"Adımın Röyayla hallanması məntiqsizdir" - "İnterpol" verilən iş adamı

"Adımın Röyayla hallanması məntiqsizdir" - "İnterpol" verilən iş adamıAzərbaycanlı iş adamı Azad İsayev "İnterpol"a verilməsi xəbərinə münasibət bildirib. Hazırda Türkiyədə olan A.İsayev Lent.az-a açıqlamasında deyib ki, onun şəkli "İnterpol"un saytında 1 ildən çoxdur var: "Bu iş çoxdan bağlanıb. Adımın saytdan silinməsini üçün bir müddət olar ki, müraciət etmişik. Amma bizə dedilər ki, 45 gün sonra silinəcək. Adımın bu cür xəbərlərdə hallanması ürəkaçan deyil".

A.İsayev onu da əlavə edib ki, bu cür xəbərlərdə adının əməkdar artist Röya Ayxanla hallanması düzgün deyil: "Adımın Röyayla hallanması da məntiqsiz bir şeydir. Bu gündən sonra mənim adımı heç kimlə hallandırmasınlar. Buna nə ehtiyac var axı? Axı hər kəsin öz ailəsi, həyatı var. Nəyə görə hər hansı bir insanı mənim adımla hallandırılmalıdırlar və yaxud da kimsənin adının yanına mənim adım olmalıdı? Bu, düzgün deyil. Mən kişiyəm, amma Röya qadındır".

Azərbaycanlı iş adamı A.İsayev "İnterpol" xəttilə axtarışa verilməsi xəbərini report.az saytı yazıb. Xəbərdə bildirilir ki, onun axtarışa verilməsinə səbəb kimi dələduzluq etməsi göstərilib. 5 iyul 1984-cü ildə anadan olmuş A.İsayev Azərbaycan, türk və rus dillərini bilir.

Qeyd edək ki, A.İsayev vaxtilə müğənni Röyanın yaxın dostu olub. O, müğənni Elnurun "Səni xatırladır", Şeron qrupunun "Sevmirəm daha", Zamiqin "Sonunu bilə-bilə", Elçin Şirinin (Cəfərov) "Sən demə", Röyanın "Sevgiyə bax", "Son görüş" ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir.
Bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, onun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5279   Tarix: 04 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nebahat Çehre əməliyyat olundu

Türkiyəli aktrisa Nebahat Çehre bir neçə gün əvvəl özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, aktrisanın ürəyinə stent qoyulub. Hazırda onun vəziyyətinin yaxşı olduğu və müalicəsinə ev şəraitində davam etdiyi bildirilib. Qeyd edək ki, Nebahat son olaraq "Menajerim

17:22 120
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

05.05.2024 737
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1820
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 606
.

Gəlini Zabit Nəbizadənin qohumu imiş

Əməkdar artist Mətanət İsgəndərli Xalq artisti Zabit Nəbizadə ilə qohum olub. Axşam.az xəbər verir ki, ifaçılar bu haqda "Maqazin plus" verilişinə deyib. M.İsgəndərli bildirib ki, oğlu Kərim xanəndənin qohumu ilə ailə qurub. "Təzə gəlinim Zabit qardaşımın anasının dayısı nəvəsidir. Gedi

06.05.2024 962
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 3145
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 429
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

04.05.2024 594
.

Nadir Qafarzadədən ÜZÜCÜ XƏBƏR

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. Bu barədə -a sənətçi özü məlumat verib. O bildirib ki, xəstəxanaya yollanıb və müalicə olunur:. "Çox nasazam. Bərk soyuq dəyib. Mənə elə gəlir ki, bir neçə gün əvvəl havada maqnit dalğası var idi, mənə təsir etdi, halsızlaşdım. Həkimə getdim

06.05.2024 1473