"Rusiyanın ermənilərə kömək etdiyi danılmazdır" - azərbaycanlı politoloq

"Rusiyanın ermənilərə kömək etdiyi danılmazdır" - azərbaycanlı politoloqAzərbaycanla Ermənistan təmas xəttində bir neçə günlük gərginlikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Bakıya səfər etməsi hər kəsin diqqət mərkəzindədir.

Məlum olduğu kimi, artıq Rusiya, Azərbaycan və İran Xarici işlər nazirlərinin Bakı görüşü başlayıb.

BiG.AZ xəbər verir ki, Lavrovun Bakı səfərini AzNews.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, görüşlərdə tərəflərin məqsədi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparmaq olacaq: "Xəzərin statusunun də müzakirəsi gözlənilir. Hətta bu barədə İran mətbuatı yazıb. Amma hər halda görünən odur ki, Rusiya tərəfi Qarabağ məsələsində nəsə həmlələr etmək fikrindədir. Bir sıra rayonların azad edilməsi ilə bağlı erməni tərəfinin "dilə tutulması" prosesi aparılır. Lakin düşünürəm ki, ermənini dilə tutmaq əvəzinə sadəcə kənara çəkilmək lazımdır ki, Azərbaycan öz ərazi bütövlüyünü qorusun. Ruslar yuyulmamış qaşıq kimi həmişə ortada olublar. Həm də Dağıstan ərazisində cənub qoşunlarının təlimləri başlayıb. Bir növ Azərbaycana psixoloji təsir etməyə başlayıb.

Ruslar hər vasitə ilə Ermənistanı qorumağa çalışır. Dağlıq Qarabağda öz sülhməramlı qüvvələrini yerləşdirmək, Azərbaycanı isə hansısa yolla Avrasiya Birliyinə cəlb etmək istəyirlər. Lakin Rusların öz xülyalarını həyata keçirməsini imkansız hesab edirəm".

Q.Hüseynlinin fikrincə, Rusiyanın erməni tərəfində olduğu və onlara hətta müxtəlif vasitələrlə kömək etdiyi danılmazdır: "Qaldı ki, Dağlıq Qarabağ hüdudlarından kənarda 7 rayonun 5 rayonla əvəz edilməsinə, o da müəyyən güzəşt üçün yaxşı variant deyil. Ermənilər məğlub olduğu bir şəraitdə qoşunlarını tamamilə kənara çəkməlidir. Burada hər hansı şərt irəli sürməməlidir. Rusiya bu prosesə münsiflik edirsə, obyektiv olub, beynəlxalq hüquq normalarına uğyun hərəkət etsin. Bir tərəfdən güc nümayiş etdirib Azərbaycana qorxu və təzyiq vasitəsilə hansısa şərti qəbul etdirməyə çalışmasın".

Politoloq hesab edir ki, Azərbaycan tərəfi Qarabağ məsələsində heç bir şərti qəbul etməyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1346   Tarix: 07 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459