Ana olmaq 2000 manata başa gəlir - Azərbaycanda

Ana olmaq 2000 manata başa gəlir - AzərbaycandaHər bir qadın üçün ana olmaq həyatının ən böyük arzusudur. Ailəyə sevinci bəxş edən bu önəmli hadisəyə ciddi yanaşmalı və ananın Sağlamlığı ciddi şəkildə qorunmalı, övladını harada dünyaya gətirəcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Doğuş üçün xəstəxananın və təcrübəli həkimin seçilməsi ana və körpənin sağlamlığı üçün vacibdir. Bununla yanaşı prosesin maliyyə tərəfi də hər kəsi düşündürür. Bu gün ölkəmizdə istər özəl xəstəxanalarda, istərsə də dövlət xəstəxanalarında həm təbii yolla, həm də qeysəriyyə əməliyyatı ilə uşağın dünyaya gəlməsi üçün hər bir şərait var.

Bəs bir ailə üçün övladın dünyaya gəlməsi neçəyə başa gəlir?

Tezliklə ana olmağa hazırlaşan Bakı sakini Türkanə Məmmədova deyir ki, indiki dövrdə uşaq dünyaya gətirmək heç də asan deyil. Çünki qiymətlər olduqca bahadır: "Sözsüz ki, bir qadın üçün ən xoşbəxt an övladı olacağını öyrəndiyi andır. Ancaq indi o qədər xəstəliklər var ki… Sağlam uşaq dünyaya gətirmək üçün hamiləliyin ilkin dövründən həkim nəzarətində olmaq lazımdır. Təbii ki, yaxşı mütəxəssisdən söhbət gedir. Öncə müayinə üçün dövlət doğum evlərinin birinə müraciət etdim. Sıxlığı təsəvvür edə bilməzsiniz. Hardasa 2 saat növbədə durduqdan sonra həkim qəbuluna düşə bildim. Nə yalan deyim, həkimin danışığı, müayinəsi heç də xoşuma gəlmədi. Sanki biganə yanaşırdı. İlk 3 ayı bir təhər səbr edib həmin həkimin yoxlanışlarına getdim. Qan, mikrob analizləri bir yerdə 200 manata yaxın pul tutdu. Hamiləliyimin 4-cü ayından etibarən isə Bakıdakı özəl klinikaların birinə müraciət etdim. Təsəvvür edin, həkimin davranışından tutmuş, xəstəxananın səliqəsinə, personalın xəstə ilə rəftarına qədər dağla dərə qədər fərq var idi".

T.Məmmədova deyir ki, yalnız bu xəstəxanaya gəldikdən sonra tamamilə özünü rahat hiss edib. Xanımın sözlərinə görə, həkimi də Türkiyədə təhsil almış, işini bilən biridir: "Düzdür, qiymətlər heç də ucuz deyil. Ancaq övladımın sağlamlığı üçün hər şeydən keçməyə razıyam. Ən azından bilirəm ki, heç bir problem yaşamayacam. Hər ay müntəzəm olaraq yoxlanışlara gəlmişəm. Bu zaman həkimin qəbulu 30 manat olub. İki dəfə USM-ə düşmüşəm ki, bu da 40 manatla 80 manat arası edib. Hamilə qadınlar bilir, bir müddətdən sonra artıq dopler müayinəsi lazımdır. Bu da 75 manat olub. Lazım olan bir neçə analizə də 70-80 manat vermişəm. Növbəti ayda artıq ana olmağa hazırlaşıram. Bunun üçün də xəstəxananın doğuş paketinə qoşulmuşam. Bunun üçün ilkin 170 manat ödəmişəm. Doğuşdan sonra isə 830 manat ödəyəcəm. Yəni normal doğuş olacağından bu məbləği ödəyəcəm. Əgər qeysəriyyə əməliyyatı olsa qiymət dəyişəcək. Səhv etmirəmsə 1200 manat olacaq. Bir sözlə 9 ay ərzində 1600-2000 manat civarında xərcim çıxıb. İndi görək uşağı böyüdənə kimi nə qədər xərcimiz çıxacaq" - müsahibimiz gülərək fikrini tamamlayır.

Özəl klinikalardakı doğuş qiymətləri

"Baku Medical Plaza" Mərkəz filialında təbii doğuş qiyməti (VİP paket daxil olaraq) 1300 AZN, qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (VİP paket daxil olmaqla) 1500 AZN təşkil edir.
Leyla Şıxlinskayanın klinikasında doğuşun qiyməti 1050 manatdır. Ağrıkəsicidən istifadə etmək istəyən xəstə əlavə olaraq 155 manat da ödəniş etməlidir. Qeysəriyyə yolu ilə aparılan do- ğuşlar isə 1250 manatdır.

"Oksigen" klinikasında təbii yolla doğuş 1250, qeysəriyyə yolu ilə doğuş 1450 manata başa gəlir. "Vital" klinikasında isə təbii doğuşun qiyməti 1500 manatdır.

Bəs dövlət xəstəxanalarında?

Azərbaycanda dövlət xəstəxanaları isə 2008-ci ildən etibarən pulsuz tibbi müalicə və müayinəyə keçib. Dövlət xəstəxanalarına müraciət edən sakinlər isə deyirlər ki, müalicə və müayinənin pulsuz olduğu deyilsə də, yenə də müəyyən ödənişlər olur. 65 yaşlı Bakı sakini Vəsilə İbrahimova deyir ki, bir müddət öncə gəlinini dövlət xəstəxanalarının birinə gətirib. Ancaq həkimlər ondan 700 manata yaxın pul istəyiblər: "Mən də səsimi atdım başıma ki, bəs dövlət xəstəxanasında pul almırdılar. Hanı? Gördüm ki, təsiri yoxdur. Mənim də oğlum Rusiyada idi. Yalandan dedim ki, oğlum əsgərdir, bu qədəri ödəyə bilmərik. Ondan sonra həkim insafa gəldi. 300 manata birtəhər razılaşdıq. Düzü, pul verməyəndə də çox biganə yanaşırlar. Gərək "şirinlik" verəsən.

Dövlət xəstəxanalarına müraciət edən sakinlərin "anspress"ə verdiyi məlumata görə, tibbi müalicə və müayinənin, o cümlədən doğuşun pulsuz olması yalnız sözdədir.

Xəstəxanalara övlad dünyaya gətirmək üçün müraciət edənlərdən bəzi dövlət xəstəxanaları, ya pul almamış doğuşa buraxmırlar, ya da onlara çox laqeyd yanaşırlar. Ötən ay dövlət xəstəxanalarının birində övlad dünyaya gətirən Xədicə Aslanova da həmin tibb müəssisəsində pulsuz xidmətin olmadığını qeyd etdi: "Dövlət xəstəxanasında bir övlad dünyaya gətirmək üçün sən ən azı 300 manatından keçməlisən"

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev mətbuata açıqlamasında deyib ki, konstitusiyaya görə, ölkədə fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında müayinə və müalicə pulsuzdur. "Heç kim xəstədən pul ala bilməz. Bu, eyni zamanda mama-ginekologiya bölməsinə də aiddir. Yox, əgər belə bir fakt aşkar olunarsa ki, hansısa dövlət xəstəxanasında xəstədən pul alırlar, o zaman xəstə Səhiyyə Nazirliyinə müraciət etməlidir. Bu, cinayət işidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3290   Tarix: 01 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

11:38 149
.

19 yaşlı qız dəm qazından öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Sumqayıt Şəhə

11:24 135
.

Mikroplastiklər Yer kürəsinin kənarına çatdı

Antarktida - dünyanın ən ucqar və ən az məskunlaşmış materiklərindən biri - artıq qlobal plastik çirklənmənin təsirini hiss edir. Mikroplastik yerli həşəratların orqanizminə daxil olur və zamanla onların enerji balansını dəyişə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə Phys.org yazır. Kentukki Universitetini

15.12.2025 286
.

Petteri Orpo: Avropa üçün alternativ yoxdur

Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq

12:00 94
.

Süni intellekt təhsil sahəsində tətbiq oluna bilərmi? - TƏHSİL EKSPERTİ AÇIQLADI

Hazırda dünyada süni intellekt sürətlə inkişaf edir. Yəni inkişaf etmiş ölkələrdə demək olar ki, bütün sahələrdə süni intellektdən geniş şəkildə istifadə edilir. İnkişaf etmiş ölkələrdə süni intellektin tətbiq olunduğu sahələrdən biridə təhsil sahəsidir. Dünyanın əksər ölkələrində şagirdlərə süni intellektl

12:34 89
.

Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...

Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy

11:56 105
.

Ağdamda iki qardaş bıçaqlandı

Ağdamda iki qardaş bıçaqlanıb. "Qafqazinfo"nun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Sadiq adlı şəx

15.12.2025 292
.

Özünü "Nuh" adlandıran şəxsin iddiaları müzakirə yaratdı

Qanada yaşayan və özünü Ebo "Nuh" adlandıran bir kişi dünyanı su basacaq iddiası ilə səkkiz nəhəng taxta gəmi inşa etməyə başlayıb. Axşam.az xəbər verir ki, kişi iddia edir ki, guya 25 dekabrda yağış başlayacaq və üç il ərzində aramsız yağacaq, nəticədə Yer kürəsini su basacaq. Qanalı, insanlar

15.12.2025 319
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15.12.2025 247
.

TOP MP3