alınmadı. İnternetdə "Flaş!" videokadrlar kimi nümayiş olunan görüntülərə dəfələrlə baxdım. İlk növbədə onu vurğulamaq istərdim ki, istənilən tədbirdə, fərq etməz Bakıda və ya hansısa bölgələrimizdə olsun, insanların toplandığı məkanlarda daim izdiham yaşanır. Və tamaşaçılar səhnəyə can atmağa çalışırlar. Youtube-da yerləşdirilən videonun heç bir dəlil-sübutu yoxdur ki, lentə alınan kadrlar Masallıda, seçim günündə görüntülənib. Bəlkə, bu başqa vaxta, tam başqa bir bölgədə çəkilib? Kim sübut edə bilər axı? Çünki görüntülərdə nə mən, nə Zaur, nə də Firəngiz xanımla Elza Seyidcahanın kiçik görüntüsü belə əks olunmayıb. Heç ATV-nin avtobusu belə görünmür o videoçarxda. İnanın, işi-gücü yalan məlumatlar yayan insanların Allahın qarşısında necə cavab verəcəklərini bilmirəm. Bu qədər yalan, iftira olmaz axı…

Sizcə bütün bunlar həqiqətən şaiyədir, yoxsa həqiqət?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9836   Tarix: 27 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 278
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

00:29 122
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 435
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 362
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 649
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1833
.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

04.05.2024 1935
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 399
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 474