"Adımın Röyayla hallanması məntiqsizdir" - "İnterpol" verilən iş adamı

"Adımın Röyayla hallanması məntiqsizdir" - "İnterpol" verilən iş adamıAzərbaycanlı iş adamı Azad İsayev "İnterpol"a verilməsi xəbərinə münasibət bildirib. Hazırda Türkiyədə olan A.İsayev Lent.az-a açıqlamasında deyib ki, onun şəkli "İnterpol"un saytında 1 ildən çoxdur var: "Bu iş çoxdan bağlanıb. Adımın saytdan silinməsini üçün bir müddət olar ki, müraciət etmişik. Amma bizə dedilər ki, 45 gün sonra silinəcək. Adımın bu cür xəbərlərdə hallanması ürəkaçan deyil".

A.İsayev onu da əlavə edib ki, bu cür xəbərlərdə adının əməkdar artist Röya Ayxanla hallanması düzgün deyil: "Adımın Röyayla hallanması da məntiqsiz bir şeydir. Bu gündən sonra mənim adımı heç kimlə hallandırmasınlar. Buna nə ehtiyac var axı? Axı hər kəsin öz ailəsi, həyatı var. Nəyə görə hər hansı bir insanı mənim adımla hallandırılmalıdırlar və yaxud da kimsənin adının yanına mənim adım olmalıdı? Bu, düzgün deyil. Mən kişiyəm, amma Röya qadındır".

Azərbaycanlı iş adamı A.İsayev "İnterpol" xəttilə axtarışa verilməsi xəbərini report.az saytı yazıb. Xəbərdə bildirilir ki, onun axtarışa verilməsinə səbəb kimi dələduzluq etməsi göstərilib. 5 iyul 1984-cü ildə anadan olmuş A.İsayev Azərbaycan, türk və rus dillərini bilir.

Qeyd edək ki, A.İsayev vaxtilə müğənni Röyanın yaxın dostu olub. O, müğənni Elnurun "Səni xatırladır", Şeron qrupunun "Sevmirəm daha", Zamiqin "Sonunu bilə-bilə", Elçin Şirinin (Cəfərov) "Sən demə", Röyanın "Sevgiyə bax", "Son görüş" ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir.
Bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, onun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5279   Tarix: 04 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1163
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 678
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1340
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 450
.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 439
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2891
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 1230
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 922
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3803