Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Albert Einsteini tanımayan çox az adam tapılar.

Bu alim dünyanı dəyişdirməyi və hər şeyə fərqli baxmağımıza səbəb olmağı bacarıb. Biz də görkəmli fiziklə daha yaxından tanış olmağınız üçün, həyatı barədə az bilinən faktları toplayaraq sizə təqdim edirik:

1. Albert Einstein 14 mart, 1879-cu ildə Almaniyanın köhnə Vürttemberq əyalətinin Ulm qəsəbəsində, Bahnhofstraße küçəsi, B135 nömrəli binada doğulub.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO2. 1955-ci il, 18 aprel tarixində 76 yaşında ABŞ-da New Jersey, Princeton şəhərində gecə saat 01:15-də vəfat edib. Ölüm səbəbi diaqnozu əvvəldən qoyulmuş abdominal anevrizmanın partlaması nəticəsində durdurulması mümkün olmayan qanaxma olub.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO3. Ölümündən bir neçə saat sonra alimin beynini icazəsiz olaraq Dr. Thomas Harvey oğurlamış və elmi araşdırma olaraq onu öyənmişdir.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO4. Albert Einsteinin məzarı yoxdur, çünki o basdırılmayıb. Özünün istədiyi kimi ölümündən sonra bədəni yandırılmış və külləri naməlum bir yerə sovrulmuşdur.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO5. Einstein son vəsiyyətini 18 mart, 1950-ci il tarixində yazaraq, katibi Helen Dukas ilə Dr.Otto Nathan’ı məsul şəxslər olaraq bəlli etmişdir. Onun vəsiyyətində adları keçənlər arasında ögey qızı Margot, 2 oğlu və bir neçə başqa ad da var idi. Bütün yazıları və araşdırmaları isə Qüdsdə yerləşən Yəhudi Universitetinə təhvil verilmişdir.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO6. Bacısı Mayanın bildirdiyinə görə, Einsteinin kiçik yaşlarında ən sevdiyi məşğuliyyət binalar inşa etmək idi. Vəhşi təbiət və idmanla az maraqlanırdı. Yaşı artıqca isə yeganə marağı kitab oxumaq olmuşdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO7. Einstein heç vaxt pis şagird olmayıb. Məktəb vaxtlarından nümunəvi davranışı ilə fərqlənib. Xüsusilə də riyaziyyat və təbiət elmlərindən əla qiymətlər alıb. Dil, rəsm və idman dərslərindən aldığı qiymətlər isə nisbətən daha aşağı idi, lakin onlarda da uğursuz deyildi. Bəzi deyilənlərin əksinə olaraq, təhsil müddəti boyunca heç vaxt sinifdə təkrar qalmayıb.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO8. Einstein litseyi 1896-cı ildə İsveçrənin Aarau şəhərindəki Cantonal məktəbində bitirmişdi. 1896-1900 illər arasında İsveçrə Texniki Akademiyasında (ETH) oxuyub. 1900-cü ilin iyul ayında böyük müvəffəqiyyətlə diplomunu almışdı.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO9. Einstein 2 dəfə evlənib. 1875-1948-ci illər arasında yaşamış olan Mileva Maric ilə 1903-cü ildə evlənmişdi. Maric ETH’də oxuyan tələbələrdən biri idi. Onlar 1919-cu ildə boşandılar. Bu hadisədən 4 ay sonra qohumu Elsa Löventhal (1876-1936) ilə evləndi. İlk həyat yoldaşı Milevadan 2 oğlu, ikinci arvadı Elzadan isə 1 qızı olmuşdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO10. Einsteinin boyu İsveçrədə tutduğu bir qeyd dəftərində 171.5sm olaraq qeyd edilib. 1923-cü il tarixli pasportunda isə 175sm qeyd edilib. Gözləri qəhvəyi rəngli idi. Pianino və skripka çalmaqdan xoşu gəlirdi. Ən çox sevdiyi musiqiçi Mozart idi, daha sonra Vivaldi, Bax, Şubert, Korelli gəlirdi.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO11. Einsteinin Tümmler adlı qayığı va idi, lakin o özü üzməyi bacarmırdı. Ona görə də hər dəfə dənizə çıxdığında, ailəsi onun həyat təhlükəsizliyi ilə bağlı narahat olurdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO12. Arvadı Elza və həkimlər qadağa etməsinə baxmayaraq, siqaret çəkirdi. Bir az alkoqol da qəbul edirdi. Daha çox şərab və konyaka üstünlük verirdi. Lakin alkoqolu heç vaxt çox içməyib.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO13. Einsteinin sevdiyi yazıçılar çox idi. Servantesin Don Kixot əsərindən tutmuş, Dostoyevskinin Karamazov Qardaşlarına kimi müxtəlif əsərləri oxumağı sevirdi. Bundan əlavə Poincaré, Mach, Tolstoy, Heine, Shaw, Schopenhauer və Spinoza oxuyurdu.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO14. Einstein 12 patent sahibi idi. Macar fiziki Leo Szilad ilə soyuducunun patentini almışdı. Bundan əlavə digər alimlərlə də eşitmə cihazının patentini almağı bacarmışdı.

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO15. Hal-hazırda da Einsteinin nəsli davam etməkdədir. Lakin şəxsi həyat gizliliyi səbəbilə onların adları və ünvanları açıqlanmır.
pahoo.az

Albert Einstein haqqında az bilinən 15 fakt - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12116   Tarix: 28 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164